2013-cü il günbəgün yaxınlaşdıqca, fürsətcil müxalifət qəzetlərinin populist yazarları əllərinə düşən ən xırda "şanslardan" belə öz başbilənlərinin xeyirləri istiqamətində istifadə etməyə səy göstərirlər. Baxırsan həmin qəzetlərə və görürsən ki, orada həqiqi siyasətdən, real iqtisadiyyatdan, mövcud sosial, mədəniyyət xəbərlərindən, eləcə də, həmin sahələri əhatə edə biləcək yazı-pozulardan ümumiyyətlə heç nə yoxdur. Olanlar isə çevir-tatı, vur tatıdır. "Hakimiyyət filan şeyi behməkan etdi", "Əli Kərimli filan sözü belə dedi və müxalifət tərəfdarlarının sevinməkdən tumanları cırıldı", "İsa Qəmbər bu tərəfə yan baxdı, o tərəfdəkilər də ona gen baxdı" və s. Özəlliklə köşə yazılarında gedən bayağı, Azərbaycan dilindən kənar, məsələn, "proje" kimi ifadələr müxalifət qəzetlərinin proyektləri çərçivəsindədir.
Səbəb nədir?
Və sən demə, bütün bunlar yalnız bir məqsədə xidmət edir. Tutaq ki, Samir Sarının peykannısında bir eşşək ot otlayarkən qəfildən infarkt keçirib öldü. Günahkar kimdir? "Hakimiyyət" deyə "Yeni Müsavat" yazacaq. Ya da Zamin Hacının gecə vaxtı siqareti qurtardı. Günahkar kimdir? Yenə də "Hakimiyyət". Hətta "Azadlıq" qəzetinin köşşəyi Elnur Astanbəylinin qonşuluğunda yaşayan Abdulla kişinin qaynının bacısının oğlunun kirvəsinini qardaşı nəvəsi soyuqlayıb qrip olanda da günahkar "hakimiyyət" olur. Niyə? Səbəbi nədir?
Səbəbi budur: təki "şans" olsun. "Şans" olsun ki, hakimiyyətə ləkə atmağa macal yaransın. Və nəyə görəsə müxalifət yazarları heç vaxt 93-cü ildən aşağıda qalmış 92-ci illər haqqında xatirələrini yazmırlar. Çünki uşqadırlar, yaşları çatmır. Bu səbəbdən də xatırladıram: məhz 92-ci ildə hakimiyyətə gətirməyə çalışdıqları İsa Qəmbər gənclərin ölüm hökmünə fərman vermişdi. Məhz 92-ci ildə Əli Kərimli Əbülfəz Elçibəyin korrupsiya ittihamına tuş gəlmişdi. Və məhz həmin Əli Kərimli bundan qeydə gələrək, öz liderinin yeməyinə öz evində zəhər qataraq. Ölümünə səbəb olmuşdu. Yazmırlar! Yazmırlar ona görə ki, qapıda 2013-cü il dayanıb. Yazmırlar ona görə ki, "şans" itirilə bilər. Amma türklər demişkən: "Tükürüym böyle şansa!" Əgər bu şansdırsa!
MÜBARİZ