PDF Oxu

Köşə

  • 1 519

MAKSIN "DƏRDİ" NƏDİR?

MAKSIN "DƏRDİ" NƏDİR?

Bu gün siyasi-iqtisadi maraqlarının bütövlüyü ilə Azərbaycanda, bəli, məhz Azərbaycanda təmin olunmadığı bir vaxtda qərəzli beynəlxalq təşkilatların mütəmadi olaraq, yenə də Azərbaycan hakimiyyətini hədəfə götürmələri arxasında məncə, başqa heç bir şey dayanmayıb. Yəni bu kimi təşkilatların hədəflərinin əsas məğzi "güc" göstərmək olsa da, bu gücün onlarda olmaması, elə onlarınca xətirlərinə yaman pis dəyir. Görünür, onların xətirləri qurşaqdan aşağı yerdə olduğu üçün, tez-tez Azərbaycandan incik düşüb, dəqiqəbaşı bir hesabat, bəyanat yayırlar. Beləliklə, xarici təşkilatlar istəyirlər ki, Azərbaycan maraqları onların maraq çərçivələrində yer alsın. Amma bu, nə qədər mümkün ola bilər? Əlbəttə ki, heç qədər!

Və bu gün "Amnesty İnternational" kimi beynəlxalq təşkilatlar başda olmaqla, onlara züy tutan digərləri ac-yalavac giyenlər, quzğunlar (gorüşənlər -M.) kimi Azərbaycanın başı üzərində dolanmaqda davam edirlər. Bəlkə nə vaxtsa, hansısa ov bunların cənglərinə keçə bilər. Ancaq əbəs və nahaq yerə. Çünki bura 20 il öncənin Azərbaycanı deyil. Məhz həmin zamanlarda bu təşkilatlar ölkəmizin müxtəlif sahələrində mövqe sahiblərinə çevrilmişdilər. Xatirinizdədirsə, AXC-Müsavat hakimiyyəti dönəmində Qarabağ qalmışdı bir yanda, ölkənin bütün iqtisadi maraqları belə təşkilatlara qəpik-quruşlara satılırdı. Üstəlik, Azərbaycanın parçalanması, yox olması təhlükəsi ola-ola heç bir beynəlxalq qurum xalqımızın haqq səsini dinləmirdi. Bu günün "demokratik" deyə adlandırılan antidemokratik müxalifəti hələ hakimiyyətdəykən, Qarabağa, əsgərlərimizə gedən benzini, kerosini erməni köpəkoğluna su qiymətinə satırdı. Kimin əli ilə? Məhz indinin "Amnesty İnternational"lının, "Freedom House"sinin əli ilə... Əli Kərimli satırdı! İsa Qəmbər satırdı! Pənah Hüseyn satırdı! O satırdı, bu satırdı, satırdı, satırdı!!!

İndi Azərbaycandan onlara heç nə satılmayan "Amnesty İnternational" kimi quzğun, giyen yenidən həmin həvəsə düşüb. Məsələn, indi də heç nə tapmayaraq, başlayıb ulamağa ki, "Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini başa salmalıdır ki, dinc nümayişləri dağıtmaqla, azad sözü boğmaqla hörmət sahibi ola bilməz" (?!-M.) Əgər ki, bu qurumun rəhbərlərindən biri olan Maks Takerin bir balaca ağlı, savadı olsaydı, azad sözün boğulmasının qarşısını öz ölkəsində, ya da digər Qərb dövlətlərində axtarıb-arayaydı. Məsələn, deyədi ki, 2010-cu il məlum London hadisələri zamanı həbs edilən bloggerləri artıq il-ildən artıqdır ki, həbsdə saxlayan İngiltərə hökuməti bununla azad sözü boğmaqda davam edir.

Yaxud İsveçrədə, Lüksemburqda, Danimarkada, Portuqaliyada, İspaniyada və başqa Avropa ölkələrində aksiya keçirənlərdən hədsiz dərəcədə yüksək cərimələrin tələb edilməsini söz azadlığının boğulması kimi hesab edərdi. Niyə etmir? Çünki məsələ məlumdur və uzağa da getmək fikrində deyiləm.

İndi xəbər verildiyi kimi, 6-9 noyabr tarixlərində Bakıda internet idarəçiliyi mövzusunda beynəlxalq konfrans keçiriləcək deyə, birdən-birə "Amnesty İnternational"lı qıcıqlanma tutub. Qıcıqlanma tutub ki, nəyə görə bu tədbir Bakıda keçiriləcək? Hətta "Amnesty İnternational"ın rəhbərlərindən biri olan Maks Taker onu da ulayıb ki, "Beynəlxalq söz azadlığı təşkilatı "Amnesty International" konfransın Bakıda keçirilməsi ideyasına qarşıdır". Belə yerdə ingiliscə bilmirəm, amma Azərbaycan dilində deyirlər ki, DEMƏZSƏN Kİ, ALDATDIM?

Onu da deyim ki, həmin tədbirin əsas təşkilatçılarından və təşəbbüskarlarından biri də məhz Azərbaycanın qeyri-daimi üzv olduğu BMT-dir. Yəni bu ideyanı BMT verib. Ancaq həmin ideya nədənsə "Amnesty İnternational"ın dələduz rəhbəri Maksın xoşuna gəlməyib. Bu yerdə Fatma cijimin yaxşı bir sözü yadıma düşdü. Belə çərə getməyib, cəhənnəmə getməyib! Bəyəm, ay Maks, sən haranın nəyisən ki, Azərbaycan haqqında bu kimi fikirlərlə çıxış edirsən? Sənə qulaq assa-assa bizim xainlər və özün kimi ətrafın qulaq asa bilər. Ona görə də, vızzz!

Qısacası, sən get öz ölkəndə baş verən problemlərə başını qat, ay mister Maks, yoxsa Azərbaycan sənə tərəf səndən də çox ironiya ilə baxa bilər!

MÜBARİZ

Digər xəbərlər