PDF Oxu

Köşə

  • 1 432

HÜRDÜ-HÜRDÜ, GETDİ

HÜRDÜ-HÜRDÜ, GETDİ

80-ci illərdə yaşadığım Bakı qəsəbələrinin birində erməni qapı qonşum var idi. Adı, səhv etmirəmsə, Albert idi. Demək, həmin bu Albert nə vaxt içib evinə gəlirdisə, birbaşa digər qonşuluqda yaşayan qayınatası Andreygilə hücum edirdi. Erməni dilində söyüşlər söyür, ağzına gələni danışardı. Andrey isə sadəcə ona baxıb susurdu. Deyndə ki, sən niyə onun cavabını vermirsən? Axı Albert sənin əslində-nəcabətində adam qoymadı. Bu zaman qoca Andrey deyərdi: "Hürüb, hürüb gedəcək, eli!"

LEYLADA HÜRMƏK SİNDROMU KİFAYƏT QƏDƏR İNKİŞAF EDİB

Albert və qayınatası Andreydən demişkən, yadıma nədənsə, Leyla Yunus düşdü. Yəqin ona görə yadıma düşdü ki, axı onun da ermənilərlə bir neçə şəcərəli qohumluğu var. Ancaq lap yerində düşdü yadıma. Çünki Leyla Yunusun da keçmiş qonşum Alber kimi hürüməklə arası yaxşıydı. Azərbaycan adlı məmləkətə quduz gözləri ilə baxan Leyla Yunusun ürəyindən hürümək keçiridi. Çünki onun xarici sümükatanları Leylada hürmək sindromunu kifayət qədər inkişaf etdirmişdi. Ölkədə tikinti-quruculuq işləri aparılanda Leyla hürüyürdü, Azərbaycanda hər hansı əhəmiyyətli beynəlxalq mədəni-kütləvi tədbir keçirilən zaman yenə də Leyla hürürdü. Hətta boş qalanda da "Azadlıq" da, "Yeni Müsavat" da hürmək üçün yer tuturdu. Axı lazım idi ona hürmək. Hürdürənlərinin sayəsində hürməsə idi sümük qıtlığı yaşayardı Leyla Yunus!

İndi deyilənlərə görə, Leyla növbəti sümük payını almaqdan ötrü Norveçə gedib. Gedib ki, bəlkə üç-beş dənə yağlı it sümüyü qazana. Xəbərdə deyilir ki, Leyla Yunus artıq iki aydan çoxdur ki, Azərbaycanı tərk edib. Mən də deyirdim ki, əcəba, neçə vaxtdır qulağıma it havıltısı gəlmir. Sən demə iki aydır, Leyla yoxuymuş. Deyilənə görə, onu Norveçə Azərbaycan siyasi ictimaiyyətinin də yaxşı tanıdığı şəxs - 2013-cü ildə müxalifətin dağıdıcılıq taktikasını dəstəkləyən keçmiş səfir Steynar Gill çağırıb.

"YENİ MÖVZULAR"

Onu da deyim ki, "Sülh də Demokratiya İnstitutu"nun direktoru ötən il də bir il müddətinə Azərbaycanı tərk etmişdi. Həmin vaxt Leyla Yunusun Almaniyada məskunlaşdığı məlum olmuşdu. Maraqlıdır deyilmi? Yəqin ki, "Eurovision-2012" öncəsi bu "adamın" Almaniyaya getməsini, sonradan Almaniyanın bir sıra qərəzli siyasi dairələrinin, media orqanlarının Azərbaycana qarşı uğursuz hücumlara start veriməsini də heç kim unutmayıb. Heç kim unutmayıb ki, L.Yunus alman həmhürükeşi Markus Löninqlə İrəvan otellərinin birində mazaqlaşdıqdan sonra daha bərkdən hürüməyə başladı. Nəticədə, əldə etdiyi sümüklər vasitəsilə, sümük azuqəsini artırdı. İndi də gedib Norveçə. Yəqin ki, işdir-şayət, Azərbaycana geri dönüb-eləsə, hürmək üçün "yeni mövzular" tapacaq Leyla Yunus. Ancaq yüz faiz əminəm ki, bu "adam" necə ki, hürüb-hürüb gedibsə, bu dəfə də belə olacaq. Keçmiş erməni qonşum qoca Andrey öz kürəkəni Albertə dediyi kimi, hürüb-hürüb gedəcək, necə ki, hürdü-hürdü getdi.

RÖVŞƏN

Digər xəbərlər