İran hökuməti bizdən tələb edir ki, yalnız onun dost olduğu ölkələrlə əlaqə quraq. Deyir, dostunu göstər, sənin kim olduğunu deyim. İranın cəmi iki dostu var. Birincisi, Suriya iqtidarıdır ki, ölkə müxalifəti onu diz çökdürməkdədir. İkinci dostu isə "Hizbullah" terrorçu təşkilatıdır. İran bu təşkilatı silahlandırdığı üçün ABŞ və Avropa dövlətləri tərəfindən sanksiyalara məruz qalıb.
Son 20 ildə İranın yeni dostu torpaqlarımızın 20 faizini işğal altında saxlayıb, qanımıza susayan Ermənistandır. Bu hərəkəti ilə molla rejimi açıq-aşkar düşmənimizin dostuna çevrilib. Bu cür dostdan bizi Allah qorusun. İran düşmənimizin düşməni olsaydı, buna birtəhər dözmək olardı. Buna baxmayaraq, respublikamız İranla əməkdaşlıq əlaqələri qurub. Ancaq biz molla rejiminin diqtəsi ilə oturub-durmaq fikrində deyilik. Heçimiz ayrı, köçümüz ayrı. Biz müstəqilik və onu molla diktaturası ilə qaynaq etmək istəmirik.
Atalar "qonşun pisdir, köç qurtar" deyiblər. Ancaq İran və Ermənistana münasibətdə bu məsəli tətbiq etmək mümkün deyil. Qoy erməni və fars köçsün. Biz öz torpağımızda yaşamaq niyyətindəyik. Belə baxanda, Ermənistan ötən əsrin birinci rübündə xarici havadarlarının təhriki ilə bizdən qopardığı İrəvan, Göyçə, Gümrü, Mehri, Zəngəzur və digər qəzaları, üstəlik, sovet dövründə hiylə ilə mənimsədiyi ərazilərimizi və XX əsrin son onilliyinin əvvəllərində zəbt etdiyi torpaqlarımızı hasarlayıb bizdən ayrılmışdır. Bu, yüzillər boyu onun-bunun çörəyini yeyib casusuna çevrilən erməni təbiətindən doğan murdar bir təzahür formasıdır.
Biz ermənilərlə son iki yüzillikdə məcburən qonşu edilmişik. Yəni bir növ qoynumuzda ilan bəsləməli olmuşuq. Ancaq İranla qonşuluğumuzun tarixi minilliklərlə ölçülür. Deməli, dostluğumuzun kökləri daha qədimdir. 33 yaşı olan molla rejimi, deyəsən, bizimlə erməniləri dəyişik salıb. İranın siyasi dairələri, dünya ölkələrindən təcrid vəziyyətində olduqları bir vaxtda, erməniləri inandırmağa çalışırlar ki, farslarla haylar eyni kökdən qaynaqlanıb. İran hökumətindən bir çörəkverən kimi dördəlli yapışan ermənilər qohum xalq tapdıqlarını şadlıqla qarşılayıblar. Qoy müsəlman fars xalqı erməni köklü olsun...
İranın moll rejiminin bizi ermənilərin ayağına verməsinin səbəbi tamam başqadır. Xalqımızın sayı farslardan xeyli artıqdır. Həm də birgəyaşayış dövrlərində Azərbaycan hökmdarları dəfələrlə fars qəbilələrini məğlub etmişlər. 1501-ci ildən XX əsrin əvvəllərinə kimi isə, farsdaxili tayfaları hakimiyyətə yaxın qoymayıblar. İlan vuran ala çatıdan qorxduğu kimi, molla rejimi də bu tarixi faktlardan qorxur. Onlar Səttarxan, Şeyx Məhəmməd Xiyabani kimi inqilablardan da qorxublar. Qorxan gözə isə çöp düşər. Mollalar bizim gözümüzdə tükü seçsələr də, öz gözlərindəki tiri görmürlər.
Mollaları ölkəmizə qarşı təxribatları davam etdirilməkdədir. Görəsən, təcavüzkar Ermənistanı dəstəkləyən mollalar bizdən hansı güzəştləri gözləyirlər? Dünyada Ermənistandan və "Hizbullah"dah başqa dostu olmayan İranın tələbləri bizim üçün qanun deyil. Qoy mollalar məhdud dairəli dostlarla kifayətlənsinlər. Bu cür yol əvvəl-axır dalana dirənəcək. Biz müstəqilliyin enişli-yoxuşlu və inkişafa aparan yolu ilə gedəcəyik. Bu, yeganə doğru yoldur. Bu cür yolla gedən isə heç vaxt yorulmaz.
VALEH MƏHƏRRƏMLİ