PDF Oxu

Köşə

  • 852

MÜƏMMALI DİPLOMAT VƏ ƏLİBOŞ XARİC MƏSƏLƏSİ

MÜƏMMALI DİPLOMAT VƏ ƏLİBOŞ XARİC MƏSƏLƏSİ

Bu günlərdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov maraqlı və düşündürücü məqama toxunaraq, bildirmişdi ki, nədənsə xarici ölkələrin bəzi siyasi dairə mənsubları Azərbaycan müxalifətinin "liderləri" ilə görüşlərə gedərkən, onların qərargahlarına diplomatla girib, oradan əlləri boş çıxırmışlar. Əslində, Siyavuş müəllimin apardığı müşahidə özündə daha bir neçə nüansı təhlil etməyə sövq edir. Məsələn, hansı xarici siyasi dairə mənsubu olmasına baxmayaraq, onların daşıdıqları diplomatlarının içində nə olduğu ictimaiyyətə "qara qutu" kimi müəmma təsirini bağışlayır. Görəsən, həmin diplomatların içində nə var? Əlbəttə ki, ən birinci ehtimal burada nağd valyuta, ya da ki, bank kağızıdır və həmin bank kağızının üzərində xarici siyasi mənsubiyyətin imzası və rəqəmlər ifadə olunub.

"LİDERLƏRİN" GÖNLƏRİNƏ BƏLƏD OLANLAR

Lakin diplomatın içində daha nələrin olması da suallar yaradır. Belə ki, orada "öhdəçilik sazişi" kimi kağız-kuğuzların da olması mümkündür. Axı onlar müxalifət "liderlər"inin görüşlərinə əlləri dolu girdikləri üçün, təbii ki, müqabilində onlardan nəsə istəyəcəklər. Məhz bu səbəbdən də müxalifət "liderlər"inin gönlərinə bələd olduqları üçün hər şeyi, necə deyərlər, "notarial qaydada", sənəd-sübutla etmək istəyirlər. Yəni hər an "liderlər"in onlara "atış" gəlməsi mümkündür.

Fəqət, "liderlər" öz qərargahlarında xarici dairə mənsublarını gözləyərkən, daha hansı fikirlərə dalırlar, bax, onu demək bir az qəlizdir. Ancaq bəzi assosiativ fikirlər yarana bilər. Fikirlərə dala bilərlər ki, görəsən, filan səfirlik nümayəndəsi diplomatın içinə nə qədər vəsait qoyacaq? 10 min, 100 min, yoxsa 1 milyon? Hə, bunun haqqında fikirləşə bilərlər.

...VƏ BİR DAHA GERİ QAYITMAYIB

Daha sonrakı məqamlarda isə düşünə bilərlər ki, görəsən, 2003-cü ildəki taleyimiz 2013-cü ildə də təkrarlana biləcəkmi? Əgər evimiz yıxılsa, yenə Norveç səfirliyinə qaça bilərikmi? Əlbəttə ki, fikirləşə bilərlər. Çünki öz aqibətlərini onlar çox yaxşı bilirlər.

Amma nəyə görəsə, onların yanlarına girən xarici siyasi dairə nümayəndələri diplomatsız çölə çıxarkən, götür-qoy etmirlər ki, əcəba, mən nəyə görə bunlara filan qədər valyutanı etibar etdim? Məgər bunu daha səmərəli şeylərə xərcləyə bilməməliydimmi? Bax, bunu da fikirləşə bilərlər. Amma çox gec olacaq onların belə fikirləşmələri. Həm onlar üçün. Həm də müxalifət "liderləri" üçün ruslar demişkən, "poyezd dovno uşol" məsəli mövcuddur. Yəni "poyezd" hələ 2003-cü ilin oktyabrında "uşol" və bir daha geri qayıtmayıb.

Amma müxalifət "liderləri" də yaman şeydirlər ha! Daha demirlər ki, birdən xarici diplomatlar gətirdikləri diplomatların içinə qurbağadan, kərtənkələdən, ilandan-çayandan atar. Onda bəs nə olar? Xarici siyasi mənsubun nə vecinə ki? Onsuz da hər dəfə "liderlər"in qərargahlarından əliboş çıxır.

RÖVŞƏN

Digər xəbərlər