PDF Oxu

Köşə

  • 1 078

ERMƏNİLƏRİ GÖZ YAŞINA BÜRÜYƏN RÜSTƏM İBRAHİMBƏYOV!

ERMƏNİLƏRİ GÖZ YAŞINA BÜRÜYƏN RÜSTƏM İBRAHİMBƏYOV!

Bunu hər kəs bilir ki, xalqın çətin günlərində ziyalısı həmişə öndə olur, ən azı xalqının dərdinə şərik olur ziyalılar. Son 25 ili götürsək bu dövr ərzində Azərbaycan yoxdan var olan bir dövlətə çevrilərək bu gün hər birimizin qürur yerimizdir.

Lap elə uzaq keçmişimizə nəzər salaq: XX əsrin 80-ci illərində Azərbaycanda xalq hərəkatı başladı, milyonlarla insan illərlə küçələrdə haqq səsini ucaltdı. Deməli, xalq ayaq üstə idisə ziyalısı da öndə getməli, heç olmasa dünyadan ədalət tələb edənlərdən biri olmalı idi. Bəs bu gün ziyalı qılığına girib utanmadan özünü millətin ziyalı təbəqəsinə yamaq edən RÜSTƏM İBRAHİMBƏYOV HƏMİN VAXT HARDA İDİ? Və ya torpaqlarımız işğal olunanda, Azərbaycan siyasi xaos girdabında məhv olanda, HANSI DEŞİKDƏ GİZLƏNMİŞDİ RÜSTƏM İBRAHİMBƏYOV? 2012-Cİ İLƏ KİMİ HARDA İTİB-BATMIŞDI BU ADAM?

R. İbrahimbəyov bu gün deyir: "BAKI ERMƏNİLƏRİNDƏN ÖTRÜ GÖZ YAŞI AXIDIRAM, BAKIDA ERMƏNİLƏRLƏ YAŞAMAQ NECƏ DƏ XOŞ İDİ." Artıq məsələ aydındır, ermənilər üçün axıdılan göz yaşı burun suyundan da şəffaf ola bilməz. Odur ki, buna göz yaşı demək də ayıbdır. Elə "Ziyalılar Forumu" adlanan qurumun adı kimi yekə bir AYIB!

FİKİR VERİN: "yazıçı", "kinorejjisor", "ssenarist", "Oskar" mükafatçısı" və sairə, bu qədər ağır adlar. Özünün də dediyi kimi, bütün bu adları guya Rüstəm İbrahimbəyov daşıyır. Nə olsun, ulaq da çox ağır yük daşıyır, amma adı ulaqdır. Bu millətin nəyinə lazımdır R.İbrahimbəyovun ssenarisi, əsəri? Necə ki, bu vaxta kimi lazım olmayıb, bundan sonra da bir şeyə dərman olan deyil! İNSAN YA QATİLƏ, YA DA ÖLƏNƏ AĞLAYAR? Özü də etiraf etdi ki, Bakı ermənilərindən ötrü göz yaşı axıdır. O zaman İbrahimbəyovun Xocalıda, 20 Yanvarda qətlə yetirilənlərə göz yaşı axıtması mümkündürmü? Təbii ki, yox!

R.İbrahimbəyova məxsus olan, lakin qohumlarının adına özəlləşdirdiyi əmlakın siyahısı açıqlandı bu yaxınlarda. Heç bir qərəz olmadan. Bakının mərkəzindən tutmuş ta Xəzərin göbəyinə qədər bu adama məxsus onlarla binalar, mülklər var. Bunlar ki, sənədlərdir, yəni fakt faktlığında qalır. BƏS BUNLARI NECƏ QAZANIB İBRAHİMBƏYOV!? Hələ 90-cı illərdə Azərbaycan Kinomotoqrafiyaçılar İttifaqına fəaliyyətini genişləndirmək üçün dövlət tərəfindən dəfələrlə mülk ayrılıb. Nəticədə, bu mülkləri R.İbrahimbəyov biznes ofislərinə çevirib, bir qismini xarici biznesmenlərə kirayə kimi verib, özünə kafe, şəxsi iş otaqları yaradıb bu mülklərdə! Bu gün isə guya "xalqın pis günüdür" deyə özünü "ziyalı" qılığına salıb "tülkü Həccə gedir" prinsipini reallaşdıran bir nəsnə həqiqətənmi doğru danışır? Açığı bunlar milləti dolayıb, ermənilər üçün darıxan biri azərbaycanlılar üçün necə can yandıra bilər? Təpədən-dırnağacan azərbaycanlı olmalısan, qəlbində zərrə qədər də erməni sevgisini daşıyan biri azərbaycanlı ola bilməz. Bakının düz ortasında oturub erməniyə məhəbbət nümayiş etdirmək üçün bir insanda ən azı şərəf, vicdan, qeyrət olmamalıdır. Bu millətin adından mənəvi haqqı olanlar danışmalıdırlar. Özünün və qohumlarının adına olan bütün mülklər alınmalıdır bu şəxsdən. Çünki bütün bunlar dövlətdən sui-istifadə yolu ilə fırıldaqlıqla ələ keçirilib.

R.İbrahimbəyov bu yaxınlarda Amerikadan gəldi. Kim zəmanət verə bilər ki, bu adam orda ermənilərlə görüşüb Azərbaycanın maraqlarını düşmənlərimizə satmayıb? Bumu bizim taleyimizi həll etmək istəyir?! İbrahimbəyov məhz erməni həmkarlarının, erməni lobbisinin tapşırığı ilə bu gün Azərbaycan hakimiyyətinə, xalqına qarşı bu cür iyrənc mövqe tutur.

Əslində, biz onun haqqında yazmaqla, danışmaqla onu reklam edib şişirdirik. Bu insanı unutmaq lazımdır. KİMDİR AXI BU ADAM Kİ, BUNA REAKSİYA VERİLİR!? Sadəcə bu insanla maraqlanmaq lazım deyil və beləcə dəliyə girib dinməzcə oturacaq.

Digər xəbərlər