Demokratik cəmiyyətdə fəaliyyət göstərən mətbuat sahəsi elə bir mövcud sahədir ki, qəzetçilik faktoru burada siyasi baxışından, ümumi baxış prizmasından və başqa amillərdən asılı olmayaraq, müəyyən əsaslara bağılıdır. Yəni demokratik mühitdə çap olunan qəzetlər müxalifət, yaxud da iqtidar mənafeyindən çıxış edərkən bir çox məsələləri korrektə etməli, cəmiyyətdəki nüfuzuna xələl verə biləcək addımlar atmaqdan uzaq durmalıdır.
Əks halda, bir zamanlar əldə edilmiş nüfuz anidən, yüksək sürətlə öz şkala səviyyəsindən aşağı düşər, bir daha yüksələ bilməz. Və burada yalnız qəzetin mövqesindən yaranmış hər hansı imici rol oynamır, eləcə də, həmin qəzetin tirajında, satışında cərəyan edən hadisələr də yazılı mətbuatın varlığında mənfi, ya da müsbət assosiasiyalar yaradır. Əgər qəzetin borcu varsa, həmin borcdan dolayı bağlanmaq təhlükəsini yaşayırsa, burada dövlətin günahı yoxdur. Burada günah bilavasitə qəzeti idarə edən rəhbərliyin üzərində dayanmalıdır ki, hazırda həmin vəziyyəti "Azadlıq" qəzeti yaşayır. Amma necə və hansı səbəblər üzündən?
NƏCƏF NƏCƏFOV HARADAN BİLƏYDİ Kİ...
Bu gün normal düşüncəli cəmiyyət arasında kifayət qədər xar olan "Azadlıq" qəzetinin rəhbərliyində kimlərin oturduğunu xatırlasaq, həmin qəzetin hazırda hansı vəziyyətə düşməsini rahat şəkildə müşahidə edə bilərik. Söz yox ki, "Azadlıq" qəzeti milli oyanış vaxtı, yəni 1989-cu ildə fəaliyyətə başlayarkən, sonrakı illərdə başına gələcəyi hadisələri nəzərə almamışdı. Daha dəqiqi, mərhum Nəcəf Nəcəfov qəzetin təsisçisi və ilk baş redaktoru olduğu zaman, bilmirdi ki, sonrakı onilliklərdə bu mətbuat orqanının başına Qənimət Zahid kimi rəzil insanlar, Əli Kərimli kimi öz liderinə xəyanət edənlər gələcək. Və rəhmətlik Nəcəf Nəcəfov haradan biləydi ki, vaxt gələcək, bu qəzetin üzərini murdarlayacaq qədər səbrləri daşan Natiq Güləhmədoğlu, Qan Turalı "Azadlıq"da meydan sulayacaq? Eyni zamanda, Nəcəf Nəcəfov "Azadlığ"ın daxilində oynanılan çirkin və şərəfsiz eşqbazlıq oyunlarının baş verəcəyini bilsəydi, bəlkə də bu qəzeti təsis etməzdi. Amma baş verənlər oldu və bu gün öz ləyaqətsizlik səhflərindən dolayı "Azadlıq" qəzeti bağlanmaq ərəfəsindədir. Ona görə də yuxarıda qeyd etdiyim kimi, burada günah iqtidarın deyil, məhz "cəbhəçi" şefciklərindir. Ən başlıcası isə, AXCP sədri olaraq, "Azadlıq"a pərdəarxası baş redaktorluq edən, bu qəzetdə "informasiya şöbəsi" adı altında imza qoyan Ə.Kərimlinindir!
ƏLİ KƏRİMLİ 25 MİN MANATI "GÖYDƏ" ÖDƏYƏR
Bu gün "1989-cu ildən bəri üzərinə düşən missiyanı şərəflə yerinə yetirən "Azadlıq" demək isə sadəcə boğazdan yuxarı danışmaq və cəmiyyəti aldatmaq cəhdidir. İnanın ki, bu, belədir, əziz oxucu!
Uzun illərin xəyanətlərini, biabırçı seçki məğlubiyyətlərini, xarici qüvvələrə satılmaqlarını bir kənara qoyaraq Azərbaycan hakimiyyətinin mətbuat siyasətinin qurbanına çevrilməklrini iddia etmələri isə "Azadlıq" qəzetinin köhnə peşəsidir. Bunu adıçəkilən qəzetin özü də etiraf edir. Qəzet dilənçiik təsiri bağışlayan məqaləsində yazır ki, "Azadlıq"ın cəmi 25 min manat borcu, bundan xeyli artıq isə alacağı məbləğ var". Baxın, əgər "Azadlıq"ın 25 min manat borcu varsa, həmin borc Böyük Britaniyada villası, parfümeriya şəbəkəsi olan, övladının illk tədris ödənişinə 180 min dollar səpələyən Ə.Kərimli tərəfindən çox rahat şəkildə ödənilə bilər. Əgər ödəmirsə, bu, hakimiyyətin deyil, birbaşa özlərinin günahlarıdır. Qaldı ki, "Azadlıq" qəzetinin alacaqlarına, bu zaman zəhmət şəksinlər və həmin alacaqlarını satıldıqları xarici qüvvələrdən tələb etsinlər və dövlətin borcunu ödəsinlər. Daha xalqın cibinə göz dikməsinlər. Çüni buna həm də dilənşilik deyilir. Hərgah, "Azadlıq" qəzeti və ona rəhbərlik edənlər dilənçiliklərini çoxdan etiraf ediblər.
Sonda isə "Azadlıq"a daha bir xatırlatma edim. Azərbaycan hakimiyyətində belə bir ənənə formalaşıb. Borcu olan mətbuat orqanlarının borclarının rəsmən silinməsi. Bu faktor söz azadlığının qotunmasına, demokratik dəyərlərin inkişafına xidmət edən dəyərdir. Əgər "Azadlıq" qəzeti bu dəyəri də bu günə qədər anlamayıbsa, demək, günah həmin qəzetin "ağıllı" rəhbərliyindədir. Ona görə, dilənçilik edib, ona-buna dil tökməkdənsə, günahı da özlərində axtarsınlar. Axrata bilmirlərsə, biz taparıq!
RÖVŞƏN