PDF Oxu

Köşə

  • 1 024

ALNIAÇIQ, ÜZÜAĞ VƏ ŞƏRƏFLƏ!

ALNIAÇIQ, ÜZÜAĞ VƏ ŞƏRƏFLƏ!

Sirr deyil ki, ölkəmiz həm Cənubi Qafqazda həm də beynəlxalq aləmdə əhəmiyyətli mövqeyini ən yüksək səviyyədə möhkəmləndirməyə nail olub. Eyni zamanda, söz demək qüdrətində olan ölkəmiz dünyanın iqtisadi müstəvisində elə bir mərhələlər keçidini müəyyənləşdirib ki, bu amil, öz növbəsində, Azərbaycanın Avropa ailəsinin bir üzvü olduğunu deməyə əsas verir. Eyni zamanda, dövlət başçısı tərəfindən yürüdülməkdə olan mükəmməl xarici siyasət nəticəsində bu gün Azərbaycan güclü, dünyanın siyasi balansını müəyyənləşdirən dövlətlərin davamlı dəstəyini qazanmağa nail olub. Bu, sözdə işlənən şablon deyil, bu, inkarolunmaz aksiomadır. Ən azı insafı, mürvəti, pislə-yaxşını qanıb-qandıranlar üçün!

Əsrarəngiz gözəlliyi ilə dünyanın incisi olan Bakımızda keçirilən və möhtəşəmliyilə ölkəmizdəki turistlərin, dünya dövlətlərinin, eyni zamanda, Azərbaycanı gözü götürməyənlərin heyranlığına və qısqanclığına səbəb olan "Eurovision-2012" Mahnı Müsabiqəsi bir daha sübuta yetirdi ki, biz bütövlükdə, AZƏRBAYCAN olaraq istəsək, bundan da nəhəng, bundan da möhtəşəm nailiyyətlərə istənilən zaman imza ata bilərik. Bakıda olan əcnəbi qonaqlarla, turistlərlə yanaşı, ayrı-ayrı ölkələrin səfirlikləri, yerli və xarici siyasi-ictimai xadimlər, QHT rəhbərləri, elm, maarif adamları, mədəniyyət sahəsinin tanınmış nümayəndələri - onların hər biri, bilavasitə bəyan etdilər ki, Azərbaycan üzərinə düşən işin öhdəsindən nəinki layiqincə, hətta artıqlaması ilə gəlməyə müvəffəq oldu və "Eurovision" sınağından alnı açıq, üzüağ, şərəflə çıxdı! Hər kəs "Bakı Kristal Zalı"nın gözəlliyindən və müsabiqənin beynəlxalq standartlara cavab verməsindən, təhlükəsizlik tədbirlərinin mükəmməlliyindən danışırdı. Avropalılar bir daha əmin oldular ki, Azərbaycan müsəlman ölkəsi olmaqla birgə, dünyəvi, demokratik, sivil və modern dövlətdir. Bu ölkədə Avropadakından fəqrli olaraq, dini. xalqlararası tolerantlıq, dözümlülük, insan hüquq və azadlıqları, söz və mətbuat azadlığı, fikir plüralizmi dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Və bu gün heç kim deyə, yaxud da fikirləşə bilməz ki, "mən Azərbaycanda olarkən, dini düşüncələrimə, milli mənsubiyyətimə, irqimə, azad sözümə görə təhdidlərə məruz qalmışam, ya da təzyiqlərlə üzləşmişəm". Bu amil həm də Azərbaycan xalqında əzəli olaraq formalaşmış qonaqpərvərliyin, ali müsafirpərvərliyin tükənməz təcəssümüdür.


BAŞIAŞAĞI, ÜZÜQARA VƏ ŞƏRƏFSİZCƏSİNƏ!


O da bəllidir ki, "Eurovision-2012" Mahnı Müsabiqəsindən öncə bir sıra yerli və xarici mətbuat orqanlarında, xüsusilə, Almaniyanın "Der Şpigel", "Ştern", adlı yazılı yayımları və ARD kimi televiziya kanalları, "Azadlıq" qəzeti, həmçinin, digər bu kimi media qurumları Azərbaycan haqqında uydurma, əsası olmayan cəfəng, qərəzli və faktsız məlumatlara kifayət qədər rast gəlmək mümkün idi. Eləcə də, bir sıra beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən dağıdıcı müxalifət partiyaları və QHT-lər "Eurovision" Mahnı Müsabiqəsini siyasiləşdirməyə cəhd göstərirdilər. Lakin möhtəşəm tədbir başa çatdıqdan sonra hər kəs bu cür məqalələrin həqiqəti əks etdirmədiyini anladı. Sözügedən mahnı müsabiqəsini izləyən 46 ölkənin hər biri Azərbaycanın nəyə qadir olduğunu və qısa vaxt ərzində nələrin öhdəsindən gələ bildiyini öz gözlərilə gördülər. Bütün dünyaya bir daha bəyan oldu ki, Azərbaycan öz tarixi kimliyini qorumaqla, Avropaya inteqrasiya istiqamətində uğurlu siyasət aparır.

Sonda isə, demək istərdim ki, artıq "Eurovision" sınağından şərəflə çıxan Azərbaycana qərəzə yanaşan qara qüvvələr bundan sonra da başıaşağı, üzüqara, şərəfsizcəsinə yaşamağa məhkumdurlar. Onları bu vəziyyətə salan isə yuxarıda vurğulanan reallıqlardır. Növbəti qələbələrimiz isə elə də uzaqda deyil. Qarşıda BÖYÜK XALQIMIZI daha böyük sınaq - erməni işğalı altında olan topaqlarımızın hərb və ya sülh yolu ilə azad edilməsi sınağı gözləyir. UĞURLAR OLSUN AZƏRBAYCAN!


RÖVŞƏN

Digər xəbərlər