PDF Oxu

Köşə

  • 1 274

RENEQATLARIN MƏDƏLƏRİNİ BULANDIRAN  ZƏHƏR

RENEQATLARIN MƏDƏLƏRİNİ BULANDIRAN ZƏHƏR

Əslində, erməni lobbisinin və bəzi Qərb siyasi dairələrinin qrant paralarını yeməkdən qarınları tuluğa dönmüş reneqatlar yığıncağının əldəqayırma "ziyalıları" çoxdan etiraf etməliydilər ki, onların mədələrində ciddi spazmalar yaranıb. Və həmin spazmalar tibbi leksionla desəm, qostrid-yazva spazması deyil, tamamilə başqa zaddır. Daha dəqiq desək, reneqatlar yığıncağının başbilənləri əməli-başlı zəhərləniblər. Həmin zəhər isə yavaş-yavaş başlayıb onların canlarına üşütmə salmağa. Nəticədə, onlar elə bir alışqanlığa mübtəla olublar ki, zaman-zaman zəhərlənməsələr, yaşaya bilməzlər. Bu səbəbdən də, günaşırı olaraq, zəhər dadıb, zəhər danışırlar. Artıq bu alışqanlıq o qədər artıb ki, prosedurlardan mədələri bulanmağa başlayıb. Bəs həmin spazmaların daha hansı səbəbləri var? Açığı desəm, burada ölkəsinə, dövlətçiliyinə, xalqına qarşı çıxmağın arxasında qrant maraqlarından başqa, daha bir neçə maraqlar mövcuddur ki, həmin maraqların nədən ibarət olmasını öyrənmək elə də çətinlik yaratmır.


ZƏHƏRSİZ EYHAM


Təkcə Eldar Namazovun düşük və yararsız, Rafiq Əliyevin məzlumsayağı və artistik, Rüstəm İbrahimbəyovun qəddar və aqressiv, Cəmil Həsənlinin "cəbhə təfəkkürlü" və naftalin iyi verən baxışlarını, davranışlarını izləyənlər varsa, dediklərimi anlayar ki, nəyə eyham vururam. Bir sözlə, bu mədələri zəhərlənənlər qruplaşmasında təmsil olunanlar eyni bulaşıcı, yoluxucu xəstəliyin canverən qurbanlarıdırlar. Çünki onlar "milli maraqlar uğrunda mübarizə" adı altında "ziyalı" olduqlarını təsdiq etməyə çalışır, amma əslində, düşüncə tərzlərində həqiqi ziyalılıqdan əsər-əlamət belə qalmayıb. Nəinki mədələri, eləcə də, şüurları zəhərlənmiş reneqatlar Azərbaycanın uğurları haqqında danışmağı arzulamırlar, hətta müstəqil dövlətçiliyimizi təhdid edib, şər və qarayaxmaları ilə qərbli ağaları qarşısında vəhşi "batıya" doğru "yüksəlməyə" can atırlar. Yəni bu biri mini reneqatlar özlərinin baş reneqatları olan E.Namazovun başına toplaşmış bir dəstə hay-küyçü toplumdan başqa heç bir təsir imkanına malik deyil. Və görünür, başqa şey də gözləmək olmaz. Bir də ki, bu xəstələrdən, zəhərlənmişlərdən daha nə gözləyəsən axı?!

Bir daha deyim ki, mənim bu eyhamımda zəhər-filan yoxdur və tər-təmizdir. Narahat olmasınlar.


DİLƏ QƏDƏR İŞLƏMİŞ ZƏHƏR


Bu barədə zaman-zaman nüfuzlu siyasilərimizin maraqlı və tutarlı açıqlamaları da verilib. Məsələn, açıqlamaların birində vurğulanıb ki, əgər "Ziyalılar Forumu" həqiqətən, öz adına sadiqdirsə, heç olmasa hərdən əsil ziyalıların məşğul olmalı olduğu, vəzifə borcu bildikləri problemlərdən də söhbət açsın. Onlar yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Əgər belədirsə, niyə adlarını "Ziyalıların Siyasi Forumu" qoymayıblar? Gözəl bir söz var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Bunlar nə olduqları kimi görünə, nə də göründükləri kimi ola bilirlər!

Məhz həmin açıqlamaya daha bir münasibət bildirmək mümkündür ki, əgər "ziyalı" adı altında mədələrini zəhərləyənlər toplumu üzvləri siyasətlə məşğul olmağı düşünürlərsə, bunu dolayısı ilə edirlərsə, nəyə görə həmin reallığı dilləri ilə təsdiq etmirlər? Yoxsa xəstəlik bunların dillərinə də təsir etməyə başlayıb?

Vay, zavallılar, vay, gör bir özlərini nə günə qoydular? Zavallılar demişkən, elə "ziyalı" olmaqdansa, zavallı kimi qalsalar, daha məqbul olardı onlar üçün. Çünki qondarma, reneqat "ziyalı"nın bir mənası da məhz zavallılıq deməkdir. Mədələri, şüurları, dilləri zəhərlənmiş RENEQATLAR YIĞINCAĞI.

Digər xəbərlər