PDF Oxu

Köşə

  • 2 429

ÇAYXANA MÜXALİFƏTİNİN "İNKİŞAFI" - "SİYASİ RESTORANLAR BLOKU"

ÇAYXANA MÜXALİFƏTİNİN "İNKİŞAFI" - "SİYASİ RESTORANLAR BLOKU"

Müxalifət "liderlərinin" qərargahları daxilində aprdıqları danışıqlarda əldə edə bilmədikləri birlik formatları yavaş-yavaş iaşə standartlarına uyğunlaşmaqdadır. Yəni hakimiyytə yiyələnmək uğrunda götərdikləri cəhdləri restoran-kafe səviyyəsində "inkişaf" edir. Restoran-kafe demişkən, yəqin ki, hazırkı müxalifətin, həqiqətən də, inkişaf etdiyini denək olar. Çünki 15-20 il öncə məhz həmin bu dəyişilməz müxalifətə çayxana müxalifəti adı verilmişdi. Həmin dövrlərdə də siyasi cəhdlərini qərargahlarında uyğunlaşdıra bilməyən "liderlər" şəhərin müxtəlif "toçkalarında" fəaliyyət göstərən çayxanalarında "möhtəşəm" birliklər "formalaşdırırdılar". Bəs nə bilmişdiniz? "İnkişaf" da budur daaa. Çayxana səviyyəsindən restoran səviyyəsinə qədər yüksəlmək!

İndi, yəqin ki, belə nadir siyasi üsulun duz-çörək "kəsməklə" reallaşmasını istyən "liderlər" seçkilrə qədər hələ çox məzhəkələr göstərəcəklər. Necə ki, bunların "Asiman" görüşlərində olduğu kimi. Yəqin ki, oxucular bir neçə müxalifət partiyası sədrinin Bakıdakı "Asiman" restoranında gizli görüş keçirməsi barədə məlumatı unutmayıblar. Hətta bu görüşdən sonra Müsavat partiyasının görüşdə iştirak edən "liderləri" boykot etməsi də mətbuat səhifələrində gen-bol yazıldı. Nəticədə, restoran səviyyəsində blok yaratmaq istəyən partiyaların bu məqsədləri də baş tutmadı. Beləd nə fərqi var axı? Ya çayxana müxalifəti olsun, ya da restoran müxalifəti. Nə çayxanalarda çay stəkanlara salınan limon, nə də ki, restoranlarda araq badələrinə sıxılan limon nəticəsi vermədi. Bir sözlə, bu müxalifəti hətta dağların uca zirvələrinə qalxıb "zirvə görüşü" keçirmək istəsələr belə, onlarda heç nə alınmayacaq.

VAHİD NAMİZƏD DAVASI "ŞOT" DAVASIYLA ƏVƏZLƏNƏCƏK

Deyilənlərə görə, hətta yeyib-içməklə siyasi ambisiyalarını yürütmək istəyən "liderlər" sonuncu danışıqlarında belə bir qərara gəliblər ki, növbəti restoran görüşündə "şotu" AMİP sədri verməlidir. Yəqin bu vaxta qədər AMİP-in digər müxalifət partiyalarının yerinə hesab verməsi qaldı köhnədə. Ona görə də budəfəki hesabı da "milli istiqlalçıların" sədri Yusuf Bağırzadə verəcək. Çünki ondan qabaq "şotu" AXCP sədri Əli Kərimli vermişdi. Hətta ofisiantlara çaypulu vermədiyinə görə, restoran rəhbərliyi tərəfindən məzəmmət də olunmuşdu. Yəqin ki, bundan sonra yalnız restoranlarda toplaşmağı qərar verən müxalifət yetkililəri bu səbəbdən, bloklarının da adını "Siyasi Restoranlar Bloku" qoyacaqlar. Yəni "SRB". "SRB"-nin də növbəti "şotverənləri" bunlardır: ADP sədri Sərdar Cəlaloğlu, "Ümid" rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP rəhbəri Əli Əliyev, KXCP sədri Mirmahud Mirəlioğlu.

Nə isə bu, onların öz işləridir, kimi nə qədər "şot" verəcəksə, özü bilər. Hər halda vahid namizəd məsələsində razılığa gələ bilməyən "liderlər" "şot" üstündə də dava salacaqlar. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ ondadır ki, müxalifət, həqiqətən də, 15-20 il içində əməlli-başlı "inkişaf" edib. Zarafat deyil eee, çayxana səviyyəsindən restoran zirvəsinə qədər yüksəlmək də filan qədər zəhmət, mübarizə tələb edir.

MÜBARİZ

Digər xəbərlər