PDF Oxu

Köşə

  • 1 690

OĞRU HAQQINDA DOĞRU MÜLAHİZƏ

OĞRU HAQQINDA DOĞRU MÜLAHİZƏ

"Vallahi, adamda abır, üz, sifət olar" sözü yerində deyilmiş ifadədir. Yerində deyilib ona görə ki, ən azından abırsız, üzsüz, sifətsiz olan bədnam bəndələr həmin ifadədən arlanıb - utanaraq, özlərinə çəki-düzən verməyə məcbur olurlar. Yəni lap abırsız, lap üzsüz, lap sifətsiz olmamaq üçün hərdən özlərinə güzgüdə baxmağa məcbur olurlar. Baxırlar və nəticədə, öz əyər-əskiklərini düzəldirlər.

İNKAR ETMƏYİN ÖZÜ DƏ ETIRAFIN BİR PARÇASIDIR!

Amma buna baxmayaraq, belə fərdlərdə kifayət qədər fəqrlənmişlər də mövcuddur. Tutaq ki, 20 ildən artıq müddət ərzində özünü cəmiyyətə "lider" kimi sırımağa cəhd gösrətən AXCP sədri Əli Kərimli kimi. Həmin Ə.Kərimli ki, "lider" olamqdan ötrü öz liderinin canına qıydı, onu zəhərləyərək, ALÇAQ sui-qəsdə imza atdı. Amma abırsız-abırsız, üzsüz-üzsüz, sifətsiz-sifətsiz deyir ki, ona qarşı qaldırılmış sözügedən iddiaların səslənməsi apardığı "siyasi fəaliyyəti" ilə əlaqəliymiş (?!-R.)

Bu gün heç kimə sirr deyil ki, AXCP sədri Ə.Kərimli cani olmaqla yanaşı, həm də bir OĞRUDUR! Yəni o, liderinin yerinə göz dikdiyini açıq şəkildə üzə deməkdən çəkinərək, Elçibəyə sui-qəsd düzənləyərək, "cəbhə" sədri postunu oğurlamağa müvəffəq oldu. Ancaq bu oğruluq təkcə deyilənlərlə, sadalananlarla bitməyib. Çünki liderini öldürməmişdən öncə, rəhbərlik etdiyi "Yurd" qruplaşması vasitəsilə, bu "adam" demək olar ki, AXCP-nin büdcəsini çapıb-taladı, hətta Elçibəy fondunun pullarını da mənimsədi. Həmin iddialar isə elə-belə, havadan yaranmayıb, faktlar və dəlillər var. Amma o, bu gün törətdiyi oğurluqlarını ciddi cəhdlə inkar edir. Əslində, ciddi-cəhdlə inkar etməyin özü də etirafın bir parçasıdır. Ə.Kərimli əsl oğrudur!

YOX BİR, LƏHLƏLÜLƏ!

Bu gün minbir fırıldaq, ibnəlik və mənəviyyatsızlıq yolu ilə hakimiyyətə gəlməyə can atan AXCP-NİN OĞRU SƏDRİ ƏLİ KƏRİMLİ əlinə düşən ən xırda, lüzumsuz fürsətdən belə öz xeyrinə yararlanmaqdan ötrü özünü dağa-daşa çırpır. Məsələn, deyir ki, "Xalq ona hörmətsiz yanaşan rejimi cəzalandırmalıdır" (?!-R.)

Adama deyərlər ki, ay OĞRU, bu gün sənin quyruğun qalıb qapı arasında, haqqında müxtəlif ittihamlar mövcud olduğu halda, hakimiyyəti yersiz-yersiz günahlandırmaq nə deməkdir? Yoxsa sən də bəzi itlər kimi öz qorxunu hürüməklə ərz etməyə səy göstərirsən? Şəxsən mən, bunu belə başa düşürəm!

Deyirsən (hürüyürsən) ki, Neft Fondundan olan iri transferlər hesabına formalaşan büdcədə sosial istiqamətlərə vəsait ayrılmasa da, hüquq-mühafizə orqanlarının, dövlət aparatının saxlanmasına xüsusi önəm verilir (?!-R.) Yox bir, ləhləlülə! Məgər Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılması üçün qəbul edilən çoxsaylı Dövlət Proqramları yalnız hüquq-mühafizə orqanlarının saxlanmasına yönəlib? Buradan da görünür ki, Ə.Kərimlinin qıcqırmış, oğurluq siyasəti bundan ötəyə gedib çıxmır. Yəni xalqın pensiyaları, əmək haqqıları, digər müavinətləri artırılır, sosial şərait yüksəldilir, Azərbaycan beynəlxalq arenada kifayət qədər nüfuz sahibinə çevrilib, Ə.Kərimli isə deyir ki, yox, bu, belə deyil.

Ona gərə də şəxsən mən, Rövşən, deyirəm ki, sən AXCP-nin OĞRU sədri Ə.Kərimli olaraq, məğlubiyyətini bu kimi sərsəm iddialarla etiraf edirsən və sən bu vasitə ilə öz oğurluğunu, köşənin başında yazdığım abırsızlığını, üzsüzlüyünü, sifətsizliyini ifşa edirsən.

Daha nə bilim, "Elçibəydən istifadə edib gündəmi dəyişmək istəyirlər", "mənim həyatımı təhlükə gözləyir" kimi qara-qışqırıqlar nəyə lazım? Hər halda, gizli baş redaktoru olduğun "Azadlıq" qəzetinin yaramaz köşədarları - Natiq Güləhmədoğlu, Elnur Astanbəyli bu sualın cavabını yaxşı bilərlər. Oğru haqqında doğru mülahizə ümidiylə, hələlik!

RÖVŞƏN

Digər xəbərlər