PDF Oxu

Köşə

  • 1 691

YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

Təzə el məsəli: "Yağdı yağış, girdi qamış"

YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

Bu gün müxalifət mətbuatını tərənnüm edən qələmkeşlərin "liderlərinin" aksiya sövdalarının baş tutmamasında iqtidarla yanaşı, əsas günahkar kimi yağışlı-yağmurlu havanın da göstərilməsi əslində başadüşüləndir. Yəni başadüşüləndir ki, bunları torpaqla yanaşı, fəza da qəbul etmir. "Liderlər" hətta kosmosa çıxsalar belə, orada icazəsiz aksiya keçirmək üçün humanoidlər onlara icazə verməyəcəklər. Çünki bunların məqsədləri onlara da bəllidir. Onu da deyim ki, məsələn, Marsda, Yupiterdə, Venerada, eləcə də qalaktikanın digər kəşf olunmayan planetlərində icazəsiz aksiyaların cavabdehilkləri daha sarsıdıcı və daha ağır olur.

TƏZƏ DƏRD

Ona görə də aşırı radikallar Azərbaycanda icazəsiz aksiya keçirmək istərkən, ödəyəcəkləri cərmilərə şükr etməlidirlər. Ancaq bildiyimiz kimi, bunlar şükr etmək qalsın bir yana, hətta ərkəsöyünlük, dəymədüşərlik edib, Milli Məclisin çıxardığı yeni qərara qarşı da çıxırlar. Birlirsinizmi niyə, əziz oxucular? Ona görə ki, bundan sonra hər hansı özbaşına aksiya keçirməyə səy göstərərlərsə, bellərinə filan qədər maliyyə cəriməsi qoyulacaq. Bu yükün altından isə heç onların xarici ağaları da çıxa bilməyəcək. Bir də ki, bunlar nə vaxt öz ağalarının hansısa siyasi sifarişlərini reallaşdırmağa nail oldular ki, bundan sonra da nə isə edə bilsinlər? Əslində Azərbaycanda öz ölkələrinin maraqlarını təmin etmək fikrinə düşmüş xarici dairələr də Milli Məclisin qəbul etdiyi bu qərarına görə öz Allahlarına şükrlər edərək, deməlidirlər: - "Nə yaxşı ki, bu qanun qəbul edildi və bizim də canımız bu müxalifətçilərin əlindən qurtardı..."

İndi bu müxalifət və düşərgənin qələmkeşləri təzə dərdləri ilə düşüblər iqtidarın üstünə ki, niyə belə etdin, bəs biz bundan sonra icazəsiz aksiya keçirmək üçün haradan pul-para toplayacağıq və s.

YƏNİ SİYAVUŞ MÜƏLLİM DEYİB Kİ...

Məsələn, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin qanmaz yazarları mütərəqqi qanun qəbul olunarkən, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzovun onlara qarşı ifadə etdiyi haqlı iradlarından ciddi təlaş keçirməyə başlayıblar. Yəni Siyavuş müəllim də deyib ki, ay müxaifətin bədbəxt "liderləri" sizin düşük, lazımsız, ictimai-siyasi maraq doğurmayan, zəhlətökən, populizm xatirinə keçirməyə səy göstərdiyiniz icazəsiz aksiyalarınızı nəinki xalq, hətta bu xalqın qanunverici orqanı olan parlament, həmçinin, heç quruca hava da qəbul etmir! Qəbul etmir və quruca hava dönüb olur yaş hava! Yəni tökülüşürsünüz küçələrə, anidən yağış yağmağa başlayır. Bununla da ana təbiət də demək istəyir ki, əşşi, bəsdirin də, yeriyin gedin evinizə-eşiyinizə. Yoxsa yağışdan sonra bitən qamışlar sizlər üçün, sizin "liderləriniz" üçün ciddi fəsadlar törədə bilər. İndi gəl, bundan sonra onların filan yerlərinə girmiş qamışlara bax ki, baxasan. Radikal müxaifət mətbuatının qələmkeşləri nə qədər də oxusalar ki, yağma yağış, yağma yağış... Amma yağış yağır, özü də şıdırğı. Lap təzə atalar sözündə deyildiyi kimi - Yağdı yağış, girdi qamış!

RÖVŞƏN

P.S. Bu gün İsveçrədə, Portuqaliyada, İngiltərədə və digər Qərb dövlətlərində yağışlar yağdıqdan sonra, çıxan qamışlar bu ölkələrin müxalifətçilərini qətiyyən narahat etmir. Çünki həmin ölkələrin müxalifətçiləri icazəsiz aksiyalar keçirmək fikrində deyillər. Həm yüksək cərimələrə görə, həm də qamışlara görə...

Digər xəbərlər