PDF Oxu

Köşə

  • 1 839

NANKORLUQ NECƏ OLUR?

NANKORLUQ NECƏ OLUR?

Ölkə başçısı növbəti dəfə nümayiş etdirdiyi humanizm siyasətini ən yüksək səviyyədə həyata keçirdi. Məlum 2 aprel icazəsiz aksiyasında törətdikləri cinayət tərkibli əməllərinə görə həbs olunanların vaxtından əvvəl əfv edilmələri cəmiyyətdə olduqca müsbət dəyərləndirildi. Bu amil humanizmlə yanaşı, həm də formalaşmış milli dəyərlərə hörmət kimi qiymətləndirildi. Lakin gəlin bu faktora başqa rakursdan baxaq. Bir insan cinayət törədir, törətdiyi cinayətinə görə həbs edilir, bir müddət həbsxanada qaldıqdan sonra bilavasitə dövlətin başçısının təşəbbüsü ilə azadlığa buraxılır. Yəni konstitusiyaya, qanunvericiliyə əsaslanan məhkəmə qərarları Prezident tərəfindən dəyişdirilir. Məgər bunun özü dövlət siyasəti ilə yanaşı, ali təşəbbüs deyilmi? Əlbəttə ki, bu yüksək alicənablıq addımını bizlər, dövlətinə, millətinə sadiq olan vətəndaşlar normal düşüncəli cəmiyyət timsalında dərk edirik, qiymətləndiririk və alqışlayırıq. Çünki sözügedən məsələ çərçivəsində azadlığa çıxan məhbusların anaları, bacıları, qohum-əqrəbaları sevinirlər, göz yaşlarına boğulurlar, Allaha şükürlər edirlər. Amma təəssüf ki..!

Təəssüf ki, onlara bəxş olunan azadlığı dərk etməyən, anlamayan, ya da anlamaq kimi şüardan bilə-bilə özünü məhrum edən nankorlar, vicdansızlar, mən deyərdim, şərəfsizlər də mövcuddur. Və təəssüf ki, belələri daim müsbət amilləri mənfi kimi görür, onları həyatda kor edən "liderlərinin" zurnalarını çalıb, havalarını oynayırlar. Təəssüf, min təəssüf!!!


İŞLƏNMİŞ TUALET KAĞIZINA "MÜSAHİBƏLƏR"


Xüsusilə, "cəbhə" sədri Əli Kərimovun havasına oynayanlar öz azadlıqlarını öyrədilmiş rəzil ifadələri ilə bəzəyiblər. Belə ki, "Azadlıq" adlı iş(lən)miş tualet kağızının səhifəsinə çıxan həmin nadürüstlər nankorcasına humanizm siyasətini "dəyərləndirməyə" başlayıblar. Guya bunlar "Vətən", "xalq", "demokratiya", mücahidləriymişlər və guya bunlar lazım olsa daha bir neçə əsr türmədə çürüməyə razıymışlar və s. Adama deyərlər ki, (yəni həqiqi adama - R.) ay Allahın bədbəxt qulu, axı sən kimin, hansı ibnənin, hansı siyasi kuklanın uğrunda öz ailənə, anana-bacına xilaf çıxdın, küçələrə çıxaraq dağıtdın, tökdün, həbsxana həyatını isti ailə həyatından üstün tutdun?!

