Müxalifət "liderlərinin" dekabrın 10-na təyin etdikləri növbəti aksiyanın heç də öncə keçirilmişlərdən fərqlənməyəcəyini bəri başdan demək lazımdır. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də "lider" və funksionerlər ağızdolusu möhtəşəm yürüş keçirəcəklərini gah bu, gah da digər formada cəmiyyətə sırımağa çalışırlar. Amma bunun "faydasını" ictimaiyyət yəqin ki, görəcək. Məsələn, həmin hadisələri izləyənlər bir daha görəcəklər ki, küçələrə çıxanların sıralarında bir dənə də olsun ağızdolusu danışan "lider" yoxdur, bundan sonra da olmayacaq. Bir sözlə, yenə də pafos, yenə də populizm və belə-belə şeylərə oxşayan zadlar...Bu gün heç bir mahiyyət kəsb etməyən aksiyaların nədən qaynaqlanmasını xatırlasaq, bir daha bəlli olacaq ki, ötən icazəsiz aksiyada qolu zədələnmiş Gözəl Bayramlının qolunun burxulmasına, küçə qızlarının yubka-koftalarını başlarına çəkib, həmin əməllərini hüquq-mühafizə orqanları işçilərinin əməlləri kimi təqdim etmələrinə ehtiyac qalmır. Yəni mahiyyət etibarilə aksiyaların keçirilməsinə şərt, lüzum yoxdur. Deyirlər ki, parlament buraxılsın. Axı niyə parlament bunların ucuz təfəkkürlərinə görə buraxılmalıdır? Nədir ki, haranınsa dələduzu haradasa videoçarx yayımlayıb və həmin videoçarxın yayılması parlamentin legitimliyini "şübhə" altına alırmış. Adama deyərlər ki, AXC-Müsavat hakimiyyəti dövründə parlamentdə oturan saqqallı, ağızlarından nəşə-siqaret düşməyən deputatlarınızın hamısı bir "mələk" imişlər. Millətin də bundan xəbəri-filanı yoxuymuş. Amma siz hakimiyyətdən gedəndən sonra, hər şey döndü oldu qeyri-legitim? Məgər hər hansı fərdin cinayət əməlini bu gün legitim parlamentdə oturan deputatların üzərinə yıxmaq nə dərəcədə düzgündür? Əlbəttə ki, heç cür! Bu, sadəcə, fürsətdən istifadə edib, aranı qarışdırmaq, ajiotaj yaratmaq və dədə-baba dili ilə desək, boş haray şüvənlikdən başqa heç nə də deyil.
SİYASƏTLƏRİNİ KEYFİYYƏTLƏ DEYİL, KƏMİYYƏTLƏ ÖLÇƏNLƏR
Ultimativ çıxışlar edən Əli Kərimlinin müavini Gözəl Bayramlı bu dəfə də çox yəqin ki, ayağını zədələmək fikrinə düşüb. Yəqin ki, bu dəfə də, hüquq-mühafizə orqanlarının çağırışlarına məhəl qoymaq fikrində olmayacaq G.Bayramlı sol ayağını post-patrul maşınını təkərlərinə vuraraq, deyəcək ki, gördünüz? Keçən dəfə sol qolumu burub çıxartdılar, ini də ayaqlarımı sındırmağa çalışırlar. Ola bilməz? Ola bilər! Elə ola bilər ki, haaa!Bu kimi müxalifətçilərdən nə desən gözləmək olar. Hətta arvad, qız-gəlin dalında gizlənərək "Azadlıq", "İstefa" şüarları çağıran gər-gədələr də icazəsiz aksiyanın səhəri günü çıxacaqlar mətbuata və bar-bar bağıracaqlar ki, "mülki geyimli şəxslər" bunların başlarına filan oyunu açdı və s. G.Bayramlıya gəlincə isə "İP"-in bu çağırışına çoxlu insanlar qoşulacaq" iddiası ilə bir daha təsdiq edir ki, müxalifətin məqsədi keyfiyyətli siyasət üzərində hakimiyytə gəlmək iddiası ortaya qoymaq deyil, bunların məqsədləri sadəcə kəmiyyətdir. Yəni icazəsiz aksiyalara çoxlu adam gətizdirmək. Ancaq bu da onlarda alınmır. Ona görə də siz inanmağınızda olun...
MÜBARİZ