PDF Oxu

Köşə

  • 1 863

Qırıq "İP"-ə "Qordi düyünü" vurmaq cəhdi

image

"İctimai Palata"nın koordinasiya şurası heç cür süqutla barışmayacağını bildirir. KŞ üzvləri qırılan "İP"-in qaynaq götürməyəcəyini yaxşı bilirlər. Pənah Hüseyn "İP" qaynaq götürməsə də, ona "Qordi düyünü"nün vurulmasının mümkünlüyündən danışır. O, həm də "Qordi düyünü"nün açılmazlığı ilə fəxr düyduğunu bildirir. Görəsən, P.Hüseyn başa düşürmü ki, bu cür düyün müxalifətin bütün partiyalarının fəaliyyətindəki xaos və qarmaqarışıqlıqlarla eyniyyət təşkil edir. Digər cəhətdən "Qordi düyünü"nün açılmazlığı ilə öyünmək də yersizdir. Axı yunan əsatirində bu məsələnin aydın şərhi verilib. Məgər P.Hüseynov bilmirmi ki, bü düyünü aça bilməyən Herakl onu Domokl qılıncı ilə doğram-doğram edib.

Bu gün eyni inamla "İP"-ə düyün vurmağa xüsusi ehtiyac yoxdur. Onu elə bəyanatbaz Əli Kərimli və İsa Qəmbər kimilər öz ucuz bəyanatları ilə asanlıqla parçalayıb dağıda bilərlər. P.Hüseyn buna xüsusi lüzum olmadığını bildirir. Onun dediyinə görə, həm İ.Qəmbər, həm də Ə.Kərimli öz "qarşılıqlı bəyanat" düşmənçiliklərini bir kənara qoyub, "palata"ya qayıdacaqlarını və birlikdə "qoşa lider" kimi fəaliyyətlərini davam etdirəcəklər. "Bu addımı atmağa onları 20 oktyabr küçə qarşıdurma ruhlandırıb" deyə P.Hüseyn qeyd etdi.

Ancaq müxalifət ekspertləri "qoşa liderlər"in "İP"-ə qayıtmaq ehtimallarının sıfıra yaxın olduğunu bildirir və "palata"nın nəfəsinin kəsilməkdə olduğunu iddia edirlər. "İP" KŞ üzvü Ədalət Yusibov və P.Hüseyn "qoşa liderlər" artıq bizimlədir" deyirlər. "Qoşa liderlər" hətta "İP"-ə qayıtmasalar belə, "palata" yıxılmayacaq" deyə KŞ-çilər qətiyyətlə bildirirlər. Güman ki, onlar da "İP"-in 20 küçə aksiyasından qaynaqlanıblar.

"Dədə Qorqud" dastanında "Kül təpəcik olmaz. Ölən adam dirilməz. Çıxan can geri gəlməz" deyilir. Ancaq bizim müxalifətdə, xüsusən, "İP"-də hər üç inkarın təsdiqi mümkündür. Onların təpəcikləri kül, fəaliyyətsiz ölü liderləri diri, cansız cisimləri ilə canlıtəhərdir. Bunlar yəqin ki, uzanmış ölülərini ayaq üçtə saxlamaq üçün böyrünə dirək qoyurlar.

Nə Ədalət, nə də Pənah bəy bizimlə razılaşmır. Ədalət bəy deyir ki, bizim "İP" separatçı danışıqlara getmir, demokratik dəyişikliklərin baş tutmasını istəyir və islahat aparmaq üçün "yol xəritəsi" cızır. Pənah bəy də təxminən eyni mülahizələrə çıxış etdi. Dedi ki, "palata" süqut etməyib, onun sıralarına hər gün yüzlərdə üzv qəbul olunur və "İP" təmtəraqla öz yolunu sabaha doğru davam etdirməkdədir. O, əlavə etdi ki, "İP" demokratik təşkilatdır və günbəgün güclənir. Pənah bəy hətta cürət edib "İP"-i iqtidar qurumlarının yeganə alternativi hesab etdiyini bildirdi.

Göründüyü kimi, KŞ üzvləri "palata"nı israrla fəal qurum kimi təqdim edirlər. Əlbəttə, "palata"nın taybatay açıq darvazasından istənilən sayda üzv içəri keçə bilər. KŞ üzvləri də "İP"-in möhkəmliyi, sərtliyi haqda istənilən iddianı irəli sürə bilərlər. Bundar heç də iflasa uğramış qurum işləkliyinin göstəricisi sayıla bilməz. Həm də "İP" adından keçirildiyi bildirilən 20 oktyabr icazəsiz aksiyası da baş tutmadı. Aksiyanın baş tutması görüntüsünü ancaq "İP"-iqırıq ölü qurum təsdiq edə bilər.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər