Müxalifət daxilində gülməli məqamlar yaşanmaqdadır. Hər müxalif beyin bir cür düşünür. Məsələn, "Ümid" partiyasının sədri İqbal Ağazadə Türkiyə ilə Ermənistan arasındakı sərhədin bağlı qalmasından və ermənilərin iqtisadi durumlarının pisləşməsindən bərk narahatdır. Deyir ki, ermənilərin qırğın və qarət törətmələrindən 20 il keçir və bundan sonra da biz onları xristian Avropasından təcrüd etsək, bizi paxıl adlandırar və ermənilərin qəniminə çevrilməyimizi üzümüzə vurarlar. Bu, bayaq dediyimiz kimi, İqbal Ağazadənin düşüncələrinin məhsuludur.
Görünür, içimizdə bu cür düşüncələr də var. "Ümid" sədri isə belələrinin parlaq nümunəsidir. Halbuki Azərbaycanda əhalinin əksər çoxluğu belə düşünür. Dövlətimiz də əksər çoxluğun düşüncəsinə dəstək verir. İ.Ağazadə kimi azsaylılar, yəni "menşeviklər" isə həmişə Qərb yalına hürənlər hesab edilərək milli mənəviyyatsızlar sırasına qatılırlar. Belələri xarala atılmış almalar kimi sarala-sarala qalacaqlar. Bu kimi düşüncə sahiblərinin dalınca qara daş...
İ.Abazadənin problemi bununla başa çatmır. Deyilənə görə, o, Yeni Azərbaycan Partiyasının çağırışına qoşulan müxalifətçilərin hərəkətini təqdir etmir və deyir ki, biz Ramil Səfərovun ekstradisiyası və Prezidentin qərarı və azadlığa buraxılması ilə əlaqədar açıqlama verməyə, R.Səfərova haqq qazandırmağa borclu deyilik. Beləsinə deməyə sözümüz yoxdur və ünvanına utancgətirici "bərəkallah fərasətinə" deyimindən ibrət götürəcəyinə də əsla inanmırıq. Da k çyortu ix...
Yeri gəlmişkən, ADP-nin sədr müavini Taliyət Əliyevin də Ramil Səfərova və onun Markaryanı öldürməsinə münasibətində müəyyən qəribəliklər müşahidə edilməkdədir. T.Əliyevin Buxarestdə bir erməni dığasını Markaryanı Azərbaycan dövlətinin atributu olan bayrağımızı dəfələrlə təhqir etməsinə cavab olaraq, öldürməsinə mənfi münasibət göstərməsi adamda ikrah hissi oyadır. Onun fikrincə, R.Səfərov Azərbaycana ekstradisiya edildikdən sonra həbsxana həyatını davam etdirməli idi. Sən demə, T.Əliyev sovet ordusu sıralarında hərbi xidmətdə olarkən, dalaşma zəminində əlinə keçən küt metal əşyanı bir erməninin başına çırpması nəticəsində erməni cəhənnəmə vasil olubmuş. T.Əliyev erməni öldürdüyünə görə üç il cərimə batalyonunda (disbat) cəza çəkibmiş. ADP-nin sədr müavini bu əməlinə görə özünü qəhrəman hesab etmir və sözsüz ki, R.Səfərovun da qəhrəman kimi qarşılanmasına etirazını bildirir.
Əlbəttə, T.Əliyev və R.Səfərovun erməni öldürmələri arasında dağla aran qədər fərq var. Əgər birinci adam sovet ailəsindən olan eynihüquqlu bir məsləkdaşını öldürmüşdüsə, ikinci şəxs ona, ölkəsinə və xalqına qənim kəsilmiş qəddar düşmənini məhv etmişdir. Bu halda birinci şəxs, yəni T.Əliyev cani, ikinci-R.Səfərov isə, şübhəsiz, qəhrəman el oğludur.
İ.Ağazadə və T.Əliyev timsalında biz üzünü Qərbə doğru çevrilənlərin iç dünyalarının xalqına və millətinə tapınan vətəndaşlarımızın fikir və mülahizələrindən tamamilə fərqləndiyinin şahidərinə çevrilirik. İkincilər xalqın çörəyini yeyib, ona xidmət edirsə, ikincilər vətən çörəyini yeyib, suyunu içməklə, qrant müqabilində qol götürüb Qərb havasına sındıra-sındıra oynayanlardır. Onların hər biri də məhz bu cür oyunların badına gedəcəkdir. Demokratiya ab-havasında Qərb düşüncə tərzinə söykənmək pis deyil. Ancaq bu zaman gərək ata-babalardan qalma milli mənəivyyatına və kökünə xilaf çıxmayasan. Yadın yağ-balını yeməklə özünü onun qolubağlı quluna çevirə bilərsən. Çünki yad yağ-balının müqabilində sənə əslini-kökünü unutdurmağa çalışır. Ancaq minnətçi ağ çörəkdənsə, öz elinin arpa-çörəyini dadsın, dar günündə qolundan tutan da elin-millətin olar.
VALEH MƏHƏRRƏMLİ