PDF Oxu

Köşə

  • 1 191

Amandır, belə yanlışlığa yol verməyin!

Amandır, belə yanlışlığa yol verməyin!

Qondarma və yalan siyasətinin məhsulu olan "erməni soyqırımı" məsələsi bu dəfə daha təəssüfdoğurucu məqamları ilə bizləri həm də çox ciddi şəkildə təəccübləndirdi. Təəccübləndirdi və bizləri bu barədə daha bir neçə söz yazmağa məcbur etdi. Çünki bu dəfə həmin qondarma "sıyqırımı" iddiası ermənilər tərəfindən nahaqdan ittiham olunan qardaş Türkiyənin ərazisində, bu ölkənin təhsil sahəsində üzə çıxıb. Və sən demə, Türkiyədə fəaliyyət göstərən fransız məktəblərində tədris olunan tarix dərsliklərində həmin "soyqırımı" haqqında əməlli-başlı dərs keçilirmiş (?!) Hətta keçirilən dərslərdə türk cocuqları da iştirak edir, erməni siyasətinin qurmanlarına çevrilirlər. Təəssüf ki, bu, realdır, həqiqətdir.

Nəyə görə məhz Türkiyədə?

Və həmin faktı hər hansı başqa ölkənin mediası deyil, məhz Türkiyədə fəaliyyət göstərən, kifayət qədər nüfuzu olan "Star" qəzeti araşdıraraq, üzə çıxarıb. Artıq həmin məsələ ilə bağlı qardaş ölkənin təhsil sisteminə qarşı haqlı və ciddi ittihamlar da irəli sürülməkdədir. Bəs nədir məsələ? Nəyə gösrə bu kimi arzuolunmaz hal harda-harda, məhz Türkiyədə baş verib? Axı bu yanlışlıq həm də siyasi cəhətdən qardaş dövlətə başucalığı gətirə bilməz. Hətta məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) belə müzakirəyə çıxarılıb. Bu kitabların Təhsil Nazirliyində necə qeydiyyatdan keçməsi barəsində araşdırma aparılması qərara alınıb.

Kimin günahı ucbatından?

Məsələyə daha dəqiq varaq. Belə ki, Ankarada "Lycee Francais Charles de Gaulle" adlı fransız məktəbində 6-cı sinifin dərs vəsaitində "Erməni soyqırmı (1915-1916)" başlıqlı bölmə yer alıb. Bu dərslik əsasında şagirdlərə qondarma soyqrım tədris edilib. Kitabdakı materialda deyilir: "Türklər erməni imperatorluğunu yox etməyə qərar verdi. 20-ci əsrin təqribən 1 milyon erməninin ölümünə səbəb olan ilk soyqrımı bu cür başladı. Müharibə zamanı ertmənilərin sayı iki milyon idi" .

Kitabda, həmçinin, erməni Tçokgarian Hagop adlı uşağın da guya türk əsgərləri tərəfindən güllələndiyi (?!) yazılıb.

Sual edilə bilər: Nəyə görə, kimin günahı ucbatından? Hansı türkiyəli təhsil məmurunun ciddi səhfinə görə? Axı bu hal olmamalıydı və bu halın yaşanması heç də ölkənin xarici siyasətnidəki uğurlarına başucalığı da gətirə biləməz. Sabah Fransa, Yunanıstan və başqa Qərb dövlətləri durub öz parlamnetlərində qondarma erməni soyqırımını müzakirələrə çıxararlarsa, həmin kitabı da əsas kimi, sübut olaraq ortaya çıxararlarsa, bəs onda nə ola bilər? Eyni zamanda, "həpimiz erməniyiz" deyə bar-bar bağıranların da dəyirmanlarına su tökülə bilər. Bax, məsələ də bundadır. Məsələ bundadır ki, qardaşlarımız, amandır, belə yanlışlığa yol verməyin! Ermənilərin və ermənipərəstlərin dillərini uzun etməyin, AMANDIR!

AFƏT

Digər xəbərlər