PDF Oxu

Köşə

  • 10 254

"SİYASİ XADİMLƏRİN" XƏDİM "LİDERİ"

image

Tarixi keçmişlərdə padşah saraylarında, kral qəsrlərində hərəmxanaları saxlamaqdan ötrü "ibənilər", "xaciyyələr", "axtagahlar" saxlanılarmış. Onlar bioloji varlıq kimi "kişilik" timsalında tanınsalar da, həyati baxmdan buna layiq deyildilər. Çünki onların məlum "orqanları" padşahların, kralların əmrlərinə uyğun olaraq ləğv edilirdi. Lakin buna baxmayaraq, sarayda sözləri keçən həmin tiplərə "saray xadimi" kimi müraciət edərdilər. Baxmayaraq ki, onlar həqiqətdə xadim deyil, xədim idilər. Və hətta elə hallar da olurdu ki, sözügedən xədimlər sonradan digər böyük vəzifələrə qədər yüksəlir, xədimliklə yanaşı, xadim kimi də fəaliyyət göstərirdilər.


SİYASİ AXTALANMAYA MƏRUZ QALANLAR


Təəssüf ki, bu gün dağıdıcı müxalifətə mənsub siyasi xədimlər "xadim" kimi söz demək statusuna yiyələnməyə cəhd göstərirlər. Yəni bu xədimlər özlərini "xadimlər" kimi aparırlar. Özü də onları xədim edənlər bu tərəfin adamları deyil, ta uzaqların - Qərbin adamlarıdırlar. Onların əksəriyyəti xarici ölkələr tərəfindən siyasi axtalanmaya məruz qalsalar da, hələ də başlarındakı buynuzlarını "tac" qismində nümayiş etdirirlər. Bu gün qeyri-əxlaqi siyasət yürüdən, siyasi, təbii, cinsi və məxsusi əxlaqsızlıqlarla məşğul olan, bu torpağın çörəyini yeyib ona şıllaq atanlar müxalifət adı altında siyasi xadimlik iddiası ilə "ibənilər", "xaciyyələr", "axtagahlar" kimi yaşayırlar. Və burada söhbətin kimdən getməsini anlamaq lazımdır. Arvadının Londonda, Mançesterdə, Liverpulda Boltonda böyük ətriyyat mağazalar şəbəkəsi olan, xalq adından danışıb xalqın yox, terrorçuların sevimlisi olan, "Taliban", "Hizbullah" hərəkatları ilə yaxın əməkdaşlığı ilə tanınan "Mahmudçular", "Süleymançılar" kimi dini təriqətlərlə gizli anlaşmalar imzalayan, ermənilərin dostu, "Vətən xaini" damğasını daşıyan, erməniyə dayı yox, hətta "ata" - deyən şəxsə və onun əməllərini bilməyən, tanımayan varmı?


XƏDİMLƏRƏ LAYİQ HAVALAR


Həmin xədimin adı Əli (hansı ki, bu kimi mübarək adı daşımaq ona haramdır - R.)soyadı isə Kərimovdur. Əgər belə olmasaydı, yəni Ə.Kərimov erməniyə dayı, ata, əmi deməsəydi, ilk olaraq, siyasi "xadimə" kimi xədimlik etməzdi, arvadı Samara Seyidova mağazalar şəbəkəsinə sahib olmazdı, özünə şəhərdən kənarda, elitar ərazidə yeni villa almazdı.

Ancaq bu müxalifət heç kimə gərək deyil. Onlar özləri çalıb özləri oynayırlar. Amma milli havaları deyil, xədimlərə layiq havaları. Ən maraqlısı budur ki, Azərbaycanda hansı pis, idbar, iyrənc, ürəkbulandıran əmələ baxsan, onun altından 100% Ə.Kərimov çıxır. Bir sözlə, həmin "siyasi xadimlik" iddiasında bulunan xədimlərin başında. ən uca pik nöqtəsində də məhz xədim Ə.Kərimovun dayanması heç kimi təəccübləndirməsin.


RÖVŞƏN

Digər xəbərlər