Fəlsəfədə "səbəb olmasa, hər hansı məqsədi gerçəkləşdirmək çətin olar" ifadəsi var. Bu fəlsəfi kateqoriya müdrik atalarımızın bu məsəli ilə səsləşməkdədir: zəhmət çəkməsən, nemət görməzsən. Sözgəlişi demək istəyirəm ki, xalqın zəhmətilə ərsəyə gətirdiyi nemətlər bədxah və bədnam kəslərin gözündən gələr. Bu ifadələr xalqa yuxarıdan aşağı baxanlara aiddir. Fərqi yoxdur, istər düşmən tərəfinə keçib, casusluqla məşğul olsun, ya da Əkrəm Əylisli kimi yüksək adlara layiq görüldükdən sonra "Daş yuxular"a qərq olsun.
Xalqımızın bir qismi Ermənistan dövləti adlanan doğma dədə-baba yurdlarından didərgin salındı. Bizim işləmək məqsədilə ən uzağa qaçan oğullarımız, əsasən, Rusiya və Orta Asiyaya gedirlər. Yerindən-yurdundan didərgin salınanlarımızın mütləq əksəriyyəti Azərbaycana gəlir. Mənfur ermənilər isə, əksinə, yurdumuzun dilbər bir guşəsində qurduqları Hayastandan dünyanın bütün ölkələrinin ən yaxşı hissələrinə köçməyə üstünlük verirlər. Misal üçün Rusiyada ən çox Kislovodsk, Soçi, Moskva, Sankt-Peterburq ətrafı, Krasnodar və digər guşələrə köçür, təbiətin ən gözəl guşələrində məskunlaşırlar. Ancaq ürək xıltlı olandan sonra, heç yerdə xoşbəxt olmaq mümkün deyil. Ermənilər Ermənistanda etdikləri kimi yad torpaqlarındakı toponimləri öz dillərində yaratdıqları süni adlarla əvəz edirlər. Bununla belə, yenə də dərd və müsibətlərə düçar olurlar. Guşəmizin balıca mövzusu bu deyil.
Biz bu gün ermənilərin Ermənistandan kənardakı dəstəkçilərdən söhbət açacağıq. Onları bu torpaqlardan didərgin salan babalarımızın narahat ruhlarıdır. Qəribə də olsa, Yaradan bunu ermənilərin başçılarının əli ilə edir. Güclü Azərbaycana baxıb sürətlə silahlanmağa girişən erməni başbilənləri öz xalqını aclıq, işsizlik və səfalətlə sınağa çəkməyə məcburdurlar. Başqa cür də mümkün deyil. Gəmidə oturub, gəmiçi ilə gəminin kimə məxsusluğu mövzusunda mübahisəyə girişən kəslər, ən azı, konkret gəmidən qovulmağa məhkumdurlar.
Ermənilər dünyanın ən böyük ölkələrində diaspor təşkilatları yaradıblar. Yerevana, əsasən, bu təşkilatlar yardım edirlər. Ancaq bizim dünya ölkələrində 10-15 ildir yaratdığımız diaspor təşkilatları erməniləri bütün məsələlərdə susdurmaqdadırlar. Daha 5-10 ildən sonra erməni diasporu çöküm mərhələsinə keçəcək. Ancaq hələlik, onu demək istəyirik ki, ermənilər aşkar dəstəkçilərindən Rusiya, Fransa və ABŞ-dakı bəzi dairələrin dəstəyinə güvənirlər. Ancaq son bir neçə ildə artıq ölkəmizdə erməni dəyirmanına su tökənlərin də köməyindən yararlanırlar. Bu, artıq ideoloji mübarizədir. Əlbəttə, bizim "Abo"ların başını kəsən İbrahim kimi oğullarımız da az deyil. Mübarizimizin göstərdiyi hünər çox oğullarımızı onun mübariz ardıcılına çevirib. Ramil Səfərov lazımi andan Kurgen Markaryanın cavabını verməyin üsulunu bizə örnək kimi göstərdi. Müharibə dövründə özlərini düşmən tanklarının altına atıb, döyüşçü yoldaşlarını xilas edən oğul və qızlarımız da çox olub. Onlara halal çörək yedizdirib, halal süd əmizdirən Nigar, Həcər, Ərəbzəngi timsallı analarımız dünyaya gətiriblər.
Ancaq öz zəhmətlərinin nemətlərindən yararlanmaq istəməyib, yüngül düşmən çörəyi yemək istəyənlərimizin də olduğunu inkar edə bilmərik. Rusiyada yaranan "Milyarderlər İttifaqı" ermənilərin dəyirmanını ideoloji maye qatışığı ilə işlətmək məqsədilə yaradılıb. Üzvlərinin əksəriyyəti azərbaycanlı adını daşıyır. Söyün Sadıxov zahirən azərbaycanlıdır. Onun fitvası ilə paytaxtımızda o bədnam ittifaqın analogiyası olan "Ziyalılar Forumu" yarandı. Forum üzvləri içərisində rusdilli və erməni məfkurəli "ziyalılar" da var. Bunlar o qədər də kasıb və imkansız deyillər. Ölkə rəhbərliyi bəzilərini ölkənin ali mükafatlarına layiq görüb. Ancaq xalqa arxa çevirən bu bədnamlar Ümummilli Liderimiz Heydər Əliyevin ərsəyə gətirdiyi dövlətçiliyimizin sütunlarını laxlatmağa çalışırlar.
Quruluşun demokratikliyindən, qanunların şəffaflığından istifadə edərək, istənilən qurumu, təşkilatı, cəmiyyəti yaradıb, müstəqil fəaliyyət göstərməyə icazə verilib. Ancaq demokratiya ab-havasında satqınlığa və cinayətə meyillənənlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Ermənipərəstlər açıq ideoloji mübarizəyə keçiblər. Rüstəm İbrahimbəyov bir, Əkrəm Əylisli iki... Üçüncü və digərlərinin ağıllı başla mühakimə yürütmələrini istərdik. Yoxsa gələcək nəsillər tərəfindən topa tutulacaqlar.