AXCP (i) sədrinin öz ətrafına yığdığı bir neçə gənci mənəviyyat sarıdan zəhərləməsi, onları öz çirkin niyyətlərinin, məkrli planlarının qurbanına çevirməsi, gənclərə ləyaqətsizlik, şərəfsizlik kimi idbar xüsusiyyətləri aşılaması azıymış kimi, onun bu dəfə bitərəf gəncləri də öz toruna salmaq cəhdləri cəmiyyətin kəskin qınağı ilə nəticələnmişdir. Belə ki, AXCP (i) sədri Əli Kərimovun müxtəlif vasitələrlə beş-on nəfər gənci ətrafına yığıb, toplantı keçirməsi arxasında başqa nüanslar da dayanıb. Bu nüansların başında bəzi xarici qüvvələrin dayanması şəksizdir. Məhz bu səbəbdən, gənclər qarşısında hakimiyyəti yersiz-yersiz təhqir edən Ə.Kərimov, əslində, hansı qüvvələr qarşısında məddahlıq etdiyinin fərqinə varmır. Çünki bunu etmək üçün ona növbəti dəfə həmin dairələr tərəfindən kifayət qədər pul verilib. Daha dəqiq desəm, "cəbhə" sədrinin çıxışı zamanı onun Almaniya barədə sitatlar gətirməsi budəfəki vəsaitinin hansı dairələr tərəfindən verildiyini dolayısı ilə etiraf edib. Yəni Ə.Kərimova tapşırılıb ki, ətrafına daha bir neçə məram və məqsədini anlamayan gənci toplasın və onları anti-Azərbaycan ruhunda, şərəfsizlikdə, mənəviyyatsızlıqda, xəyanətdə "tərbiyələndirsin". Ona görə də vaxt itirmədən, partiyasında cəmləşmiş bir neçə gəncin əli ilə tədbir keçirən "cəbhə" sədri Azərbaycan əleyhinə çıxış edən qərəzli almaniyalı siyasilərin tapşırıqlarını canla-başla həyata keçirib. Düşünüb ki, nə qədər onun özü kimiləri ətrafında çox olsa, xarici ağaları qarşısında əzilib-büzülərək, məddahlıq edərək, qrantlar əldə edəcək.
YANINDA OLMAYANLARI TƏHQİR EDƏCƏK QƏDƏR MƏDDAH "CƏBHƏ" SƏDRİ
Yanında olan beş-on nəfər özükimilərinin filan yerlərini dəsmallayan, yaltaqcasına quyruq bulayan, bunun müqabilində maddi gəlirlərini artıran "cəbhə" sədri onun qondarma siyasətini dəstəkləməyənləri, ondan imtina edənləri təhqir etməsi, əslində, onun dırnaqarası siyasi portretini açığa çıxarır. Bu cür imitasiyalarla xalqın adından danışmağı pərgar etmiş Ə.Kərimov aşkar maraqlarını da ortaya qoymuş olur. Onun maraqlarının məddahlıq üzərində formalaşması isə heç kimdə təəccüb doğurmur.
Digər tərəfdən, istədiyi zamanda toplantılar keçirən, istədiyi kəlmələri "Azadlıq" qəzetində yazdıran Kərimovun söz və ifadə azadlığının boğulmasından tutmuş, demokratiyanın yoxluğuna qədər sərsəmləmələri, özü də həmin sərsəmləmələri gənclər qaşısında səsləndirməsi belə bir sual meydana çıxarır: Əgər onun özünün iddia etdiyi kimi sadaladıqları amillər yoxdursa, həmin görüşlərini necə təşkil edir və hansı vasitə ilə "Azadlıq" qəzetində geninə-boluna müsahibələr verir, bu qəzetin "informasiya şöbəsi" adlı bölümünə şəxsən nəzarət edir? Məgər bütün bunlar demokratiya və söz azadlığı deyilmi?
SÖZÜ BOĞAZINDA QALAN BOŞBOĞAZ
Ancaq reallıq tamamilə başaq mövzunu əhatə edir. Məsələ ondadır ki, sosial şəbəkələrdə işlətdiyi bir neçə gənci qabağında otuzduraraq, siyasi moizələr etməsi digərlərinin heç də xoşlarına getməyib. Bu səbəbdən də, onun danışdıqlarının əksəriyyəti elə boğazınca da qalıb. Boşboğazlıq həddi nəticəsində, Ə.Kərimovun toplantısına qatılan gənclərin əksər çoxluğu salonu tərk ediblər. Çünki onları "cəbhə" sədrinin dedikləri heç bir söz qane etməyib. Çünki toplantını yarımçıq tərk edən gənclər Ə.Kərimov kimi şərəfsiz, ləyaqətsiz, xəyanətkar, məddah və xarici qüvvələr qarşısında yaltaq olmaq arzusunda deyillər.
RÖVŞƏN