Və ya lətifəsi Arif Hacılıdan iraq...
Bu misalı şərh etməzdən əvvəl adamın yadına Arif Hacılı düşməsə, alınmır ki, alınmır. Çünki 240 ay, 960 həftə, yəni 20 ildir ki, A.Hacılıya işarə olunur, amma bu adam raellığı anlamır ki, anlamır. "Müqəddəs və izzətli" Yeni Müsavat" qəzetində yazılır ki, Müsavatın icra aparatının rəhbəri Arif Hacılı ABŞ-a gedib və guya orda iki dövlətarası məsələlər, 2013-cü il prezident seçkiləri müzakirə olunub. Bəs niyə bu qəzetçığəz yazmır ki, bu adam hansı səlahiyyət və ixtiyar sahibidir ki, ABŞ-Azərbaycan arasında əlaqələri müzakirə edir? Ümumiyyətlə, onun bu əlaqələrdən xəbəri varmı? Və ya hansı səfeh siyasətçi qeyri-müəyyən biri ilə baş-başa verib müzakirə aparar? Sən öl, bu müxalifətçilərin işi-gücü yoxdur.
Qəzet ardından əvvəl yazır ki, Müsavat başqanı dekabrın 1-də vətənə dönəcək." Sonra da deyir ki, artıq dönüb. Cümlənin quruluşuna fikir verin. Adətən, belə cümlələri dövlət başçıları xaricə səfər edəndə yazırlar ki, filan vaxt vətənə dönəcək. İndi bu meyvə quruları İ.Qəmbər haqqında elə yazıblar ki, elə bil hansısa dövlət başçısından-zaddan yazırlar. Başçını deyə bilmərəm, zad ola bilər. Guya İ.Qəmbər dalınca da A.Hacılı Qərbə üz tutublar ki, "işgüzar" görüşlər keçirsinlər. Bunu ağzı topuğuna dəyənlər də bilir ki, onların "ciddi" görüşlərinin əsasında yalnız qrant qopartmaq eşqi və Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi durur. Hər iki şəxs yenə də ermənilərin "İsayanları" və "Arifyanları" ilə görüşüb üfunət iştahalı məsələlərdən danışacaqlar. Yaxşıca "ümidlənib" vətən kimi baxmadıqları torpağa geri dönəcəklər.
Bax, bayaq işarə dediyimiz burada bir çox mənaları ilə işə düşür. Məsələn, adıçəkilən müxalifətçilər dəfələrlə xaricdən pul alsalar da, ancaq öz niyyətlərini gerçəkləşdirə bilməyiblər. Azərbaycanın qüdrəti bu kimi bütün meyilləri iflasa uğradıb. Özü də 20 ildir ki, belədir. İnək heyvan ola-ola, batdığı bataqlığa bir də girmir. Amma bunlar məğlub olduqca daha da azğınlaşırlar, niyyətlərini qıran addımları bunlar işarə kimi qəbul edə bilmirlər.
Bir tərəfdən də Əli Kərimli burda nə qədər başdansovdu gənc varsa hamısını başına yığıb iclas aparıb. 20 ildir nəyi deyirsə eyni sözləri deyib, 20 ildir kimlər gəlirdisə, indi də onların balaları gəlib oturublar Ə.Kəriomlinin hüzurunda. İnsanda bir idrak olar axı. Əgər 20 ildir bir xeyir yoxdursa, ancaq yenə də yöndəmsiz mövqedəsənsə, deməli, problem ya səndədir, ya da tutduğun yolda! Şükür Allaha ki, ikisi də sizdə var. Bu tərəfdən də Rəsul Quliyev radikal dostların top atəşinə tutub. Baxma, Rəsul nə də olsa, onları gözəl tanıyır. Sərdar Cəlaloğlu da oturub otağında mürəbbəli çay içə-içə döşəyir Rəsulun dalınca! Pənah Hüseyn də ki, yapışıb Hafiz Hacıbəyli əl çəkmir. Fuad Qəhrəmanlı da ayaq üstə durub stulun üstündə başlayır kim yadına düşsə, onu da söyməyə. Bu qədər bataqlıqmı olar, İlahi!? Bizim radikallar təpədən dırnağa qədər işarələrlə doludur. Adı qənim olmuşlara ( İsa, Əli, Yusif, Rəsul), bunu başa salmaq daşa nisbilik nəzəriyyəsindən zırpı bir mühazirə oxumaq kimi bir şeydir.
Keçək başqa bir işarəyə. "Azadlıq", "Yeni Müsavat" qəzetləri yaxşı yol tapıblar. Əvvəlcə məmurlara şər atırlar, məmur da onları verir məhkəməyə. Sonra başlayırlar yalvarıb-yaxarmağa, ya da ki, hay-şüvən salırlar ki, acımızdan ölürük, pulu ödəyə bilmərik. Vallah, iki qardaş Rauf Arifoğlu ilə Azər Ayxanın gəzdiyi yerləri məmurlar gəzə bilmir, yaşadıqları villalarda məmurlar yaşamır.
Samir
P.S. Vaxtilə Rauf Arifoğlunun 2 "məmmədə" ( indiki pulla 40 qəpyə ) işlətdiyi jurnalistlərdən biri deyir ki, İsa Qəmbər həmişə iclasda Raufa işarə verirdi ki, kimisə lağ edib aləmi qarışdırsın. Amma son işarəni 2013-də görəcəksiniz. Necə ki, artıq ilk qızartıları alnınıza hopub.