PDF Oxu

Köşə

  • 1 479

QORBAÇOV YENƏ GORBAGOR OLDU

QORBAÇOV YENƏ GORBAGOR OLDU

Rusiya KİV-ində SSRİ-nin birinci və axırıncı prezidenti, əli bir çox xalqların qanına bulaşmış, ermənilərin dədəsi Mixail Qorbaçovun öldüyü haqda xəbərlər yayıldı. Qeyd edim ki, bu kimi ölüm xəbərləri daha öncələr də mətbuatda yer almış, Qorbaçovun "gorbagor" olması dəfələrlə dünya dünya ictimaiyyətinə informasiya şəklində çatdırılmışdı. Ancaq təəssüflər olsun ki, Mixailin ölüm xəbəri artıq neçənci dəfədir ki, dezinformativ xəbər olaraq dünya mediasında yer alır. Təəssüf ki, həmin xəbər yalan çıxır və təəssüf ki, Uca Yaradan bu şeytana hələ də ömür bəxş etməkdədir.

Belə ki, yayılan ölüm xəbərindən az sonra "İnterfaks"a müsahibə verən Qorbaçov bu xəbərləri təkzib edib: "Yazın ki, mən yaşamaq və çalışmaqda davam edirəm. Mənim ölümümlə yüksək qonorar almaq istəyənlər bir qədər tələsiblər".


İNSANLARIN ÜRƏKLƏRİNDƏN TİKAN ÇIXARDI


Bəli, jurnalistlər və ya digər insanlar Qorbaçovun ölməyi üçün tələsirlər. Onlar yazar əhlidirlər və hər şeyə, hər bir tarixi hadisələrə həssaslıqla yanaşırlar. Bilirlər ki, əli minlərlə insanın qanına batmış M.Qorbaçovun ölməyi, tez bir zamanda canını şeytana tapşırmağı bir çox insaların ürəklərindən tikan çıxara bilər. 1986-cı ildə milli mənsubiyyətlətinin müdafiəsinə qalxan və gülləbaran edən qazaxların, 1989-cu ilin aprelində demokratiya uğrunda üsyan edən, nəticədə, öldürülən gürcülərin, 1990-cı ilin yanvarında müqəddəs azdlıq yolunda canından keçən azərbaycanlıların, 1991-ci ildə müstəqilliyə can atan latışların, litvalıların ürəklərindən çox dərin tikan çıxardı.


LÜLƏSİKƏSİK OV TÜFƏNGİ ATMADI


Xatirimdədir, hələ SSRİ dağılmamışdı və Moskvanın "Qızıl Meydanı"nda 7 noyabr günü ənənəvi parad keçirilirdi. Məhz həmin paradda bir şəxs gödəkçəsi altında gizlətdiyi lüləsikəsik ov tüfəngi ilə cəllad Mişanı hədəfinə götürməyə cəhd göstərdi. Doğrusu, onun sonrakı taleyi haqqında xəbərim olmasa da, apardığım araşdırmalardan məlum etdim ki, həmin şəxs Rusiyanın ucqar şəhərlərinin birində psixonevroloji xəstəxanaya yatızdırılıb. Yəni ağıllı adam dəli edilib. Ağıllı idi ona görə ki, ən azından Qorbaçovu vurmaqla minlərlə insanın qanına qəltan olmasının qarşısını ala bilərdi. Dəli edildi ona görə ki, bu, Qorbaçova lazım idi.

Bu gün bu adam, yəni M.Qorbaçov onun ölümü haqqında yazan jurnalistə lağ edir, onu çox qonorar almaq üçün dezinformasiya yaymaqda ittiham edir. Ancaq bir həqiqəti yenə də unudur. Unudur ki, onun ölümü günü bir çox xalqlar sevincək olacaqlar, hətta muştuluq belə verəcəklər. Amma bir xalqdan başqa - ermənilərdən. Axı ermənilər onun şeytan balalarıdırlar. Amma nə yaxşı olardı ki, Qorbaçov, həqiqətən də, gorbagor olardı, mən də ermənilərə bu münasibətlə "başsağlığı" diləyərdim. Təəssüf ki...


RÖVŞƏN

Digər xəbərlər