PDF Oxu

Köşə

  • 1 216

Təzyiq

Təzyiq

Azərbaycana edilən təzyiqlər kifayət qədər çoxdur. Qərbin müxtəlif maraqlı dairələri vasitəsilə "İctimai Palata", satqın QHT-lər, "hüquq müdafiəçiləri" tərəfindən içimizdən edilən təzyiqlər ən kobudu və uğursuzudur. Necə ola bilər ki, adını müxalifətçi qoyub ölkə vətəndaşı olasan və onun sütunlarını içdən yıxmağa çalışasan. Bu xəbislikdən başqa bir şey deyil. Əslində, xəbis adam cəmiyyətdən ayrılıb özünə qapılmalıdır. Xəbis qəlbli müxalifət isə Qərbə "qapılmağa" üstünlük verir. Çünki bu cür "qapılma" onlara qazanc gətirir. Xəbis müxalifət də qazanc gələn yerə papaq tıxamaq istəmir. Kimin əvvəli, kimin axırı... Bunların 20 illik əvvəllərinin axırı hələ ki, eyni vəziyyətdə qalmaqdadır. Yəni onlar özlərini ölkənin ən mükəmməl siyasətçiləri hesab etməkdə davam edirlər. Ancaq bunu xalq qarşısında yox, Qərb maliyyəçiləri qarşısında isbat etməyə çalışırlar. Onları Qərbin hakimiyyətə gətirəcəyinə inanırlar və ya inanmaq istərdilər. "Ümid sonda ölər" deyirlər. Ancaq son 20 ildə müxalifətin hakimiyyət ümidi cəmi bir dəfə, özü də bir illiyinə doğrulub. Ancaq həmin ildə də hökuməti idarə etməyə yox, ondan can qurtarmağa çalışıblar. Yəni öz bədnam əməlləri ilə elə bir şərait yaradıblar ki, idarə edən yox, dağıdıcı olduqları aşkarlanıb. Bütün bu biabırçılıqdan sonra yenidən hakimiyyət iddiaları ilə ortaya atılmaları özlərindən başqa hamıda təəccüb doğurur. Çünki onlara "master" yox, "lomaster" adı daha çox uyğun gəlir. Bunu "tikən" yox, "sökən" siyasətçi kimi başa düşmək lazımdır. Bu, "sapı özümüzdən olan baltalar"ın təzyiqidir.

Ermənilərin əli də ölkəmizə təzyiq edən qüvvələr kifayət qədər çoxdur. İlk növbədə, fiziki termin olan təzyiqin tərifini demək istəyirəm: "Səthə təsir edən qüvvənin həmin səthin sahəsinə olan nisbəti ilə ölçülən kəmiyyətə təzyiq deyilir". Səth Azərbaycandır. Həmin səthin sahəsinə edilən təzyiqlər isə ermənilərin də erməniliyin müdafiəsinə qalxan Rusiya və İranın hakimiyyət dairələridir. Molla rejimi də müsəlmandı, biz də müsəlmanıq. Ancaq "mollalar" bizi erməni kirvələrinin ayağına verirlər. Çünki Mahmud Əhmədinejad farsla erməninin eyni kökdən, yəni haylardan yarandığı nəzəriyyəsini əsaslandırmışdı və bunu Serj Sarksiyana ərz etmişdi. Qan yaddaşları möhkəm olsun. Biz bunu nəzərə alıb, İran fars-molla rejimini erməni kimi qəbul etməyə hazırıq. Təki qonşularımız bizdən inciməsin... Yox, e, molla rejimi bizə təzyiq göstərir ki, onlar hansı havanı çalırlarsa, məhz o havaya oynayaq. Xeyr, biz müstəqil dövlətik, onlar hansı havanı çalırlarsa-çalsınlar, özləri bilər, biz "Heyvagülü" oynayacağıq. Çünki bu hava sümyümüzə daha yaxşı düşür... Qoy mollalar yanıb-yaxılsınlar...

Son vaxtlar İran Rusiyaya qoşulub bizə ultimatum verib ki, Xəzərin dibi ilə Orta Asiyadan qaz xətti çəkməyək. Biz deyirik ki, "TRASEKA" bizim planımız deyil, nə fars inanır, nə rus... Rusiyanın hərbi dairələri öz bəyanatlarında bizi Gürcüstana və Azərbaycana ordu yeridəcəkləri ilə hədələyirlər. Çətin də olsa, dözüm nümayiş etdiririk. Bu hədələrin kökündə bədnam qonşularımızın bizi torpaqlarımızı işğaldan azad etməkdən çəkindirmək durur. Biz isə boş nağıl-bəyanatlara qulaq asmaq istəmirik və tezliklə bu müqəddəs işə başlayacağıq. İnşallah!


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər