PDF Oxu

Köşə

  • 1 189

İsa Qəmbərov Əli Kərimovdan izahat istəyir

image

İsa Qəmbərovla Əli Kərimov arasındakı ziddiyətlər hamıya məlumdur. Hər iki şəxs bunu gizlətməyə çalışsa da, radikal müxalifətdə baş verən hadisələr bu ziddiyyətləri vaxtaşırı üzə çıxarır. AXCP (i)-də nə qədər səlahiyyətli şəxs varsa hamısı Novella Cəfəroğlunu tənqid və təhqir atəşinə tutublar. Rahim Hacıyev, Natiq Ədilov, Əbülfəz Qurbanlı sosial şəbəkələrdə N.Cəfəroğlunun ünvanına o söz qalmayıb ki, deməsinlər. N.Cəfəroğlu isə İsa Qəmbərova yaxın adamdır. İsa "bəy"in " "Novella xanıma kimlər hücum edirsə, onlar əslində Müsavat Partiyasına hücum edir!" deməsi əslində Əli Kərimova mesajdır. Çünki nə Natiq Ədilov, nə Rahim Hacıyev, nə də başqaları Əli Kərimovun xəbəri və tapşırığı olmadan N.Cəfəroğluna qarşı fikir deməz. AXCP (i) sədrinin müavini Gözəl Bayramlının bu məsələ ilə bağlı çıxışı isə sübut elədi ki, bəli, N.Cəfəroğluna qarşı AXCP (i)-də olan hücumların arxasında birbaşa Əli Kərimov dayanır. Ona görə də İsa Qəmbərov bu hücumu özünə qarşı hesab etmiş olur. Təsadüfi deyil ki, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı Əli Kərimovdan açıqlama tələb edir. Deyir ki, AXCP (i) rəhbərliyi bu tənqidlərə aydınlıq gətirsin. Aydındır ki, T.Abbaslı İ.Qəmbərovun sözünü deyir. Odur ki, AXCP (i) və Müsavat "birliyi" hələ 2013-cu il gəlməmiş bir-birilərinə qarşı açıq dava-dalaşa çıxıblar.

Əslində bu ziddiyyətlərin kökündə həm Ə.Kərimovun, həm də İ.Qəmbərovun şəxsi ambisiyaları durur. Amma hər ikisini birləşdirən cəhət- Azərbaycanda təxribat yaratmaq arzusu bunları birləşdirən yeganə amildir. 2013-cü il seçkiləri ilə bağlı "İctima Palata"nın keçirdiyi iclasda hamı özünü namizəd seçib, belə getsə hər partiyadan 20-30 namizəd olacaq. Demək olmaz ki, radikallar bunu ağılsızlıqdan edir. Əksinə, onlar çox gözəl başa düşürlər ki, Azərbaycanda normal siyasi müxalifət partiya sisteminin yaradılmasına mane olmaq üçün bu cür addımlar atmaq lazımdır. Yəni radikalların içərisində hamı namizəd ola bilər, hamı xarici təşkilatlarla əlaqə qura bilər, hamı bir-birini döyüb-söyə bilər, hamı partiyaya keçə bilər və sairə. AXCP (i) və Müsavatdan istefa verənlərin beş-on nəfəri başına yığıb hərəsinin bir partiya yaratması da təsadüfi deyil. Digər tərəfdən humanitar yardım adı altında fəaliyyət göstərən ermənipərəst xarici qurumlardan maliyyələşmək də radikal rəhbərlərin əsas üslubudur. Çünki bununla onlar həm partiyalarının milliləşməsinin qarşısını alırlar, həm də ölkəmizdə siyasi sferanı düşmənlərin nəzarətinə verməyə cəhd edirlər. Heç şübhəsiz, bütün bunlar nəticəsiz qalır. Onlar yalnız bu qədər illər ərzində partiyalarını kifayət qədər antimilli ruhda tərbiyə etməyi bacarıblar.

Məsələdən yayınmadan bir məsələni də qeyd etmək lazımdır. Əli Kərimovun İsa Qəmbərovu qarşı iddiaları həmişə diqqət mərkəzində olub. Onun xaricə tez-tez gedərək ermənipərəst qüvvələrlə görüşməsi, AXCP (i)-yə Müsavat qərargahında "ala, xətrin qalmasın" deyə bir otağın verilməsi, cəbhədən demək olar ki, hər həftə İsa bəyin əli ilə kimlərinsə istefa verməsi Ə.Kərimovu qıcıqlandırır. O AXCP (i)-nin indiyə kimi qərargahsız qalmasının səbəbini də məhz İ.Qəmbərovda görür. Demək olar ki, cəbhənin bütün iclaslarına Müsavat nəzarət edir. AXCP(İ) və Müsavat hər ikisi yaxın zamanda baş verəcək sürprizlərə hazır olmalıdırlar. Bir müddət sonra hər iki partiyada kütləvi istefalar, dağıdıcı hərəkətlər olacaq. Bunun da səbəbkarı məhz özlərini "lider" adlandıran bu iki şəxsdir.

Ə.Kərimovun qərargah axtarışına çıxması İsa "bəyi" əməlli-başlı çaş-baş salıb. O istəmir ki, AXCP (i)nin "İsapərəstləri" ondan uzaq olsunlar. Bəzi mənbələrdən də bildirilir ki, Əli Kərimov özünə ofis tapan kimi İsa Qəmbərovla olan bütün "səmimi" münasibətlərini kəsərək, ona qarşı kampaniyaya başlayacaq. Ə. Kərimov belə də etməlidir. Çünki seçki ili yaxınlaşdıqca bədnam qüvvələr ənənəvi üsul və yollara qayıtmağa məhkumdur. Bu da onların rüsvayçı məğlubiyyətidir.

SAMİR

Digər xəbərlər