Dünya və beynəlxalq ictimaiyyətinin müstəqilliyini tanımadığı "DQR"-də növbəti prezident seçkilərinin keçirilməsi bir daha Ermənistan hökumətinin məkrli niyyətindən xəbər verməkdədir. Bu ölkə rəhbərliyi bu əməli ilə sübut etmək istəyir ki, bundan sonra da, Azərbaycanın ərazi bütövlüyünü tanımamaqda davam edəcəkdir. Atalarımız "yad torpağına göz dikən iki gözdən olar" demişlər. Dünyanın heç bir yerinə torpağı olmayan ermənilər həmişə türk torpaqlarına göz dikmişlər. Əlbəttə, iki gözdən məhrum olanları, iki qulaqları kəsilənləri və hətta başdan məhrum olanları da kifayət qədər çox olmuşdur. Ancaq sağ qalanları yenə də həyasızlıqla türk torpaqlarında ərazi əldə etməyə, orada dövlət qurmağa can atmışlar.
Necə deyərlər, çanaq bizim başımızda çatlamışdı. Yəni ermənilərə himayədarlıq edən Rusiya erməni dövləti üçün Azərbaycan torpağını münasib saymışdır. Bu yerdə bir qeyd etmək yerinə düşərdi. 1813 və 1828-ci il İran-Rusiya müharibələri Rusiyanın xeyirinə "Gülüstan" və "Türkmənçay" müqavilələri kimi tarixə düşüb. Qalib tərəf Rusiya olsa da, müharibənin davam etdiyi və atəşkəsin hökm sürdüyü 15 il ərzində İran qoşunları tərkibində vuruşan azərbaycanlılar dağlıq və düzəngah ərazilərdə rus ordusuna ağır itkilər vermişlər. Xüsusən, Azərbaycanın Araz çayından şimal hissəsinə, oradan İrəvan, Şəki və Dərbənd ətrafınadək olan ərazilərdə hərbi əməliyyatlarda İran sərkərdəsi, Azərbaycanın böyük oğlu Abbas Mirzə vuruşurdu. O, döyüşlərin bir çoxunda cəmi 1500-2000 nəfərlə rusların 5-10 min nəfərlik ordu hissələrini pərən-pərən salırdı. Hərbi sursatının və əsgərinin say çoxluğu son nəticədə, hər bir müharibənin rusların xeyirinə başa çatması ilə nəticələndi.
Rusiya bu cür döyüşkən xalqla müharibədə saysız-hesabsız itkilərlə üzləşirdi. Odur ki, Pyotr və Yekaterinanın öyüdlərinə riayət edib, nəyin bahasına olursa-olsun, bu ərazidə Ermənistan adlı dövlət yaratmaq arzusuna düşdü. Dövlət ayrı-ayrı fərdlərin birləşməsindən yaranır. Odur ki, Rusiya İran ərazisindən yüz minlərlə ermənini İrəvan və Qarabağa köçürdü. Ruslar Birinci Dünya müharibəsində məğlub duruma düşdükdən sonra 1918-ci ildə Türkiyə ərazisindən geri çəkilərkən, yenə də yüz minlərlə ermənini ərazilərimizə köçürdü. 1918-ci ildə biz İrəvan ərazisini ermənilərə güzəştə getdik. Burada dövlət qurduqlarını elan edən ermənilər Qarabağda da əl yeri qoymağı lazım bildilər.
Ermənistanın indiki rəhbərliyi münaqişənin dinc yolla həlli ilə razılaşmadığını bildirmək üçün tanınmamış "DQR"-də yeni prezident seçkilərinin keçirilməsinə rəvac vermişlər. Azərbaycan da, Türkiyə də, eləcə də, əksər dünya dövlətləri bu seçkilərin nəticələrinə sərt təpki göstərmiş, bəziləri də göstərməkdədirlər.
Bundan sonra beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllinə tərəfdirlərsə, o zaman Ermənistana qarşı ən azı sanksiyalar tətbiq etməlidirlər. Bu, baş verməsə, Azərbaycan öz ərazi bütövlüyünü qeyri-sülh yolu ilə həll etməyə məcburdur.
Beynəlxalq qüvvələr, nədənsə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılmasına bir o qədər də tələsmirlər. Azərbaycanın hər yeni bəyanatına isə, dərhal cavab verirlər ki, münaqişə yalnız tərəflərin öz aralarında razılıq əldə etməsindən sonra dinc yolla həll olunmalıdır. Bu yerdə adamın yadına Andreas Qrossun dedikləri düşür. O, bir jurnalistin sualına: "Ermənilər sizi öldürsəydilər, sayınız bu qədər artmazdı, əksinə, siz onları daha çox öldürdüyünüz üçün, ermənilərin sayı getdikcə azalmaqdadır" cavabını vermişdir. Deyəsən, beynəlxalq ictimaiyyət Cənubi Qafqazda erməniləri qorumaqla, onları damazlığa çevirmək istəyir. Ay onların kökləri kəsilsin!
Valeh MƏHƏRRƏMLİ