Əslində, bu, baş verməliydi. Bir kəs ki, ona tapşırılan işin öhdəsindən gələ bilməyi bacarmırsa, getməlidir, özü də üzüsulu. Yəni qayıtmaq istəsə, üzü olsun qayıtmağa. Ancaq məsələnin başqa tərəfi də var. Belə ki, özünü "ziyalı" adlandıran, amma həqiqi ziyalılıqdan kənarda qalan, bununla da reneqat adını haqq edən kəslərin ağız-burun əymələri qarşısında həqiqət toxumu cücərməlidir. Çünki bunun vaxtı çoxdan yetişmişdi.
Sirr deyil ki, bu gün Azrbaycan Kinomatoqrafçılar İttifaqı adı altında fəaliyyət göstərən R.İbarhimbəyovun şəxsi qurumu artıq bir incəsənət və yaradıcılıq qurumu kimi öz limitini çoxdan tükəndirib. Başqa tərəfdən isə, R.İbrahimbəyov özü kimilərinin ətrafında vaxtilə qazandığı imicinə zərbə vurdu. Özü də kifayət qədər. Həmin zərbədən sonra onun yenidən nüfuz qazana biləcəyini isə demək çətindir. Həm də ona görə ki, yazımın əvvəlində qeyd etdiyim ki, o, gedərkən üzüsulu getmədi, qayıtmağa isə cürəti çatmayacaq.
Bu səbəbdən də, ölkənin tanınmış, nüfuzlu kino xadimləri tərəfindən belə qəbul edildi, belə nəticəyə gəlindi ki, R.İbrahimbəyovun kinomatoqrafçılığı mədəniyyət və yaradıcılıq məfkurəsinə mənsubluğunu itirib. Ona görə də həmin quruma alternativi yaradıldı. Elə bir alternativi ki, müasir və modern yaradıcılıq funksiyalarını həm əxz, həm də əks etdirsin. Ən azından, dövlətin bu sahəyə göstərdiyi diqqət layiqli əvəzini görsün. Axı R.İbarhimbəyov artıq kino-filanla məşğul deyil. O, reneqatlıqla yanaşı, dövləti-milləti satmağa hazır olan murdar, nifrinlərə layiq fərdlərlə xəyanət addımları atır, özünü "dahi kinomatoqrafçı" deyil, "dahi siyasətçi" hesab edir. Hətta ağzına gələn hər cür rəzalətlərə yol açır. Lakin buna deyən yoxdur ki, ay Rüstəm "bəy", oturmuşdun gül kimi işində-gücündə, daha bu həngamələr nəyə lazım idi, axı? Amma nə edəsən, o da öz düşüncəsi ucbatından özünəbənzərlər kimi məhv oldu. Bu yerdə deyərlər ki, insan nə edirsə, özü edir, pisini də yaxşısını da. Sən kinoya yaman ziyan vurdun!
Şükür ki, artıq yeni Kinomatoqrafçılar İttifaqı mövcuddur. Yəni həmin qurumun yaradılması elan edildi. Nəmxuda, oraya rəhbərlik edənlərin hər birisi Azərbaycan kinosunun, kino yaradıcılığının tanınmış, hörmətli-izzətli nümayəndələridirlər. Və bundan sonra yeni qurumda ölkəmizin kinosu daha da inkişaf edəcək, püxtələşərək, ən modern üslublara cavab verəcək.
R.İbarahimbəyov isə, yaxşı olardı ki, getsin reneqatlara layiq cizgi filmləri çəkməklə məşğul olsun. Ondan yaxşı multiplikator çıxar. Lakin adam ehtiyat edir ki, o, təmsil olunduğu reneqatlar toplumunda "Multiplikasiyamatoqraf Birliyi" yaradar və bundan sonra çəkiləcək cizgi filmlərimizin də keyfiyyəti aşağı düşər. Gərək heç bunu yazmazdım. Birdən gedib bunu da edər, olaram günahkar. Çünki mən reneqatlar qrupuna heç və bir də heç daxil olmaq istəməzdim.
MÜBARİZ