Musavatın "dahi, unudulmaz və düüüüüüüüüüüd... lideri" olan Arif Hacılı da seçki yaxınlaşdıqca dil boğaza qoymur. Düzdür, dəfələrlə boğazına dil qoyulsa da bu dəfə yenə də tərsinə oldu. Belə ki, A. Hacılı deyib ki, "Əli Kərimli mən getdiyim yerə qədər getməyib." Mənim Ə. Kərimlinin tərəfini saxlamaq fikrim yoxdur, ancaq görək bu Arif əkə "getdiyim yerə qədər" deyəndə, nəyi nəzərdə tutur!? Görəsən, nəyə malikdir bu Hacılı? Ümumiyyətlə, A. Hacılıya millətimiz hələ 90-cı illərin əvvələrində qiymət verib. Rəhmətlik Polat Alemdar demişkən, keçmişini görməyənlərin gələcəyi parlaq olmaz.
Deməli, həmin illərdə rayonlarımız bir-bir əlimizdən çıxırdı, daxilimizdə də ki, Əlinin papağını Vəlinin, Vəlininkini də ki, Əlinin başına qoyurdular. Ancaq Arif əkə saqqız şalvara yapışan kimi qırsaqqız olmuşdu Milli Məclisin kreslosuna. Öldürsəydin də ayağa durmazdı, danışanda da bilinirdi ki, bunun üçün Araz aşığından, Kür topuğundandır. Parlamentin ən yekəxana deputatı idi bu adam. Bir neçə il keçdi, fırıldağının qurbanına çevrilib həbsdə yatmalı oldu və o vaxtdan bəri də İsa Qəmbərin pis yuxusuna döndü. Bu adam İ.Qəmbərin bütün çirkin oyunlarının içindədir, o oyunların ki, bütün müxalifətçilərin torbası tikilir, Azərbaycanda sağlam müxalifətin yaradılmasının süni yollarla qarşısı alınır. A. Hacılının getdiyi yol budur. Keyfiyyətini deyə bilmərəm, ancaq elə də şərəfli yol deyil. Bu adam o qədər xəyanət, çirkab içində yol gedib ki, indi də deyir ki, bu yolu Əli Kərimli mənim qədər getməyib. Söz yox, bu sahədə o Əli Kərimliyə çata bilməz. Ancaq neyləyək, bu sahədə də dələlər, kərtənkələlər var.
Arif əkənin məqsədi var. Qabağdan seçki gəlir, ölkəmizdə də 1879 dəstə müxalifət partiyası, 4325 dənə müxalifət "lideri" var. Vallah, yaxşıdır da. Son 10 ildə AXCP-ni tərk edənlər təxminən 15-20 partiya yaradıblar. Müsavatı tərk edənlər isə bu sahədə bir az da irəli gediblər.
2013-cü il seçkilərində iştirak etmək üçün Ə. Kərimli ilə İ. Qəmbər bir-birinə pis mənada calaq edilib. Cəbhəçilər müsavatçıları, müsavatçılar da cəbhəçiləri top atəşinə tutublar. Ə. Kərimlinin müxalifətin vahid namizədi olmaq istəyi İsa "bəy"i əməlli-başlı hövsələdən çıxarıb və Arif əkəni də fit çalıb buraxıb onun üstünə. Onun dediyinə görə, Qəmbər guya ən şanslı namizəddir. Yəqin Arif əkənin xəbəri yoxdur ki, İsa "bəy"in hər şeyini camaat söyür. Bu murdar məxluqatın ucbatından Azərbaycanda sağlam müxalifət formalaşmadı, xarici düşmənlərimizdən pul alıb, az qaldı ki, hər şeyini satsın, satdı da. Vaxtilə başını aldadıb Müsavata gətirdiyi professorları satdı, gəncləri anti-azərbaycançılığa öyrədib onları həbsxanaya yolladı, düşmənlərlə dost olmağı müsavatçıların qulağına yeritdi. Bu adam hakimiyyətdə olmaq üçün ermənilərlə dostluğa getdi, gəncləri siyasi mühacir adı altında xaricə erməni havadarlarının yanına göndərdi.
Elnur Rzasoy adlı bir müsavatçı "facebook"da cəbhəçiyə yazır ki, "Əli Kərimli satqındır." Cəbhəçi də yazıb ki, "bəs onda İsa Qəmbər ona niyə Müsavatın binasında ofis verib?" Bu sualı tərsinə də vermək olar, gözəl suallardır. Bunların ardınca da bəlkə bir 50 ədəd müsavatçı-cəbhəçi gənc bir-birilərinin var-yoxlarını yuyub çəpərə sərirlər. Mənim müxalifətçi qadınlara yazığım gəlir. Kəmalə Bənənyarlı adlı cəbhəçini qadına yox, söyüş dağarcığına oxşatmaq daha yaxşı olardı. Bütün keyfiyyətlərdə özündən böyük adamlara qarşı ağzına gələni danışan bu "xanım" söyüş söyməklə guya iqtidarla mübarizə aparır. Üstəgəl də, "facebook"da öz rəfiqələri arasında vəzifə bölgüsü aparır. Deyir ki, hakimiyyətə gələn kimi hərənizə bir vəzifə verəcəm. Gözəl Bayramlı isə yaxşı şeylər yazır. Qeyd edir ki, "hakimiyyətə gəleeerik, qadanızı aleeem, hazırlaşın." Adamın yazığı gəlir bunlara. 20 ildir eyni söz, eyni sifətlər, eyni fikirlər.
Samir