PDF Oxu

Köşə

  • 1 267

CÜMŞÜD NURİYEVİN HAQLI SUALLARI

CÜMŞÜD NURİYEVİN HAQLI SUALLARI

Əslində, siyasət aləmində baş verən tarixi hadisələr və həmin hadisələrdən doğan reallıqlar müzakirə obyektinə çevrilərkən, daha yeni, daha cazibəli fikirlər, arqumentlər ortaya çıxmağa başlayır. Belə ki, bu günlərdə redaksiyamızda baş tutmuş tədbilərin birində hörmətli Cümşüd Nuriyevin irəli sürdüyü kəskin, faktlarla zəngin və maraqdoğurucu fikirləri məndə maraq oyatdı. Çünki söhbət 20 ildən artıqdır ki, müxalifətdə qalan, bundan ibrət dərsi götürərək, siyasi arenanı tərk etməyən, hələ də hakimiyyətə gələcəyini utanıb-qızarmadan ictimaiyyətə bəyan edərək aqressivləşən, bununla da dağıdıcılıq statusuna yiyələnən satqın, xəyanətkar müxalifət ünsürlərindən gedir. O ünsürlərdən ki, onlar barəsində yüzlərlə, minlərlə, bəlkə də on minlərlə faktlar mövcuddur. Maraqlıdır ki, hakimiyyətdə olduqları bir il ərzində on minlərlə fakta söykənən xəyanətkar addımları atmalarına bunlar necə vaxt tapıblar? Ancaq fakt, necə deyərlər, fakt olaraq, faktlığında qalmaqdadır.

Lakin məsələ AXC-Müsavat iqtidarının xalqa etdiyi zülmlərlə, xaosla, anarxiyayla bitmir axı.


ACİZLİKLƏ YALVARANLAR


Həmin dövrlərdən 20 ilə yaxın bir zaman keçir. Bu isə, o deməkdir ki, bax, həmin o on minlərə söykənən qaranlıq arxivlərin açılması zamanıdır. Söz yox ki, bu gün xalqdan, millətdən dəm vuran dağıdıcı müxalifət "liderləri" bir vaxtlar bu gün tənqid, hətta təhqir etdikləri demokratik hakimiyyətin qarşısında acizliklə yalvarışlar edirdilər. Ona görə də hörmətli politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyevin çıxardığı yeni faktlar onların buzlarını əridə bilər. Məsələn, Müsavat başqanı İsa Qəmbərova qarşı xarici təhdidlər, hətta ölüm təhdidi olarkən, o öz xilasını Ulu Öndər Heydər Əliyevdə axtarıb, onun ayaqları altına düşərək, həyatının xilasını diləyib.

Bu gün "ACP"-yə liderlik edən Rəsul Quliyev zamanında spiker vəzifəsinə yüksəldilərkən, bir çox nüfuzlu siyasilər onun həmin vəzifəyə layiq olmadığını iddia ediblər. Lakin Ulu Öndər onu islah edəcəyini, düz yola qaytaracağını bildirmiş, R.Quliyevə etimad göstərmişdi ki, bu da onun alicənablığından, kübarlığından və dahiliyindən xəbər verən amil idi. Ancaq nə İ.Qəmbərov sağ qaldığına görə, nə də R.Quliyev şəxsiyyətlər sırasına çıxarıldıqlarına görə bir dəfə də olsun etiraf dili ilə danışmayıblar, cürət etməyiblər. Çünki qorxaqdırlar! Çünki onlarda kişilik deyilən daxili xüsusiyyət mövcud deyil!


CAVABLARA MƏMNUNİYYƏTLƏ QULAQ ASARDIM


Əksinə, bu gün onlar xalqın, millətin dəstəklədiyi demokratik hakimiyyətə hardan gəldi, xüsusilə də, kürəkdən xəncər sancmağa çalışırlar. Düşünürlər ki, ibnəliklə də olsa, hakimiyyətə gəlməyə müvəffəq olacaqlar. Amma yox! Bu, belə deyil və ola da bilməz!

Sonda köşəmin başlığına aydınlıq gətirmək istərdim. Yəni Cümşüd müəllimin tam səmimiliklə dediyi sözlərə bir vətəndaş kimi dəstəyimi göstərmək istərdim. C.Nuriyev öz söhbətində haqlı olaraq, sual etdi ki, nəyə görə Azərbaycan dövlətçiliyinə, millətçiliyinə, mənəvi dəyərlərinə yüz dəfələrlə xəyanət edən əli kərimovlar, rəsul quliyevlər, isa qəmbərovlar, pənah hüseynovlar və daha kimlər-kimlər qanun qarşısında müttəhim kürsüsünə çıxarılmırlar? Və mən verilmiş həmin sualla razıyam, ancaq təəssüf ki, cavabını axtarıb tapmaqdan ötrü fikirləşirəm. Ancaq bu suala cavab verən tapılsa, məmnuniyyətlə, qulaq asardım, Cümşüd müəllimlə bir yerdə.


RÖVŞƏN

Digər xəbərlər