1994-cü ilin 12 mayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında saziş imzalanmışdır. O vaxtdan 18 il keçsə də, mütəmadi olaraq, sərhəddə işğalçı Ermənistan atəşkəs rejimini tez-tez pozur. ATƏT-in Minsk Qrupu isə bu vaxt ərzində problemin həllinə nail olmayıb. Avropa təşkilatının problemin həllini acı bağırsaq kimi uzatmasının səbəbi işğalçıya və işğala məruz qalana eyni rakursdan yanaşmasıdır. Söhbət problemi həll etməyi yubadan Qərbin ikili standart oyunundan gedir. Onlar hər iki tərəfdən güzəştə getməyi tələb edirlər. Soruşmaq istəyirik: ərazisi işğal edilmiş Azərbaycan nəyi güzəşt etməlidir? Qərb bu suala heç bir konkret cavab verməsə də, "güzəşt et, vəssalam" deməkdə davam edir. Bıçaq sümüyə dirənəndə, hər hansı bir güzəştdən danışmağın faydasızlığını isə xüsusi izah etməyə ehtiyac qalmır...
Dünyanın heç bir yerində yeri, yurdu, torpağı və ərazisi olmayan ermənilərə Rusiya və İran dövlətlərini qurmaq üçün Azərbaycanın müəyyən ərazilərini işğal edib verməklə imkan yaradıb. İrəvan, Gümrü, Zəngəzur, Mehri, Göyçə, Dağ Borçalısı və digər ərazilər ermənilərə azlıq etdi. Sovet dövründə Kremlin təzyiqi ilə dövlətlərinin ərazilərini hesabımıza artırmağa nail oldular. Erməni elə bir bədnam tayfadır ki, onun gözünü, hələ ki, güzəştə gedilmiş Azərbaycan torpaqları doydurur. 1969-cu ildə Ümummilli Lider onların torpaq maraqlarına sədd çəkdi. Ancaq O, Kremlə çağırıldıqdan sonra Kamran Bağırov Qazax zonasından ermənilərə 4 min hektar meşə sahəsi verdi. Sözsüz ki, Moskvanın təkidli tələbi ilə. İştahaları diş altında olan ermənilər torpaqlarımıza doğru irəliləməkdən çəkinmədilər. Bunun qarşısını almağın yeganə yolu doymaz düşmən gözünə torpaq töküb məhv etməkdir. Yalnız ölü erməni yatmaq üçün bir adamboyu torpaqla kifayətlənir. Biz onlara yalnız məzar yeri verməklə kifayətlənə bilərik.
Ərazimizdə erməni dövləti yaratmaq ideyası ruslara məxsusdur. Bu ideyanı da onlar gerçəkləşdirdilər. Gerçəkləşmiş ikən gerçəkləşməmiş olaydı... Ancaq rus məkri gerçəkləşdi. 1992 və 1994-cü illərdə Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin yarıtmaz siyasətləri nəticəsində Qorbaçov hökuməti Dağlıq Qarabağ və ətraf rayonları müharibə yolu ilə əlimizdən alıb ermənilərə verdi. Əli qurusun... Gücümüz yalnız qarğış tökməyə çatır.
Rusiyanın indiki siyasi rejimi Ermənistanda ordu saxlayır. Bunu bizə dost kimi etmədiyi aydındır. Rusiyanın hərbi dairələri isə bizi tez-tez Cənubi Qafqaza ordu yeridəcəkləri ilə hədələyirlər. Niyyətləri gözlərində qalsın.
Bizi özünə dost və müttəfiq bilən ABŞ Cənubi Qafqazı Rusiyanın təsir dairəsi hesab edir. Biz ABŞ-ın təklifi ilə İraqa və Əfqanıstana əsgər və zabit heyəti göndərmişik. Əsgərlərimiz Kosovoda da xidmət etmişdilər. ABŞ hara deyir, ordu göndəririk. Ancaq ABŞ daha çox Yerevanın mənafeyini müdafiə edir. Allah bizi bu cür dostlardan qorusun. Şərait yaradılarsa, erməni kimi düşmənlərimizlə özümüz də bacararıq. Hillari Klinton Cənubi Qafqaza gəldikdən sonra ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidentinə müraciət edib, bizdən Yerevana münasibətdə güzəştli müsbət cavab gözlədiyini bildirib. Bu da bizim dostumuz və müttəfiqimiz...
Dünyanın 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Gündüz Günəş, gecə isə Ay və ulduzlar ölkəmizin 9 qurşağına nur saçır. Tanrı isə Günəş, Ay və ulduzlardan da yüksəkdədir. Həm də qadir Allah erməninin yox, bizim dəstəkçimizdir.
Valeh MƏHƏRRƏMLİ