PDF Oxu

Köşə

  • 1 523

SÖZÜN DÜZÜ DEYİLƏNDƏ...

SÖZÜN DÜZÜ DEYİLƏNDƏ...

Yalnız seçkilər ərəfəsində "fəallaşmağa"" başlayan müxalifət liderlərinin çatışmayan cəhətləri mediaya, ictimai müzakirələrə çıxarıldığı zaman həmin liderlərin müxtəlif çək-çevirlər vasitəsilə onlara qarşı irəli sürülən ittihamları inkar etmələri, ciddi-cəhdlə özlərini təmizə çıxarmaq səyləri belə qənaətə gəlməyə əsas verir ki, əsəlində, hqiqət amili bunlardan kifaytət qədər, bəlkə də ondan da çox uzaqdadır. Məhz həqiqət amili cəbhəkratların və müsavatxorların ən çox qorxduqları faktordur. Çünki bu faktor mövcudluğu müxalifət liderlərini siyasi mühitdən hər dəfə daha uzaqlara sürükləyir. Hətta bu ittihamları iqtidar deyil, müxalifət təmsilçiləri səsləndirsələr belə. Məsələn, hazırda ADP sədri Sərdar Cəlaloğlunun haqlı iradlarına qarşı az qala Səlib yürüşünə çıxan qarşı tərəf onu az qala milli xəyanətdə suçlamağa başladılar. Bəri başdan da deyim ki, mənim burada heç kimin tərəfini saxlamaq fikrim yoxdur. Yəni dediyim budur ki, həqiqətdən başqa heç nəyi təbliğ etmirəm. Çünki S.Cəlaloğlunun bu günlərdə irəli südüyü haqlı ittiham başqa siyasilər tərəfindən də irəli sürülmüşdü. İqtidar təmsilçilərindən də, müxalifətdən də, bitərəflərdən də...

TƏHLİL DƏRSİ VƏ "GİZLƏNMƏK"" ÜÇÜN KOL

Nədir ki, Sərdar bəy deyib ki, Müsavat partiyası Azərbaycanda siyasi müxalifətin bir arya gəlməsinə, birləşməsinə imkan vermir və reallıq da budur. İndi Müsvat partiyası daxilində bir vur-çatlasındır ki! Məsəlçün, İsa Qəmbərin müavini Tofiq Yaqublu durub deyir, daha dəqiq desəm, sual edir ki, bəs Sərdar Cəlaloğlu fərqindindədirmi ki, bu cür açıqlamalarla müxalifətin birliyinə xidmət etmir, əksinə, ona zərbə vurur?

Tofiq bəyin ardınca İsa Qəmbərin müşaviri, Arif Hacılının qardaşı Müstafa Hacıbəyli də ADP sədrinin itihamlarına qarşı dərhal reaksiya verərək deyib ki, onun müxaifətin ünvanına tənqidlər səsləndirilməsi normal deyil (?-R.) Bir sözlə, hər ikisi S.Cəlaloğlunu düzgün metod qurmamaqda suçlayır. Ancaq təəssüf ki, ADP sədrinin haqlı iradlarını bir balaca da olsa təhlil etmirlər ki, ayə, görəsən, Sərdar burada nə demək istəyib? Ona görə də təhlil etmirlərsə, ucundan-qulağından mən bir balaca bunlara təhlil dərsi verim. Məsələn, deyim ki, Müsavat partiyası və onun başqanı İ.Qəmbər zaman-zaman müxalifətin bir araya gəlməsində ciddi baryer rolunu oynayıb. 1998-də də, 2000-də də, 2003-də də, 2005-də də, 2008-də də. 2010-da da. Bəlkə belə deyil? Namizədlik üstündə bir-birinə bircə qarış da yer verməyən müxalifət liderləri, xüsusilə də, İ.Qəmbər bu gün də həmin funksiyanı icra etməkdədirlər. Yazıq S.Cəlaloğlu da məhz bunu deyir daaa! Deyir ki, əgər qələbə qazanmaq istəyirsənsə, düz-əməlli müxalifətçilik edib, o birilərini də özünün dalınca apar.

Elə həmin ifadə "cəbhə"" sədri Əli Kərimliyə də aiddir. İndi mən burada deyə bilmərəm ki, nəyə görə Sərdar bəy öz ittihamlarında təkcə İ.Qəmbəri hədəfinə götürüb, ancaq yüz faiz əminəm ki, Ə.Kərimli də ötən proseslərdə həmkarı İ.Qəmbərdən bircə addım geri qalmayıb. Yəni Müsavat başqanı müxalifətin birliyinə qarşı baryer rolu oynayıbsa, AXCP sədri də birləşmək yolunda qurulan körpüləri siyasi dinamitlər vasitəsilə yerləyeksan edib. Nəticədə, hər şey bəllidir.Yəni sözün düzü gələndə, bunlar top-tüfəng götürüb adamı xalq düşməni elan edirlər. Üstəlik, arsız-arsız da bəyan edirlər ki, hələ bir dayanın, bir hakimiyyətə gələk, onda görəcəksiniz halü-qədərinizi! Deyirəm axı, uzun illərdir ki, bunlar "birləşərək" hakimiyyətə gəlirlər, düz söz, həqiqət deyənlər də hər seçkilər ərəfəsində "gizlənməyə"" kol axtarırlar...

RÖVŞƏN

P.S. Sərdar Cəlaloğluna xitabən: "Hörmətli Sərdar bəy, "gizlənmək"" üçün kol-zad tapıb eləsən, mənə də xəbər elə, birgə gizlənək..." "

Digər xəbərlər