PDF Oxu

Köşə

  • 2 462

"Xırda vasitələr"in cılız ifaçıları

"Xırda vasitələr"in cılız ifaçıları

Bu İsa Qəmbərlə Əli Kərimlini ayıran cəhətlər çox olsa da, yeganə birləşdirən cəhət xalq və dövlət əleyhinə ən çirkin vasitələrdən də istifadə etmələridir. Bu, onların iqtidarla xalq birliyinə kölgə salmaq istəklərindən irəli gəlir. Çünki özləri 20 ildir ki, xalqın və millətin gözündən düşüblər. Tərslikdən gözlərindəki tiri görmək istəməyib, başqalarının gözündə xırda tük, yəni qüsur axtarırlar. Özləri isə qulaqlarına kimi xılt və qüsur içərisində itib-batıblar, "İP"-in sabiq liderləri bir xırda detaldan istifadə edib, heç bir uğur əldə etməsələr də, dərhal digərindən yapışırlar. Zəli kimi yapışmaq bacarığına malik olsalar da, yapışdıqları kəslər gözlərinə duz atıb, onları dəf etməyə məcbur olurdular. Bunlar isə özlərində yeni bir keyfiyyət - qır-saqqız olmaq xüsusiyyəti aşılayırdılar. Yapışanda elə yapışırlar ki, moment kleyi onların yanında toya getiməlidir. İ.Qəmbərlə Ə.Kərimlinin mənfi xüsusiyyətlərindən danışmaqla qurtaran deyil. Odur ki, mətləbə keçməyi vacib bilirik.

"Eurovision" mahnı müsabiqəsi keçirilərkən, Ə.Kərimli və İ.Qəmbər çox istərlər ki, böyük bir təxribat törətsinlər və görülən işlərin altı üstünə çevrilsin. Bədxah qüvvələrin hazırladıqları təxribatlar heç bir səmərə vermədi. Çünki sayıq polis əməkdaşları təxribatçıları zərərsizləşdirməyə nail olmuşdular. İ.Qəmbər və Ə.Kərimli onları dəstəkləyən İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson birlikdə "Villa Petroleum" restoranında Mərakeş əsilli müğənni Lorinlə görüşüb, onu təxribata sürüklədilər. Ondan xahiş etdilər ki, iqtidar əleyhinə müəyyən bəyanatlar versin. O vaxt birinci yer tutan Lorin İ.Qəmbər və Ə.Kərimlini məyus etdi. Bu, may ayında oldu. İ.Qəmbərlə Ə.Kərimli, bundan bir müddət əvvəl, analoji təkliflə Britaniya müğənnisi Engelbert Humperdinçkə müraciət etmişdilər. Bu müğənni də onlara dirsək göstərmişdi.

İ.Qəmbərlə Ə.Kərimli növbəti müraciətlərini kimə etsələr yaxşıdır. Desək, heç inanmayacaqsınız... Bununla belə, deməyi məqsədəuyğun hesab edirik... Təsəvvür edirsinizmi? Onlar Cennifer Lopezə müraciət edib Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigarı dəstəkləməsini xahiş ediblər. C.Lopez də deyib ki, o, siyasi məsələlərə qoşulmaq niyyətində deyil. Bu da onları noqdaun vəziyyətinə gətirən növbəti zərbə... Göründüyü kimi, müraciət sarıdan İ.Qəmbərlə Ə.Kərimlinin bəxti əsla gətirmir. Bu bəxtigətirməzliyin yaşı 20 ili haqlamaqdadır. Əgər bu bədxahlar getdikləri səhv yoldan qayıtmasalar, 20 il, 40 il, hətta 100 il bundan sonra da yeni-yeni uğursuzluqlarla üzləşməli olacaqlar.

İ.Qəmbər və Ə.Kərimli hətta erməni dəstəyindən yararlanmağı da xoşlayır. Onlar Aram Manukyar və digər "Daşnaksütyun" üzvləri ilə də əlaqələrini daim gücləndirməklə məşğul olurlar. Əlində silah Xocalı soyqırımı törətmiş Serj Sarkisyan cüzi dram göndərsəydi, bu bədxahlar onu dərhal göydə qapardılar. Erməni prezidentinin adının və soyadının baş hərifləri "SS"-dir. Bu, faşizm atributudur. İ.Qəmbər və Ə.Kərimlinin də şüarı "Faşizm toxumu ək!" sözləri ilə ifadə olunur. Bunların "SS"-çiliyi heç də Serj Sarkisyanınkından geri qalmır. Bu, "SS"-çilik mərəzi İ.Qəmbər və Ə.Kərimlidə xırda vasitələrin bir-birilərinin üstünə qalaqlanaraq, yaranan sağalmaz xəstəlikdir. Bu cılız adamlar da bu cür xırda vasitələr üzərindən böyük-böyük iddialarla xaricə boylanmaqdadırlar. Qərb də onların başlarını sığallaya-sığallaya əllərinə "xırda vasitə" bəhanələri verir. Xırda vasitələrdən istifadə edənlər də get-gedə daha da xırdalaşıb, balacalaşır və heç vaxt böyümürlər. Öz bəd əməlləri ucbatından beşikdəcə boğulanların böyümək və yüksəlmək ehtimalı yoxdur. Boğula-boğula döyülənlər böyüyə bilməzlər.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər