PDF Oxu

Köşə

  • 841

ALLAH ELDAR NAMAZOVUN "BELİNİ QIRIB"

ALLAH ELDAR NAMAZOVUN "BELİNİ QIRIB"

Əslində, müxalifətdə olanların bir çoxunun belləri qırılıb. Hətta elə qırılıb ki, bunun ağrısını hər seçki öncəsi hiss edirlər. Özü də elə hiss edirlər ki, həmin ağırının şiddətindən nə danışdıqlarını, nədən bəhs etdiklərini belə bilmirlər. Başa düşülən şeydir. Amma onlar öz siyasətlərini öncəki illərdə gərək elə sürdürərdilər ki, heç belləri də qırılmazdı, ağrılarının şiddətindən ağıllarına gələnləri də danışmazdılar. Amma neyləmək olar, görünür, hələ də bu ağrıları çəkmək istəyənlər, bundan mazoxistcəsinə həzz alanlar var. Necə ki, özünü "ziyalı" adlandıran, ancaq müqabilində reneqat adını haqq edən Eldar Namazov kimi beliqırılmış da həmin həzz alanlar qrupuna daxil olub. Ona görə də, "ağıllı" görkəmi ilə həftə yeddi, mən səkkiz deyərək, çıxır müxalifət mətbuatına və başlayır şiddətli ağrılarından gileylənməyə. Binəva elə sanır ki, guya onun həlləm-qəlləm müsahibələri bu ağrıların şiddətini azaldacaq. Amma bu, nə qədər düzgündür? Məhz bu sualın cavabını axtarmaqdan ötrü müraciət etdim onun sonuncu müsahibəsinə, görüm ki, E.Namazovun daha harası ağrıyır? Bəlkə yazdığım bu köşə yazısı onun ağrısını kəsə bilər.


CİDDİ PROBLEMLƏR MƏNGƏNƏSİNDƏ AHU-ZAR


Çıxış etdiyi müxalifət mətbu orqanına verdiyi müsahibəsində ilk söz olaraq "hakimiyyətin 2013-cü illə bağlı çox ciddi problemləri var" deyən Eldar "bəy" həmin ifadəsindən sonra qırılmış belinin ağrısından elə ahu-zar çıxarıb ki, hətta... Çünki ciddi problemlər məngənəsindən çıxa bilməyən reneqat Eldar "bəy" başqa tərəfdən də yaman təlaş keçirir. Yəni təmsil olunduğu düşərgənin vahid namizədi müəyyənləşmədiyi halda, iqtidar namizədinin müəyyən olması onun bütün planlarını alt-üst edərək başına yıxıb. Necə deyərlər, qaş qayırdığı yerdə vurub gözünü də çıxarıb "yazzıx".

Məhz bu səbəbdən, həm də kor olan E.Namazov qalıb iki daşın arasında. Axı danışdıqlarının boş-boş sözlər olduğunu, həm özünü, həm də ətrafındakıları aldatdığını da çox yaxşı bilir.

Başqa tərəfdən, iqtidar namizədinin xalq tərəfindən dəstəkləndiyini həzm edə bilməyən reneqat "bəy"in mədəsində də burulğanlar baş qaldırıb. Bu adamın, demək olar ki, hər yeri nasazlıyıb. Necə deyərlər, Allah E.Namazovun belini elə qırıb ki, daha onun bundan sonra nəsə etmək istədiyi cəhdləri belə puça çıxacaq. Nə Rüstəm İbrahimbəyov, nə Rafiq Əliyev, nə Gültəkin Hacıbəyli, nə də ki, yerdə qalan reneqatlar toplumu onun azarına dərman ola bilməyəcəklər. Çünki onlar da qorxurlar. Qorxurlar ki, E.Namazovun virusu onlara da keçə bilər. Bu səbəbdən də, onun ahu-zarı yerdə qalanların kürklərinə bit-birə salıb.


ONUN "SIĞORTASI" FIS ÇIXDI


İqtidar namizədinin müəyyənləşməsini "sığortalanmaq" kimi gördüyünü (axı E.Namazov həm də kordur - M.) deyən bu fərd, əslində, həmin qeyri-ciddi qavramasında özünü sığortalamağa səy göstərib. Yəni özünü "sığortalayaraq" demək istəyib ki, müxalifət 2013-cü il seçkilərində də məğlub olsa (əslində, o, müxalifətin məğlub olacağını indidən bəlləyib -M.) onun bu məğlubiyyətdə rolu-filanı olmayacaq. Bu səbəbdən də, özünü bir növ "sığortalamağa" çalışıb. Amma təbii ki, bütün cəhdləri kimi, "özünüsığorta" səyi də fıs çıxıb, yəni alınmayıb. Çünki iqtidarın son zamanlar müxalifətyönümlü QHT, ictimai birlik təmsilçiləri ilə yanaşı, müxalifət düşərgəsinə məxsus media orqanları ilə də görüşlər, dialoqlar təşkil etməsi Namazovun "sığortasını" fısa uğradıb. Ona görə də "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərə çıxararaq, imitasiyalar göstərməklə məşğuldur. Maraqlıdır ki, reallığı həzm edə bilməyən adıçəkilən reneqat fərd öz imitasiyasını belə, iqtidarın üzərinə yıxmağa cəhd göstərib. Bunun nə qədər mənəviyyata sığması, yaxud da sığmamasını hesablamaq qalsın normal düşüncəli insanların nəticə çıxarmalarına.


MÜBARİZ

Digər xəbərlər