Əllərinə düşən istənilən fürsətdən dərhal, aman vermədən, hətta həyasızcasına, azğıncasına yararlanmağa cəhd göstərən, bununla da hakimiyyət acları, hakimiyyət hərisləri olduqlarını sübuta yetirən korrupsioner müxalifət "liderləri" həmin fürsətcilliklərini yenidən şəpə-şəlpə bəyanatları ilə ortaya qoyublar. Biri "Azadlıq", biri də "Yeni Müsavat"ın saytında. Onlardan biri "cəbhə" sədri Əli Kərimlidir, o birisi də Müsavat başqanı İsa Qəmbər. Bəyanatlarını, ucuz populist xarakterli mövqelərini ortya qoyublar və az qala elə bir eyforiyaya qapılıblar ki, sanki "vot-vot" iqtidar bunlarınkı olacaq. Özü də elə bilirlər ki, camaat da bunların sarsaq-sarsaq bəyanatlarına qulaq verib, çölə çıxacaqlar və hər iki korrupsioner və müxalifətçi partiya "liderləri"ni bəh-bəhlə iqtidarın kreslosuna daşıyacaqlar.
Onlar da, nəticədə, korrupsioner maraqlarını dövlət səvissəyində reallaşdıracaqlar. Amma yox, təbii ki, bu, baş verən məsələ deyil. Çünki onların özləri də yaxşı bilirlər ki, hakimiyyət bunlarlıq deyil.
XIMIR-XIMIR DÖVLƏTÇİLİK MARAQLARINI SATMAQ
Eləcə, müxalifətdə qalaraq, xımır-xımır dövlətçilik maraqlarını satmaq həmin "liderlər"lə daha əlverişlidir. Nə çoxdur Azərbaycana göz dikən xarici qüvvələr! Bu qüvvələr nə qədər çoxdursa, Əliylə İsanın da kefləri göylə gedəcək. Nələrinə lazımdır axı hakimiyyət? Gül kimi oturublar müxalifətçilikdə və hər birinin ətrafında beş-altı dənə cangüdən, həyətlərində üç-dörd dənə son model avtomobillər, başları üzərində öz adlarına yazdırmadıqları villalar, binalar və bağ evləri, xaricdə təhsil alan papalarının gül balaları və s. və i. Bax, bu səbəbdən də onların hakimiyyət acı olmaları, hakimiyyət hərisi olmaları nə qədər güclüdürsə, müxalifətdə qalaraq, dövlət və xalq maraqlarını dəyər-dəyməzinə xarici qüvvələrə satmaq hərislikləri də ondan əksik deyil.
NİYƏ SUAL OLUNMUR?!
Məsələn, sual olunur ki, ay İsa Qəmbər, de görüm, sən bu vaxta qədər yığdığın var-dövlətini hansı xarici bankın hesabında saxlayırsan? Sənin qızıl-zinətlərin hansı xarici bankın saxlanc bölməsindədir? Bu günə qədər sənin ən yüksək yaşam tərzin hansı maddiyyatlarla təmin olunub? Oğlun əsgərliyə gedərkən, nəyə görə cəbhə bölgəsində xidmət etməsinə qarşı çıxdın? Ümumiyyətlə, sənin erməni lobbisindən yararlandığın pul-paraların qəbzləri varmı, yoxsa həmin pulları "qara bankların" qanunsuz köçürmələri sayəisndə əldə etmisən?
Yaxud ay Əli Kərimli, sən bu gün parlamentin legitim olub- olmamasına münasibət bildirməkdənsə, nəyə görə demirsən ki, Londonda, Parisdə evlərin, dükanların məhz xəyanətlərinin, satqınçılıqlarının, siyasi korrupsiyalarının məntiqi nəticələridir. Hansı səbəbdən demirsən ki, Elçibəyə zəhər verərkən, xarici kəşfiyyat sənə yüz minlərlə pul vəd etmişdi və sən də bu rəzalətə, bu xəyanətə, bu şərəfsizliyə getdin. Axı indiyə qədər niyə hesabat vermirsən ki, övladlarına xərclədiyin illik 180 min dollar sənin korrupsioner xarici siyasi dairələrlə uzun illər boyu yapdığın əməkdaşlıqlarının göstəricisidir.
Niyə bütün bu faktlar, amillər, nəticələr qalıb bir yanda. İ.Qəmbər, Ə.Kərimli əllərinə düşən kiçicik bir fürsətdən siyasi dividend qazanmaq naminə həyasızlıq qaldıraraq istifadə edirlər. Məgər onların "siyasətləri", yəni bacarıqları elə buindan ibarətdir? Görünür ki, bu, belədir. Görünür ki, onlar hələ hakimiyyətləri dövrlərində mərhum Elçibəyin AXC-Müsavat iqtidarının kporrupsiya burulğanında məhvə doğru sürüklənməsi haqqında dedikləri həqiqət ifadələrini unudublar. Unudublar ki, məhz onların özləri korrupsiya cücərtilərini səpərək, həmin cücərtilərdən kifayət qədər bol məhsullar toplayıblar.
Bu yerdə isə köhnə kişilər belə deyiblər: adam rəqabət aparanda da kişi kimi aparar, daha nakişi kimi deyil! Əgər ona qalsaydı, bu adamların haqqında bəhs edən kifayət qədər korupsiya faktlarını təsdiq edən videogörüntülər ictimai baxışa çıxarıla bilər. Bəlkə elə deyil, İsa "bəy"? Yoxsa düz demədim, Əli "bəy"-xan(ım)"?
P.S. Ancaq buna hələ ki, zaman var. Zaman varkən, məhz Ə.Kərimlinin Gürcüstana göndərdiyi və həyatının bir neçə ilini zəhərlədiyi, vətənini, dövlətini erməni xüsusi xidmət orqanlarına bir konyak qədəhinə, bir şokolad dişləminə satdırdığı Ruslan Bəşirli olayının korrupsiya videogörüntülərini xatırlatmaq istərdim. Heç olmasa, siz danışmayın!
RÖVŞƏN