PDF Oxu

Köşə

  • 1 024

XÜLYALAR, XƏYALLAR, İLLÜZİYALAR...

XÜLYALAR, XƏYALLAR, İLLÜZİYALAR...

Bu gün istənilən adamdan soruşsan ki, müxalifətdə hansı dəyişikliklər mövcuddur? Özünə hörmət edən kəs deyər ki, vallah, həmin müxalifəti əvvəllər necə görmüşəmsə, indi də elə qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, müxalifət olduğundan üzübəri həmin təxəyyülə, köhnə təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi toplumdur. Bax, ona görə də müxalifət deyilən primitiv siyasi dairə bir addım qabağa, iki addım geriyə doğru "qələbə" yürüşü edir. Neçə günlərdir ki, "İctimai Palata"nın həndəvərində və daxilində fırlanan müxalifət başbilənləri yenidən öz köhnə düşüncələrinə, xülyalarına qapılaraq, "az qalıb", "gəlirik" kimi ifadələr işlətməklə, guya xalqa nəyisə sübuta yetirməyə cəhd göstərirlər. Amma əməli işə gəldiyimiz zaman görürük ki, onların gəlhagəli sən demə başqa yerdən imiş. Yəni onlara qrant ayıran xarici təşkilatlar tərəfindən ödənilən pullar müxalifətçilərin dillərini uzada bildikcə uzadır. Axırı da bəlli olur ki, həmin pullar "liderlər" tərəfindən yeyilib, hətta üzərindən su da içilib. Və sonra da...


YOXA ÇIXAR ÜMİDLƏR


Uzun-uzadı mitinqlərdən, aksiyalardan sonra ara sakitləşir, ortada qalan elə ortadaca qalır, qeyb olan isə qeyb olur. Ortada qalanlar "liderləri"nə inananlar, qeyb olanlar isə həmin "liderlər" olur. Beləliklə, küçələrdə bəh-bəhlə müxalifətin "xoş gələcəyinə" ümid edənlərin əlləri qalır boşda. Əvəzində, ağızları başlayır işə düşməyə. Nə üz qalır, nə sifət qalır, nə də... "Liderlər"in söyülmədiyi yerləri qalmır. Sonda müxalifət gedir uzun-uzadı qış yuxusuna. Ta ki, növbəti bahar gələnə qədər.

Onda mənim həmin sıravi müxalifətçilərə yaman yazığım gəlir. Ancaq nə edəsən? Adamın gərək ağlı ola! Ağıl olmayandan sonra ha özünü öldür. Ha özünə toxtaqlıq ver, vallah da, billah da, bunun heç bir xeyiri-filanı yoxdur! Ümidlər "liderlərlə" birgə yoxa çıxır.

"İctimai Palata"nın budəfəki həngaməsi də 2003-cü ildəki "Azadlıq" blokunun, 2005-ci ildəki "Müxalifətin Koordinasiya Mərkəzi"nin həngamələrindən heç də fərqlənmir. Və əgər fərqlənmirsə, onda bunların da ötənlərdən fərqlənmədikləri heç kimdə şübhə doğurmur. O ki qaldı özünə hörmət qoymağa, əgər bir kəslər ki, 20 ildən artıq müddətdir özlərinə hörmət qoymurlarsa, xalqa hansı hörməti qoyacaqlar? XÜLYALAR, XƏYALLAR, İLLÜZİYALAR...


RÖVŞƏN

Digər xəbərlər