Məncə, xalqın dəstəklədiyi iqtidarı gözgötürməzlikdən ucuz populizm xarakteri ilə "tənqid" etməkdənsə, daha çox reallığa nəzər yetirmək daha yaxşı olardı. Çünki müxalifət mətbuatının muzdlu köşədarlarının işləri-gücləri anti-reallıqlar haqqında boş-boş təxəyyüllər və "təfəkkürlər" yazmaqdan başqa işləri-gücləri, eləcə də, çarələri yoxdur. Bir tərəfdən "Azadlıq" qəzetinin, digər tərəfdən "Yeni Müsavat"ın, daha bir tərəfdən də bulvar müxalifətinin mediası hər gün "əsrarəngiz", "bəh-bəhli", mən deyərdim, üfunət qoxusu verən yazıları ilə bezikmiş oxucu kütlələrini kifayət qədər itirməkdə davam edirlər. Və hər bir yazıda eyni mövzu, eyni rəzillik günlərlə, aylarla, illərlə davam edir təəssüflər olsun ki!
Təəssüflər olsun ki, müxalifət mətbuatının panİSAçı, panƏLİçi qələmkeşləri daha da irəliyə getməklə, öz daxili çirkablıqlarını, ürəklərində çalxalanan biədəb, binamus və bişərəfliklərini tam çılpaqlıqları ilə ortaya qoyurlar. Məsələn, o günləri müxalifət mətbuatında təbiəti lüt qıza (?!) bənzədən küt köşədarlardan biri sözügedən köşəsində yarpaqların tökülməsini "qızın soyunması" kimi qələmə alıb. Alıb və bununla da ürəyi soyumayıb. Sanki ononizm (tibbi leksionda özü-özünü ehtirasagətirmə) prinsiplərinə alışqanlıqlarını bir daha sübuta yetirməkdən ötrü, öz yazısından "vəcdə" gələn küt yazar ANA TƏBİƏTƏ qarşı xor gözlərlə baxdığını etiraf edib. Etiraf edib ki, bu gün "lüt qız" şəklində gördüyü ANA TƏBİƏT, ifadəsi elə-belə deyilməyib. Çünki ta əlifbadan bu tərəfə qədər qoynunda yaşadığımız təbitət həm də vətənimizin - ANA VƏTƏNİMİZİN bir parçasıdır! Onu təhqir etmək olmaz və təhqir edənin özü elə...-dir!
Bax, budur guya "ənderqraund" prinsipi ilə yazan müxalifət köşədarlarının "dünyaya baxışları". Və hər kəs də yaxşı bilir ki, onların "kökləri" Natiq Güləhmədoğlu, Elnur Astanbəyli, Qənimət Zahidov kimi media "pornoulduzları"ndan qaynaqlanır. Ona görə də "təfəkkürləri" də bu məcrada "inkişaf" edir.
Qənimət Zahid demişkən, fikir bildirim ki, bu adam əgər həqiqətən də vətənini, dövlətini sevən kəs olsaydı, uzun müddət Fransada, erməni lobbisinin qucağında burulkadan vodka guppullatmazdı. Amma guppulldatdı, nə guppulldatdı! İndi də dövlətin humanizm prinsiplərindən yararlanaraq, yenidən gəlib "Üç palma" macərasını axtarmağa. Axı bu, onun köhnə, lap köhnə peşəsidir.
Sonrasına isə Qənimət gördü ki, "Azadlıq" da yazdığı silsilə türmə xatirələri oxucu marağına səbəb olmur, yenidən başladı köşədarlıq etməyə. Məsələn, o gün bu qələmiqırıq da yazıb ki, "iqtidar qaldıqca Azərbaycan fəlakətə sürüklənir" (?!) Yaxşı, bəs sən və sənin "lider" hesab etdiyin nadürüstlər tayfası qaldıqca, əlinin altında yazıb-pozan bir qrup zəhərlənmiş növcavanlar haraya sürüklənir? Axı sənin kimilərin arzuları da normal arzu deyil ki, adam baxanda normal nəticə çıxara bilsin.
Bu gün media yazır ki, Elçibəyin ölümünə təşəbbüs göstərənlərdən biri də Q.Zahiddir, amma sən həyasızcasına hakimiyyətə gəlmək haqqında xəyallara dalırsan. Bu gün media yazır ki, sən də öz liderin Əli Kərimli kimi İranın xüsusi kəşfiyyat orqanlarına cani-dildən xidmət etmisən, amma sən bunu inkar etmək yerinə, susmaqla razılığını bildirirsən. Nəticədə, əlinin altında olan köşədarların da şərəfsizcəsinə ANA TƏBİƏTƏ qarşı "qeyrətlərini" ortyaya qoyurlar. Yəni sənin arzunla, onların real həyata "baxışları" arasında fərq görünmür. Ona görə də cəmiyyətdə lüt təsiri bağışlayan sizlərin geyinməyə ehtiyacınız var. Ora-bura qara yaxmaqdansa, gedin əyninizə tuman-şalvar geyinin!
RÖVŞƏN