PDF Oxu

Köşə

  • 1 070

ŞTRASSER YENƏ BANLADI

ŞTRASSER YENƏ BANLADI

Yaşadığı ölkəsinin (Almaniyanın) cəmiyyəti daxilində normal demokratik mühitin get-gedə sıradan çıxmasını, irqçiliyin, neofaşizmin artması amillərini gözardına, qulaqardına, hətta qırmızı peysəri ardına vuran Kristofer Ştrasser növbəti dəfə Azərbaycandakı qırmızıpeysər dostlarının sevinclərinə səbəb ola biləcək açıqlaması ilə yadda qalıb. Daha dəqiq desəm, dağıdıcı müxalifətin qırmızıpeysər fərdləri alman deputatın "siyasi məhbus" açıqlamasından sonra o saat "Azadlıq" qəzetində palaz-palaz məlumatlar yerləşdiriblər. Hətta eynən erməni mətbuatına lazım olan başlıqlar da yerləşdiriblər ki, burada hər iki tərəf - həm dağıdıcı Azərbaycan müxalifəti, həm də onların erməni qardaş-bacıları. Ata və analar, əmi və bibiləri, xala və dayıları ürəkdən, böyrəkdən, mən deyərdim möcükdən, hətta başqa gündəyməzlərindən belə, seviniblər. Məsələn, "Azadlıq" yazıb ki, "Azərbaycan hakimiyyəti Avropa Şurasında ciddi zərbə aldı", erməni mətbuatının "Qolos Armenii" qəzeti də yazıb ki, "Azərbaycan hakimiyyətinə AŞPA-dan ciddi zərbə vuruldu". Necə deyərlər, elə bil bir almadır, bölmüsən iki yerə. Ha "Azadlıq" olsun, ha "Qolos Armenii" ikisi də bir peyindir desək, lap oxu gözündən vurmuş olarıq.

Nədi-nədi, Ştrasserin "siyasi məhbuslar" məruzəsi guya "demokratik" şəraitdə qəbul olunub və Bakıya 89 nəfərlik (?!) siyahı göndərilib. Ştrasser həm ermənilərdən, həm də buraların çaqqallarından bir xeyli "övgü" qazanıb. Hətta Bakıya gələrsə, buradan da Yerevana tərəf meyil edərsə, mütləq onun boynuna çələngdən zaddan geydirəcəklər. Deyəcəklər ki, sağ ol, ay Ştrasser, sənin sayəndə həm ermənilər, həm də "Azadlığ"ın şərəfsizləri filan qədər qrantları alıb qoydular cibişdanlarına. Və Ştrasserə də filan qədər zad düşəcək.


İCLAS NİYƏ MƏTBUAT ÜÇÜN QAPALI OLUB?


Qeyd edim ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda "siyasi məhbuslar" üzrə qondarma məruzəçisi Kristofer Ştrasserin "məsul" edildiyi problemlə bağlı hazırladığı qərəzli hesabat iyunun 26-da qurumun Hüquq Məsələləri və İnsan Haqları Komitəsində qəbul olunub.

Lakin bu qalsın bir tərəfə, hətta komitənin iclası mətbuat üçün qapalı olub. Maraqlıdır, əgər Avropanın demokratik dəyərlərini izhar edən bu qurum söz və ifadə azadlığını, insanların hüquq və azadlıqlarını müdafiə edirsə, hansı səbəbdən Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin iclası qapalı keçirilib? Məgər bu halın özü demokratik dəyərlərə hörmətsizlik deyilmi? Həmçinin, Azərbaycandan olan və vətəndaş cəmiyyətini təmsil edən 30 QHT-nin bəyanatı iclas iştirakçıları arasında yayılıb. Bəyanatda K. Ştrasserin məruzəsinin qeyri-obyektiv xarakter daşıdığı qeyd olunub. Lakin göründüyü kimi, QHT-lərin haqlı bəyanatı qərəzli qurum tərəfindən nəzərə alınmayıb və bununla da Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı müraciətlərinə hörmət qoyulmayıb. Təbii ki, burada da K.Ştrasserin xüsusi canfəşanlığı müşahidə edilib.

Hələ bu azmış kimi, iclasdan sonra Ştrasser mətbuat konfransı da keçirib. "Azərbaycanda siyasi məhbuslara dair məruzənin hazırlanması zərurəti ondan irəli gəlib ki, 2005-ci ildən ölkə rəhbərliyi bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etməyib" deyən alman deputat unudub ki, Azərbaycan müstəqil dövlətdir və kiminlə əməkdaşlıq edib-etməyəcəyinə də dövlət qərar verir. Onun isə burnunun hara gəldi soxulmasının dəxli yoxdur! Almaniyalı məruzəçi hesabatın müzakirəsi zamanı "həmkarlarının" (ermənipərəst deputatların) dəstəyindən və hazırladığı sənədin qəbul edilməsindən məmnunluğunu ifadə edib. Bununla belə, Ştrasser təəssüflə (adamda sifətə bax!) qeyd edib ki, Azərbaycan hakimiyyəti onun ölkəyə səfərinə və vəziyyətlə yerində tanış olmasına maneçilik törədib: "Ölkəyə gəlmək barədə müraciətlərimə "bizdə siyasi məhbus yoxdur" cavabını aldım".

Axı başqa hansı cavabı almaq istəyirdi, Ştrasser? Məgər Azərbaycan tərəfi məcburən deməlidir ki, bu ölkədə "siyasi məhbuslar" mövcuddur? Hər halda, qırmızıpeysər alman müvafiq cavabını almışdı və müəyyən siyasi qüvvələr qarşısında götürdüyü öhdəçilik əldən verilməkdə idi. Bu səbəbdən də həm öz, həm də ona bu imtiyazı verənlərin tumanlarını başına çəkərək, qeyri-demokratik şəklidə qapalı iclas keçirib, istədiyinə "nail oldu".

Amma qırmızıpeysər alman, boynuqalın dağıdıcı müxalifət "liderləri" və onların şərəfsiz erməni aşnaları yüz faiz əmin ola bilərlər ki, K.Ştrasser bundan sonra nəinki "siyasi məhbuslar üzrə məruzəçi", hətta turist kimi bu ölkəyə gələ bilməyəcək. Çünki özünü əsil azərbaycanlı, əsil vətəndaş hesab edən hər bir kəs (dağıdıcı müxalifət ünsürlərindən başqa) onu qeyri-rəsmi persona non qrata elan edib. Ona görə də siyapurluq edib, Azərbaycana gəlmək arzusunun reallaşması üçün dəridən-qabıqdan çıxıb-eləməsin. Əks halda, onu bu xalqın əlindən heç AŞPA da ala bilməz. İnanmırsa, yoxlasın!


MÜBARİZ

Digər xəbərlər