PDF Oxu

Köşə

  • 1 639

Qoy ədalət zəfər çalsın!

Qoy ədalət zəfər çalsın!

XX əsrin birinci rübü ilə XXI əsrin biri rübü arasındakı jurnalistika sahəsində paralellər aparsaq, fərqli və oxşar cəhətləri aşkara çıxarmış olardıq. O vaxt qəzetçilik yeni sahə olsa da, radio, televiziya verilişləri, mobil telefon və internet əlaqələri yox idi. Ancaq o vaxt siyasət aləmində ciddi xaotik vəziyyət mövcud idi. 1848-ci ildə Karl Marksla Fridrix Engelsin birgə müəlliflikləri ilə nəşr etdirdikləri "Kommunist Partiyasının manifesti" super güclü ölkələri, 1871-ci ildə 71 gün yaşamağa müvəffəq olan "Paris Komunnası" adı altında, "kommunizm havası"na yoluxdurmaqda idi. Azərbaycanda da opportunist, kommunist, sosial-demokratik mövqeli partiyalarla yanaşı, milli mündəricəli Müsavat partiyası da fəaliyyət göstərirdi.

O vaxt rus, fars-ərəb və Avropa təhsilli qələm əhli öz təhsil səviyyələrinə uyğun olaraq, poetik, epik əsərləri və məqalələri ilə mətbuat vasitələrində çıxış edirdilər. Maarifçiliyin təbliği dövrün ana xəttini təşkil edirdi. 1914-1918-ci il Birinci Dünya müharibəsində çar Rusiyasının Almaniyaya məğlubiyyəti Rusiyada kommunistlərin hakimiyyəti ələ almaları ilə nəticələndi və "qızıl ordu" adlandırdığımız qırmızı ordı Azərbaycanı və Gürcüstanı işğal etdi. Cənubi Qafqaz sovetləşdi və ermənilər torpaqlarımızda sovet Ermənistanı yaratdılar. Sovet Azərbaycanı da dövrünün təbliği ilə məşğul olan mətbuata malik oldu.

1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi və müstəqil mətbuatın yaranmasına yaşıl işıq açdı. Kapital aləmi kommunizmə gedən yolu bağladı və SSRİ yıxıldı. Ancaq xalq demokratiyasına əsaslanan sosializm cücərtiləri Çin Xalq Respublikası, Kuba Respublikası, Koreya Xalq-Demokratik Respublikası formasında hələ də yaşamaqdadır. Latın Amerikasında Kuba təcrübəsi Venesuelanı öz ağuşuna almışdır.

Tunis, Misir, Liviya və Yəmən öz totalitar rejimini dəyişdirdi. Hazırda Suriya qaynar müharibə ocağına çevrilib. Bütün sivil dünya bir olub Suriyanı demokratikləşdirmək istəsə də, Bəşər Əsədi dəstəkləyən Rusiya, İranın üzərinə sanksiyalar tətbiq edən ABŞ-ın və Qərbin acığına, öz silahları ilə Türkiyənin beynəlxalq uçuş xəttində olan təyyarəsinin vurulub yerə salmasına, ərazisinin artilleriya atəşinə tutulmasına şərait yaradır və əlavə olaraq Azərbaycan torpaqların 20 faizinin 20 il ərzində Ermənistanın nəzarəti altında qalmasına şərait yaradır.

Azərbaycanın bu vəziyyətində demokratiya ab-havasında Qərb qrantı ilə qidalanan "Yeni Müsavat", "Azadlıq", "Xalq Cəbhəsi" və 10-larla digər müxalif partiya qəzetləri dövlət və xalq əleyhinə təxribat aparmaqla məşğul olurlar. Məsələn, dünən Elşad Abdullayevi müdafiə edib, Gülər Əhmədovanı rüşvət almaqda ittiham edirdilərsə, bu gün G.Əhmədovanın onları yaxınlaşmaları ilə, onu hüquq-mühafizə orqanlarından müdafiə etmək görüntüsü yaradırlar. Korrupsionerin kimliyindən asılı olmayaraq, dövlətin sərt mövqeyini ifadə edən mətbuat vasitələri isə obyektivlik yolu tutanda, yazarların fikir və mülahizələri arasında toqquşma baş verir. Ancaq atalarımızın "doğrunu qılınc da kəsməz" məsəli obyektiv yol tutan mətbuatın devizi kimi səslənir. Bu cür mətbuat vasitələri müxalif KİV-lər kimi, qrantverən təşkilatların yox, xalqın və dövlətin mənafeyindən çıxış edir.

XX əsrin ilk 12 ili hələ ki, mətbuatın ikisi fəaliyyəti ilə diqqəti cəlb edir. Birincilər müstəqillik şəraitində millətin rifah halının daha da yüksəlməsini istəyirlərsə, ikincilər Qərbin maraqlı dairələrinin ətəklərindən dördəlli yapışan liderlərinin mövqelərindən çıxış edirlər. Maraqlı Qərb və hətta əksər beynəlxalq təşkilatlar da bu qüvvələrin donosları əsasında işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ikili standart səddi çəkir. Biz bu sədd aradan götürülənədək mübarizədən dönməyəcəyik. Şüarımız da budur: qoy ədalət zəfər çalsın!

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər