PDF Oxu

Köşə

  • 1 201

NANKOR LORİN!

NANKOR LORİN!

Mərakeş qədim və tarixi ərəb dünyasının beşiklərindən biri. Ancaq təəssüf ki, bu gün Mərakeşdə, yəni ərəb dünyasının beşiyində nə demokratiya, nə plüralizm, nə də ki, söz və ifadə azadlığı mövcud deyil. Çünki orada rəsmi olaraq monarxiya hakimiyyəti davam edir. Və görünür, bu gün Avropanın bir nömrəli müğənnisi seçilən Mərakeş doğumlu Lorin bir az, bəlkə də bir azdan da çox olaraq, siyasi xəritəsini, siyasi qütbünü səhv salıb. Özü də ciddi şəkildə! Mərakeş doğumlu Lorinin İsveç bayrağı altında sığınacaq tapan özü və valideynləri hazırda yaman "eyforiyaya" qapılıblar. Çünki bunların nankorluqları artıq o zamandan bəllidir ki, onlar Mərakeşə tüpürüb, uzaq İsveçdə rahat həyat tapıblar. Bu gün BBC-də və digər Qərb media qurumlarında Azərbaycandakı demokratiyaya, insan hüquqlarına kölgə salmağa cəhd göstərən Lorin bütün mənalarda doğma Mərakeş xalqına qarşı nankorluq edib. Lorin Azərbaycandakı "Eurovision"da əlinə düşdüyü demokratik fürsətdən istifadə edib Mərakeşdəki anti-demokratik mühiti tənqid etməkdənsə, durub buradakı məişət problemlərini müzakirə etməyə səy göstərib. Ancaq qulaqlarına doldurulan fikirlərin yanlış olduğunu anladıqdan sonra, susub və "Eyforiya" mahnısını oxuyub. Ardınca isə "İ LOVE YOU BAKU"! deyib, "Eurovision" kubokunu İsveçə aparıb. Bizlərdə deyərlər, halal xoşu olsun. Çünki bizim millətin yüksək, əsrarəngiz mədəniyyət tərzi bəlkə də bütün dünya mədəniyyətinin ilkidir, örnəyidir və əvəzolunmazıdır! Bir sözlə, Lorin çıxıb getdi ögey vətəni İsveçə.

TƏHRİFÇİ BBC VƏ LORİNİN "VƏTƏNDAŞLIĞI"

Ancaq oralarda oturan bəzi qərbli ağzıyırtıqlar bizim ağızıyırtıqlarla Lorinə istədikləri yalanlarını dedizdirə biliblər. Amma vay belə dedirtməyə ki, Lorinə dedizdiriblər. Çünki Lorini birtəhər datıb aparıblar BBC-yə və həmin sözləri adıçəkilən ingilis kanalında dedirdiblər. Məsələn, Mərakeş doğumlu müğənni deyib ki, Bakıya səfəri çərçivəsində, həmçinin, media nümayəndələrilə də görüşüb və qeyd edib ki, bu ölkədə baş verənlər barədə məlumat almaq bir vətəndaş olaraq şəxsən onun özü üçün vacib idi (?!) Haranın vətəndaşı kimi - Mərakeşin, yoxsa İsveçin? Əgər Mərakeşin vətəndaşı kimi söz demək istəyibsə, onda orada tətbiq olunan ölüm hökmləri, ayaqların, əllərin kəsilməsi hökmlərini, ümumiyyətlə, dilin kəsilməsi, gözlərin çıxarılması haqqında vətəndaşlıq mövqeyini bildirə bilərdi.Yox, əgər İsveçin vətəndaşıdırsa, bu zaman İsveçdəki sosial ədalətsizliklərdən, hökumətin və irqçi siyasi təşkilatlatın etnik azlıqların zorla ölkədən çıxarılması planlarından (hər halda, Lorin də irqçi siyasilərin hədəfindədir) danışaraq, vətəndaşlıq mövqeyini bildirərdi.Ancaq onun Azərbaycanda hansı vətəndaşlıq mövqeyini öyrənmək istəməsi, eləcə də, bunu məhz BBC efirində səsləndirməsi həm təəccüb, həm də təəsüüf doğurur!

ONUN ETİRAFI: "MƏN O GÖRÜŞLƏRİ BAKIYA GETMƏMİŞDƏN BİR AY ƏVVƏL PLANLAŞDIRMIŞDIM"

O deyir ki, "məni buna görə sevməyənlər də oldu". Və bütün ifadələri arasında yalnız bu sözlərini həqiqət kimi ortaya qoydu. Bəli, Lorin, səni buna görə sevməyənlər oldu və onlar səndən qat-qat haqlıdırlar... Çünki Lorin özü də bilmədən etiraf edib ki, o, Azərbaycanda keçiriləcək "Eurovision"a qələbə qazanmaqdan ötrü deyil, başqlarının zurnasını püfləməkdən ötrü gəlibmiş, hətta bir ay öncədən hazırlıqlar da görübmüş!!!Baxaq, görək nə deyib BBC-də Lorin: "Mən məşq etməkdən, çıxışımı hazırlamaqdan başqa, həm də insan haqları təşkilatlarına getdim ki, bir az məlumat yayılsın, Azərbaycanda nə baş verdiyi barədə xəbərlər çıxsın. Məni buna görə sevməyənlər oldu. Amma mənim üçün bu, vacib idi. Mən o görüşləri Bakıya getməmişdən bir ay əvvəl planlaşdırmışdım".Bax, budur Lorinin nankorluğu. Onun Mərakeşdəki, İsveçdəki problemləri bir kənara qoyaraq, Azərbaycanda qaşınmayan yerdən qan çıxarmaq arzusu puç olsa da, əsil sifəti (onsuz da, saçını sifətinə tökən dəliyə daha çox bənzəyirdi nankor) bəlli oldu. Lorin "eyforiya"ya qapılaraq, kimliyini təsdiq etdi.Sonda isə Lorin indidən İsveçin çətin durumda olmasını etiraf etməlidir. Çünki "Eurovision-2013"-də onun ögey vətənində buzüstü hokkey üzrə dünya çempiopnatı keçiriləcək. Hazırda İsveçdə yaşanan sosial problemlər, iki müxtəlif və vacib yarışmanın eyni ərəfədə bu ölkədə keçirilməsi siyasi dairələrdə ciddi çaxnaşmalara səbəb olmaqdadır. Görəsən, Lorin bu dəfə İsveçə qarşı nankorluq edərək, başqa ölkəyə köçməyəcək ki?

RÖVŞƏN

Digər xəbərlər