Baxaq görək bunlar "Azadlığ"ın çirkab səhifələrinə hansı çirkinlikləri əlavə ediblər: AXCP (i)-nin Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov deyib ki, bunların həbs olunması guya ki, hakimiyyətin səhfinin "etirafıdır," (?!) Hansı "etirafdan" danışır bir "qoluboyun" müavini? Nəyə görə gözlərinin işinə qədər yalan danışaraq, deyir ki, həbsxanada olarkən, guya ona "cəbhədən" istefa vermək təklifi verilib və o da əsəbindən baş-gözünü yolaraq, hətta tumanını başına çəkərək, deyib ki, "mən şərəfsiz deyiləm". Dediklərini necə təsdiq və sübut edə bilər və s. Bax, bununla əslində, şərəfsizin yekəliyini öz və sədrinin timsalında nümayiş etdirib Z.Eyvazov! Çünki əfv olunmağı, ailəsinə qovuşmağı bu cür qiymətləndirmək ən yaxşı halda ŞƏRƏFSİZLİKDİR! Belə yerdə bir də deyərlər ki, adamda kişilik sifəti olar. Amma bunlarda nəinki kişilik, hətta həqiqi arvadlıq sifəti də mövcud deyil.

Özlərini "vicdan məhbusu" adlandıranlardan növbəti birisi - Rüfət Hacıbəylinin atası İbrahim (ata belədirsə, balasını qınamağa dəyməz -R.) isə adıçəkilən qəzetin səhifəsinə çıxıb deyir ki, onun ürəyinə dağ çəkilibmiş (?!). Ancaq demir ki, həmin dağı onun ürəyinə dövlət deyil, bu dövlətə qarşı çıxan övladı çəkib. Demir ki, onun övladı Bakının küçələrində dağıdıcılıqla, anarxiyayla məşğul olarkən, cəbhədə əsgərlərimiz qəhrəmanlıqlar, şücaətlər göstərib, Vətən torpağını müdafiə ediblər, bu gün də etməkdədirlər. Və əgər "Mən bu əfvə görə təşəkkür etmək fikrində deyiləm, əksinə, tələb edirəm ki, dövlət buna görə bizdən üzr istəsin, kompensasiya versin"(?!) deyən birisinin övladı sabah cəbhədə erməni kəşfiyyatına işləsə, bundan heç kim təəccüblənməsin. Çünki dədəsinin gəzdiyi ağacları balası budaq-budaq gəzər deyib atalarımız.

Bu əsnada İsa Qəmbərovun zəhərlədiyi gənc - Müsavat partiyasının gənclər təşkilatının sədri Tural Abbaslının dövlət rəhbərliyinin humanizm siyasətinə baş əyməsi yerinə "onlar bizi məhv edə bilmədilər" deməsi bir daha sübut etdi ki, bu adamın başı üzərində Domokl qılıncı kimi dayanan başqanı onun həyatını çoxdan məhv edib. Ona görə də dövlətçiliyə, millətçiliyə "onlar" deyə xitab edərək, azadlığa qovuşmasını sağlam düşüncə ilə dəyərləndirə bilməyən binəva müsavatçı Azərbaycana ermənilərdən betər gözlə baxır. Baxır və bu kimi xəyanətkar ifadələrlə kimlərə xidmət etdiyini aşkar edir.


BUDURMU ONLARIN "KİŞİLİKLƏRİ" ?!


Sonda isə bir məntiqi nəticəni, yəni çıxardığım nəticəni hörmətli oxucularıma çatdırmaq istərdim. Bu gün ən düzgünü belələrinin adlarını NANKOR qoymaqdır. Nankorlar isə nəinki öz ailələrinə, yaxınlarına xəyanət addım atmağa layiqdirlər, onlar hətta dövlətə qarşı, dövlətin insanlara, vətəndaşlara göstərdiyi diqqətinə qarşı, eləcə də, humanizm siyasətinə qarşı nankorluq etməyə hazırdırlar. Çünki həmin nankorlar bu kimi satqınçılıq ifadələri, şərəfsiz müsahibələri, rəzil açıqlamaları ilə birbaşa düşmən erməni mətbuatına işləyirlər. Və sabah düşmən erməni mətbuatı Azərbaycan əleyhinə nə yazacaqsa, təbii ki, həmin nankorların adlarına istinad edəcəklər. Budurmu onların "kişilikləri"?!


RÖVŞƏN

Digər xəbərlər