Məktəb illərində hər birimiz anatomiya dərsini keçmişik. Düzdür, bu fənn kimin xoşuna gəlib, kiminsə xoşuna gəlməyibsə də, hər halda, fənn olaraq biliyimizin artmasında xidməti olub. Lakin sən demə, anatomiya fənnini öyrənmək lazım imiş. Çünki bu fənn insanların daxili və xarici aləmlərini öyrənmək üçün faydalıymış. Ona görə də, bu gün Azərbaycanın imicinə daim utanc verən müxalifətin anatomiyası barədə danışacağıq. O müxalifətin ki, 20 illik yarıtmaz təcrübəsi ilə xalqımızın yaddaşında qara ləkəyə çevrilibdir. Və həmin müxalifətin ki, Azərbaycanı qrantlara, konyaka, fahişələrə, hətta özlərinə belə utanmadan dəyişirlər. Bu müxalifətin anatomik liderləri isə Əli və İsa kimi fərdlərdirlər.
Ə.Kərimov ölkədən qaçmaq üçün xüsusi plan hazırlayıb
Onu da deyim ki, bir müxalifət lideri ki, gəzməyə öyrəşsin, fürsəti əldən buraxmasın, daha buna nə ad verəsən? Bu gün biz Ə.Kərimovun anatomiyasından danışsaq, onun bir vaxtlar Norveçin Azərbaycanda səfir səlahiyyətlərini yerinə yetirən Steynar Gillin, sonra isə Almaniya səfirinin yanında oturduğunu yadınıza salırıq. Yəqin ki, kimlərinsə yanlarında oturmaq alışqanlığı onu çox uzaqlara atacaq. Anatomi və fizioloji quruluşu ilə əməlləri üst-üstə düşən Ə.Kərimov, aldığımız məlumatlara görə, ölkədən qaçmaq üçün xüsusi plan hazırlayıb. O, hardan, kimdən, kimin harasından gəldi tutmağı öyrənib, təki ona pul verilsin. Sonda hardan yapışacaq, onu o bir Allah bilir. Bu gün bəziləri onu "ziyalı" adlandırır. Mən isə onu "ziyalı" adlandıranları zavallı, yaxud da ziyanlı deyə adlandırıram. Çünki Ə.Kərimov siyasətçi yox, həm də siyasi maxanatordur desək, yanılmarıq.
Elçibəy vaxtında belə özünə hörmət qoyanlar Ə.Kərimovdan uzaq qaçmağa başlayıblar
Bütün fəaliyyəti boyu xalqımızın və dövlətimizin milli maraqlarına zərbə vurmaq kontekstində dayanaraq, bu hərəkətlərinə istədiyi formada ad qoymağa çalışan, AXC-ni parçalayaraq, bir neçə qola ayıran, xəyanət və riyakarlıqda xüsusilə seçilən Ə.Kərimovun hansı səbəblərdən müxalifətçilik oyununu oynaması artıq hamıya bəlli olur. Onun siyasi anatomiyasını araşdıranda, bəlli olur ki, "cəbhə" sədri bir vaxtlar müşavir işləyib və bu fəaliyyəti böyük qaranlıq məqamlarla zəngindir. Hətta Əbülfəz Elçibəy hər dəfə onu tutduğu əməllərə görə tənqid və təhqir edib. Bunu biz demirik. Bu həqiqətlər Qüdrət Həsənquliyevlə Pənah Hüseynov arasında qalmaqal yaranan zaman səslənib. Bu səbəbdən də, Elçibəy vaxtında belə özünə hörmət qoyanlar Ə.Kərimovdan uzaq qaçmağa başlayıblar. Çünki hamı yaxşı bilir ki, onun yanında olmaq özünü bilərəkdən çirkaba batırmaq, bilərəkdən təhqir etmək, hətta özünü ibnə adlandırmaq deməkdir.
Məncə, bəsdir anatomiyadan danışdım. Sabah yeni fənnlə və yeni fərdlə müqayisə aparacağımı indidən planlaşdırım ki, sonra gec olmasın.