PDF Oxu

Köşə

  • 780

İTİRİLMİŞ ŞANSLAR

İTİRİLMİŞ ŞANSLAR

Gah İranın, gah Qərbin, gah da ayrı-ayrı "güclərin" qarmağına keçmiş müxalifət hazırda çətin durumda olmaqla yanaşı, həm də şans baxımından tükənib. Ciddi siyasi itkilərlə üzləşdikdən sonra, hələ də nəyəsə ümid edən dağıdıcıların versiyaları isə reallaşmır ki, reallaşmır. Başqa tərəfdən, özlərini "siyasi texnoloq" kimi "əvəzedilməz" hesab edən partiya "liderləri" də həmin "texnologiyalarını" gerçəkləşdirə bilmədikləri üçün bir növ, nə edəcəklərini də anlamırlar. Ona görə də hər çıxışlarında hakimiyyətə qarşı iftiralar yağdırır, bu iftiralarını "əsaslandırmağa" səy göstərirlər. Onlar, demək olar ki, hər gün, bilavasitə, nəzarətlərində olan mətbuat orqanlarında "təmizə" çıxacaqlarını zənn edərək, işlətdikləri müxtəlif mürəkkəb siyasi terminləri ilə azsaylı tərəfdarlarının başlarını aldadır, bununla da işlərini bitmiş hesab edirlər. Fəqət, şanslarını itirdiklərini də çox yaxşı bilirlər.


ÖLÜM HAQDIR DEYİBLƏR


Artıq nə İran, nə Qərb, nə də başqa "güclər" onların dadlarına çatmır. Hətta köhnəlmiş "birlik" çağırışları da yararsız tullantıya çevrilmiş həqiqət kimi, "liderlərin" siyasi ölümlərini sürətləndirir. Adi bioloji orqanizmlərdə olduğu kimi, həyat tükəndikcə, yaşamaq arzusu daha da artır. Ancaq ölüm haqdır deyiblər...

Bu baxımdan da, müxalifət şansını çoxdan itirib. Hansı ki, haqqı nahaqa verənlər də onlar olduğu üçün, üzləşdikləri ölüm kabusuna haqlı gözlə baxmağa qorxurlar. Qorxurlar ki, birdən 20 illik müxalifətçilik qazancları anidən əllərindən çıxar. Məsələn, Ə.Kərimovun arvadının Londondakı aptekləri bağlanar, övladları təhsil aldıqları Britaniya universitetlərindən bayıra atılar, "cəbhə" sədrinin qərargah adı altında aldığı böyük villa onun pulunu ödəmiş xarici dostları tərəfindən geri tələb edilər, İsa Qəmbərovun bir neçə Avropa dövlətindəki biznes maraqları məhv olar, Bakıda və xarici dövlətlərdəki bank hesablarına erməni lobbistləri tərəfindən əl qoyular və s. Bir sözlə, qorxurlar! Ancaq hələ ki, həmin qorxularını müxtəlif siyasi artistlik məharətləri ilə gizlədirlər. Deyirlər ki, birdən şans papaqları geri dönər. Lakin bunların şansları itdiyi kimi, papaqları da yoxa çıxıb. Bizlərdə isə belə bir misal var PAPAĞI OLMAYANA "BƏY" DEMƏK, BƏYLİYİ TƏHQİR ETMƏKDİR! Bunların "bəylik" arzuları isə qalıb pambığlığa. Pambıq "sezonu" isə çoxdan qurtarıb.


MÜBARİZ

Digər xəbərlər