\r\n
\r\n
\r\n Cəmiyyətdə hər şeyin aşırısı, ziyadəsi qəbulolunmazlıq kimi dəyərləndirilir. Məsələn, çox yemək, çox içmək, çox yatmaq, çox işləmək və qeyriləri ilə yanaşı, çox danışmaq. Məhz özlərini müxalifət liderləri hesab edən \"bəyzadələrimiz\" də yaman çox danışmaq həvəskarlarıdırlar. Lap \"Ümid\" partiyasının sədri, lideri, başbiləni, ağıllısı, kamallısı İqbal Ağazadə kimi. İndi AXCP, Müsavat, \"ACP\", AMİP, ADP, KXCP, ALP kimi partiyalar qalıb bir yanda, \"Ümid\" özünü az qala ümummüxalifət ideoloqu qismində təqdim edir, həmin təqdimatın aşırısını aşırıdan da betər sərgiləyən İqbal \"bəy\" ortaya düşərək, geopolitik siyasət \"bilgilərini\" cəmiyyətə soxuşdurur.
\r\n
\r\n Deyir ki, Azərbaycan və Türkiyə işğalçı Ermənistana sanksiya tətbiqini aradan qaldırmalıdır. Yəni o, aşırı surətdə özü-özünə qapılaraq, bəyan edib ki, Ankaranın Cənubi Qafqaza girə bilməsi üçün Türkiyə-Ermənistan sərhədləri açılmalıdır (?!). Bu adam hətta aşırı danışaraq, rəsmi İrəvanın Rusiyanın caynaqlarından qurtarmağa da təşəbbüs göstərib. Deyib ki, İrəvanı Moskvanın caynağından qurtarmağın və Qarabağı azad etməyin yolu bundan keçir. Ona görə də Azərbaycan Türkiyəyə \"Ermənistanla sərhədi aç\" mesajını verməlidir (?!) Və sən demə, bu mesaj veriləcəksə, qısa zamanda Cənubi Qafqazda situsiya dəyişəcək. Və burada hər zaman işlətdiyim el ifadəsini yenə işlədəcəyəm. Deyəcəyəm ki, ay İqbal, adama deyrlər ki, İrəvanın işğalçı rejimini Rusiyanın caynağından qurtarmaq sənəmi qalıb? Amma bu sualı adama verərlər, daha aşırı siyasətə qapılaraq, nə dediyini bilməyən xəyanətkar biolojik varlıqlara deyil!
\r\n
\r\n Aşırı hətərən-pətərən bəyanatlar səsləndirən \"Ümid\" sədri bilməlidir ki, bu gün Azərbaycan diplomatiyasının, Azərbaycan xarici siyasətinin Qarabağ münaqişəsində əldə etdiyi bir çox uğurları mövcuddur. Bu uğurlar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz şəkildə işğaldan azad edilməsi barədə qətnamələrdir. Belə uğurlardan biri də Türkiyənin Ermənistanla sərhədlərini bağlaması və faktiki olaraq Ermənistanın işğalçı siyasətinə qarşı sanksiya tətbiq etməsidir. Azərbaycan diplomatiyası və Azərbaycan bütövlükdə Ermənistana digər ölkələrin də sanksiyalar tətbiq etməsinə nail olmaq barədə düşünməlidir. Mövcud olan sanksiyaların aradan qaldırılması barədə və bu istiqamətdə təkliflər vermək Azərbaycanın mənafelərinə ziddir. Ona görə də, İ.Ağazadə gedib siyasi bilgilərini bir az da inkişaf etdirsə idi, daha yaxşı olardı, nəinki 2013-cü il prezident seçkilərində namizəd olmaq. Çünki onun kimi dövlət başçıları ikicə dəqiqənin içində ölkəni qoyar böyrü üstə.
\r\n
\r\n Bir də ki, \"Ümid\"in aşırı sədri anlamalıdır ki, Ermənistanla sərhədin açılması, zamanında, Türkiyənin təşəbbüsü ilə yox, Qərb dairələrinin təkidi ilə gündəmə gəlmişdi. O zaman məsələ ilə bağlı həm Türkiyəyə, həm də Azərbaycana kifayət qədər ciddi təzyiqlər olmuşdu. Amma Azərbaycan və Türkiyə öz mövqelərindən geri çəkilməmişdilər. Bu gün də müəyyən dairələrin Ermənistanla sərhədin açılması məsələsini gündəmə gətirib reallaşdırmaq istəyi qüvvədə qalır. Ona görə də İ.Ağazadənin həmin qüvvələrlə iş birliyində oması şübhələr şəxsən məndə yaman artmağa başlayıb. Eyni zamanda, Ağazadə qanmalıdır ki, sərhədin açılması indiki vəziyyətdə əks-effekt verə bilər ki, nəticədə, həmin olay Ermənistanı iqtisadi dirçəlişə gətirib çıxarar və belə vəziyyətdə Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək, bu siyasəti daha da gücləndirəcək.
\r\n
\r\n \"Ümid\" sədri, deyəsən, yaman uzağa gedib. Hətta aşırı uzağa gedib və sərsəmləyib. Fəqət nəyin aşırısı olursa olsun, dövlətin əleyhinə deyilən aşırı ifadələr bağışlanmır haa, İqbal bəy!
\r\n
\r\n
\r\n
\r\n RÖVŞƏN