PDF Oxu

Köşə

  • 880

OLLAND NECƏ SARKOZİ OLDU?

OLLAND NECƏ SARKOZİ OLDU?

Onların artıq heç bir bənzərsizlikləri yoxdur. Çünki bu bənzərsizlik olsaydı, zatən çaşardım. Yəni düşünərdim ki, axı necə ola bilər, Mitterandan tutmuş Şiraka qədər, oradan da Sarkoziyə kimi, ən nəhayəti isə Fransua Ollanda qədər Fransada qondarma erməni soyqırımı məsələsi gündəmə gəlməsin? Axı ora Fransadır!


Parisdə qondarma "Soyqırımı abidəsi" və ermənilər Fransanı necə işğal edir?


Həmin Fransa ki, hər bir şəhərində çoxlu sayda erməni yaşayır və həmin ermənlilərin hətta paytaxt Parisdə "soyqırımı abidəsi" fransalı heykəltəraşlar tərəfindən yonulub. Ermənilər isə bunun müqabilində fransız millətinin harasını gəldi yalayır, dəsmallayır, öpüb-gözləri üzərlərinə qoyurlar. Beləliklə, həmçinin, yavaş-yavaş öz işğalçılıq xəbisliklərini, hərisliklərini həyata keçirirlər. Bu gün ermənilər Fransanı işğal etməkdədirlər desək, yanılmarıq. Üstəlik, özlərinə heykəl qoydura-qoydura. Belədir, aşağılıq millət olan haylar. Lakin məsələ təkcə bununla sona çatmır.

Fransa prezidenti Fransua Ollandın 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının inkarını cinayət hesab edən yeni qanun layihəsini gündəmə gətirəcəyi barədə yayılan informasiyalar gündəmi zəbt etməyə başlayıb.

Fransua Olland Fransa Erməni Dərnəkləri Koordiansiya Komitəsinin rəsmiləri ilə telefonla danışaraq, seçki kampaniyasında verdiyi sözü yerinə yetirəcəyini deyib. Onu da deyim ki, Olland yeni qanun layihəsinin qəbulundan imtina etmək niyyətində deyil. İnformasiyalarda prezidentin bu ayın sonuna qədər Fransada erməni diasporasının rəsmilərilə yeni layihənin hazırlanması üçün görüş keçirəcəyi bildirilir. Xatırladım ki, Fransa xarici işlər naziri Loren Fabuis türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşü zamanı Konstitusiya Şurasının ləğv etdiyi qanunun yenidən gündəmə gətirilməsinin qeyri-mümkün olduğunu söyləmişdi.


Böyük Türk dünyası buna imkan verməz!


Amma Allah eləməmiş, həmin qanunun qəbulu reallaşsa, daha Fransa siyasi dairələrinin demokratikləşmə fonundakı çabaları ağır yük altında qala bilər. Çünki qardaş Türkiyə faktoru, bu gün dünyada siyasi nüfuz baxımından Fransadan da nəhəng addımlar atan qonşu cümhuriyyət varlığı istənilən zaman sərt mövqesini ortaya qoyaraq, Fransa demokratiyasına sarsıdıcı zərbə vura biləcək daşnak həşəratlarının arzularını puç etmək gücündədir. Necə ki, bugünə qədər edib. Hətta yuxarıda qeyd etdiyim kimi, Mitteran Şiraka, Şirak Sarkoziyə, Sarkozi isə Ollanda çevrildikdən sonra bu kimi qərəzli, vicdandan uzaq, heç bir demokratik dəyərləri əks etdirməyən qondarma erməni soyqırımı qərarı qəbul olunmadı. Hətta əksinə hesablansa belə, yəqin Olland Sarkoziyə çevrilsə də həmin arzunun yerinə yetməsi mümkün olmayacaq. Böyük Türk Dünyası buna imkan verə bilməz!


MÜBARİZ

Digər xəbərlər