Sən demə, Əkrəm Əylislinin (Aqulis-R.) "Daş yuxular"ını yalnız onun özü görməyibmiş. Bu yuxuları görüb, qəbul edənlərin bir çoxları bir neçə gün qabaq,özlərini Sabir bağında aşkara çıxardılar. Onun müdafiəsinə qalxan başıxarab "postmodernistlər" kimi... Yadımdadır, hələ 2003-cü ildə Azərbaycan mətbuatında üzqaraldıcı bir nəşr birgünlük olsa da gün işığına çıxmışdı. Həmin nəşrin arxasında "Azadlıq" qəzetinin barmağı var idi. Çünki həmin qəzetdə gedən yazıların müəllifləri məhz "Azadlıq"da köşə yazarı qismində çıxış edirdilər. İndi onların əksəriyyəti həmin qəzetdən uzaqlaşaraq, normal yaradıcılıqla məşğuldurlar. Yəni səhvlərini anlayaraq, daha məqbul yazılı orqanlarda köşə yazarlığı ilə məşğul olurlar. Bu səbəbdən də onların adlarını açıqlamaq istəməzdim. Məhz həmin üzqaraldıcı qəzetdə azərbaycanlı qadınlar müxtəlif alçaldıcı terminlərlə aşağılanmış, milli-mənəvi dəyərlər ayaqlar altına atılmışdı. Adını da qoymuşdular "postmodernizm və anderqraund yaradıcılığı" və s.
Qulağısallaq ikiayaqlılar və Sabir bağı
"Azadlıq" qəzetinin bu kimi məsələdə barmağının olmasını isə elə-belə yazmamışam. Çünki məhz həmin "Azadlıq"da milli əxlaq sisteminin biabırçı həddi hər zaman ən rəzil vasitə kimi ictimai diqqətdən və qınaqdan yayınmayıb. Ona görə də bu gün "postmodernçilik" adı altında bəzi qulağısallaq ikiayaqlıların Sabir bağına çıxıb, Ə.Əylisli "yaradıcılığını" müdafiə etmələri həqiqətləri gizlədə bilmir. Bir də ki, belələrinin Sabir kimi milli təfəkkürün, dahi milliyyət nümayəndəmizin adını daşıyan ərazidə tulalıq etmələri qəbulolunmazdır. Sabir hara, bunlar hara!Ancaq maraqlı məqam budur ki, Ə.Əylislinin "Daş yuxular"ından cuşa gələrək, daha bir qələm dağarcığının izafi dərəcədə erməniçilk tərifinə aludə olması arxasından yenə də "Azadlıq" qəzeti çıxdı. Çünki orada Elnur Astanbəyli adlı bir ucuz fərd "Azadlıq" qzetinin təmsilçisi kimi ağızna gələn hürmələri havlayırdı. Guya o, Ə.Əylislinin xalq qınağına tuş gəlməsndən əməlli-başlı pəjmürdə olub və çıxıb Sabir bağına ki, ay camaat belə deməyin, Ə.Əylisli aydan arı, sudan duru bir "şəxsiyyətdir", ona qarşı belə davranmaq isə "xəyanətdir" (?!-R.).
Bu toxum isə elə "köpəkoğlu" şeydir ki...
Demək, belə çıxır ki, soydaşlarını təhqir edərək onları "köpək uşağı", "yeraz", "qatil" kimi qələmə verən erməniləşmiş Aqulis lap əcəb edib Azərbaycanı, böyük Türk dünyasını söyüb. Lap yaxşı edib tarixi saxtalaşdırıb və azərbaycanlıları ermənilərin qənimi kimi dünyaya tanıdıb. Bəli, məhz belə çıxır, belə anlaşılır.E.Astanbəyli isə burada onu müdafiə etməklə demək istəyir ki, onun özünün qanında da erməni toxumu var. Bu toxum isə elə "köpəkoğlu" şeydir ki, nə vaxtsa, gec, ya da tez özünü biruzə verir. E.Astanbəyli də də belə oldu. Yəni ortada həm də bir Aqulis və Elnur Astanbəyli bənzərliyi mövcuddur. Yoxsa ona nə gəlmişdi ki, durub-durducağız yerdə dönüb oldu sevimli Aqulisinin müdafiəçisi. Əminəm ki, bu gün Əkrəmi müdafiə edən digərlərinin də əksəriyyətində həmin toxum var. Yox, əgər yoxdursa, onda bu meydan, bu da şeytan - çıxsınlar ortaya və qəliz "postmodernçilik" terminləri ilə deyil, səlist Azərbaycan dilində millətə anlatsınlar ki, nəyə görə Əkrəmin "Daş yuxuları"nı müdafiə edirlər. Yüz faiz əmin olsunlar ki, əgər nə isə sübut etməyə müyəssər olarlarsa, üzr istəməyə hazıram. Yox, sübut etməyəcəklərsə, onda günah məndən getdi...