Son vaxtlar mətbuatın gündəmində olan məsələlərdən biri də özlərini "hüquq müdafiəçiləri" adlandıranların qaldırdığı haray-həşirlərlə bağlıdır. Belə saxta hüquq müdafiəçiləri öz mənafeləri uğrunda apardıqları mübarizəni cəmiyyətin maraqlarını qorumaq adı ilə təqdim etməyə çalışsalar da, bu yerdə "pişiyin quyruğu" görünür. "Quyruğu" görünənlərdən biri də "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusovadır...
L.Yunusovanın kim olduğu və hansı mənsəbə xidmət etdiyi Azərbaycanda çoxlarına yaxşı məlumdur. Bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında L.Yunusovanı ermənilərlə əlbir olmaqda ittiham edən politoloq Zərdüşt Əlizadə özünü ölkənin bir nömrəli "hüquq müdafiçisi" kimi cəmiyyətə sırımağa çalışan L.Yunusovanın həyat yoldaşının erməni olduğunu iddia etmişdi: "Görün, biz nə qədər tolerant ölkədə yaşayarıq ki, ermənilərin - bizim vətəndaşların hüquqlarını müdafiəsinə imkan veririk".
Xatırlayırsınızsa, bir müddət əvvəl Mirzə Sakit də həbsdə olanda "hüquq müdafiəçiləri"nin əsil kimliyini bir qədər açıb göstərmişdi. O zaman bir çoxları buna inanmır, M. Sakitin qaşınmayan yerdən qan çıxardığını iddia edirdilər. Amma iş elə gətirdi ki, Eynulla Fətullayev də həbsdən çıxanda, eyni məzmunlu açıqlamalar verdi və bildirdi: "Bir çox hüquq müdafiəçiləri siyasi dustaqların hesabına bir çox dividendlər qazanırlar. Onların bəziləri hədiyyələr alır, iş düzəldir, xeyir götürürlər".
L.Yunusovanın erməni sevgisi özünü hərdən bütün çılpaqlığı ilə büruzə verir. L.Yunusova Ermənistana səfərlərinin birində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan düşmən ölkənin paytaxtında ən yaxşı halda xəyanət kimi dəyərləndirilə biləcək növbəti antimilli bəyanatını səsləndirmişdi: "Ermənistanda 2008-ci il martın 1-də baş verənlər təəccüblü deyil. Azərbaycanda 2003-cü ildə baş verənlər Ermənistanda 2008-ci il martın 1-də təkrarlanıb"(?!) Və görəsən, L.Yunusova bu sözləri işlətdiyinə görə erməni qayın-baldızlarından nə qədər pul qoparıb?
Leyla Yunusovanın Yerevanda səsləndirdiyi fikirlər bilavasitə erməni təbliğatına işləməsi təəssüratını yaradır. Azərbaycan işğala son qoyulacağı təqdirdə, Dağlıq Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizliyinə təminat verəcəyini dəfələrlə bəyan edib. Leyla Yunusova isə hər dəfə Yerevanda çıxışında bildirir ki, "onun hüquqlarının pozulduğu bir ölkədə ermənilərin hüquqlarının qorunacağına zəmanət yoxdur".
Bu, həmin Leyla Yunusovadır ki, Qarabağ müharibəsindən ikicə il sonra çıxıb efirdə dedi ki, "bəsdirin də Qarabağda ölən azərbaycanlılar üçün ağladız, bir az da Qarabağda ölən ermənilər üçün ağlayın".
Göründüyü kimi, adını "hüquq müdafiəçisi" qoymuş bir erməni axçisinin mətbuatda qaldırdığı hay-küy əsassızdır və heç bir hüquqi çərçivəyə sığmır. Onun bütün fəaliyyəti şəxsi ambisiyalar üzərində həyata keçirirlir ki, növbətisi də bu silsilədəndir.
Azərbaycan balaca bir ölkədir, burada hər kəsin kim olduğu yaxşı bilinir. L.Yunusova kimilərinin "gəmidə oturub gəmiçi ilə dava etməsi" ölkəmizdə tolerantlığın nə qədər yüksək səviyyədə olduğunun əyani sübutudur. Lakin Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir və heç kəsin xidmətlərini unutmur. O da burada yaşayan fərd kimi bunu unutmasın.
MÜBARİZ