Müxalifət mətbuatının yeni lideri Gülər Əhmədova nədənsə həmin liderlikdən imtina etmək qərarına gəlib. Niyəsini isə anlaya bilmirəm. Anlaya bilmirəm ki, bir adamın (Gülər Əhmədovanın - M.) yazısı "şeir" formasında digərinə qarşı təhqir məqsədi daşıyır, həmin məqsəd "Yeni Müsavat" qəzetində reallaşdırılır, sonra isə sözügedən məsələ onun özü tərəfindən də təkzib edilir. Yəni oxu atıb, yayı gizlətmək misalı burada özünü kifayət qədər göstərir. Amma bu amil həm də bir fakt kimi sübuta yetirilib. Sübuta yetirilib ki, siyasi mənsubluğundan, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında eynidir və cavabdehdir.
"Sədaqətli" "Azadlıq" sevər və "Yeni Müsavat"ın yeni lideri
Bu gün Elşad Abdullayev oturub Fransada YAP-a sədaqətindən dəm vurur. Guya bu adam o qədər aydan arı, sudan da durudur ki, ətəyində, əstağfürullah, namaz qılmaq olar. Onun "sədaqətinin" "Azadlıq" qəzetindəki məktublarında gördük. Eləcə də, Gülər Əhmədova, o Gülər Əhmədova ki, öz dili ilə deyir ki, "razborşikdir" və filan adamların adlarını hansısa siyahılardan sildirib. Hə, nə olsun ki? Guya bu adamın "gücü" var imiş və s. Ancaq gördük "gücünü". Bu gün həmin "güc" hətta özünün xilasına belə kömək etmir. "Yeni Müsavat"ın lider olmağı da dadına çatmır Gülərin...
Mirzə Qərənfil, məni bağışla!
Qaldı ki, şeir yazmağa, bu gün, nəmxuda, hər kəs şeir yaza bilir. Məsələn, qəzetimizin Mirzə Qərənfili ötən sayımızda üç bəndlik qəşşşəng bir şeir guppuldatdı. Yəqin ki, hörmətli oxucularımız da həmin şeirdən həzz aldılar. Ancaq Mirzə Qərənfil müəllim gərək bağışlasın ki, mən də bir-iki bəndlik şeir yazmaq eşqinə düşdüm. Neyləyim, qələm əhliyəm daaa, yazmasam da olmur axı.
Oxu atdın, yayın hanı?
Deputat mandatın hanı?
Pipiyin indi görükdü,
Siyasətdə "blatın" hanı?
Elşad orda, sən də burda,
Sədaqətdən dəm vurursuz,
Pulunuz da var, nəmxuda,
Hərdən yaman qudurursuz.
İndi çatıb əsas məqam,
Türmənin yolu yaxındır,
İndi sən de, Gülər madam,
Kim alandır, kim satandır?
Qısası, mən yazdığımı yazdım, yerdə qalanını qoy qanun yazsın. Çünki qanun qarşısında hər birimizin boynu qıldan incədir. Hətta oxu atdıqdan sonra, yayı gizlədənlər də qanundan qaça bilməzlər. Elə isə oxu atmamışdan öncə min ölçüb, bir biçmək lazımdır.
MÜBARİZ