Marqli məlumatdır. Roma Papası postunu tərk edir. Bütün dünya informasiya agentlikləri bu xəbəri belə başlıqla ictimailəşdiriblər. "Roma Papası XVI Benedikt fevralın 28-də öz postunu tərk edəcək".
Tarix və siyasətlə maraqlananlar yəqin ki, yaxşı bilirlər ki, müasir tarixdə belə hadisəyə ilk dəfə rast gəlinir. Belə ki, XVI Benedikt Roma Katolik kilsəsinə 2005-ci ildən rəhbərlik edir. O, sayca 265-ci Roma Papasıdır. Benedikt 1730-cu ildə Roma Papası olan XII Klimentdən sonra Papa seçilərkən yaşına görə ən qoca Roma Papası olub. Lakin istefa məsələsinə gəlincə, Vatikan hələ belə bir hadisə yaşamayıb.
Bütün dünyada bir çox siyasi məsələlərə qiymət verə bilmək gücündə olan "cırtdan" Vatikan dövləti əslində bəzilərinə bir örnəklik dərsi göstərdi.
Bu gün özlərini "siyasətdə" qocaldan, ancaq bunun müqabilində heç bir nüfuz əldə edə bilməyənlər də Benediktin bu addımından ibarət dərsi götürməlidirlər.
İstefaya gedəndən sonra adama nə olur?
Məsələn, yaşları-başları ağarsa da (bəzi "kraska"qoyan "kişilər" də daxil olmaqla - M.) hələ də hakimiyyətə yiyələnəcəkləri həvəsi ilə alışıb-yanan, əslində, bununla özlərini yandıran dağıdıcı müxalifət "liderləri" Papa XVI Benedikt istefaya getməmiş qaçsınlar Vatikana və düşsünlər onun ayağına. Yalvarsınlar ki, Papa istefaya getmək mədəniyyətini onlara da öyrətsin. Yəni yalvarıb öyrənsinlər ki, siyasi istefaya getmək üçün hansı üstünlüklərə, hansı qətiyyətlərə və hansı kişilik xüsusiyyətlərinə malik olmaq lazımdır? Ya da bir soruşsunlar ki, ay Papa, istefaya gedəndən sonra adama nə olur? Yəqin ki, o da durub deyəcək ki, heç nə, nə olacaq ki? Adam həyatda, siyasi karyerada, ya da cəmiyyətdə heç bir nüfuz qazana bilmirsə, ya da buna ümid etmirsə, istefaya gedərkən, heç nə olmur. Gedir və çəkilir evinin bir küncünə və başlayır memuarlar yazmağa...
Amma kimə nə deyirsən ki? Məncə, Papa Venedikt istər İsa Qəmbərə, istər Əli Kərimliyə nə qədər İncil, Tövrat ya da Zəbur oxusa belə, onun avazı "liderlərə" yaxşı çatmayacaq. Çünki onlar üçün Vatikan Papasının sözü belə heç nə qədərindədir. Axı bunlar "lider" olaraq, hamıdan "ağıllı", hamıdan "kamallıdırlar"!
Leyla Yunusun sözü onlar üçün daha "müqəddəsdir"
Amma leyla Yunus qayıdıb desə ki, yox, nə edirsiniz, istafa-filan nədir? Papa XVI Venediktə inanıb, istefaya-zada getməyin! Yəqin o, qocalıb, belə danışır. Sizin kimi siyasətçiləri Azərbaycan bir də haradan tapacaq? Bax, onda hər iki "lider" dərhal diz çöküb L.Yunusun orasımndan-burasından, hətta gündəyməzindən də "zasoslu" maş edəcəklər.
Bilirsiniz niyə? Ona görə ki, onları hər birinin milli-dövlətçilikyə əks olan maraqları üst-üstə düşür. Onlar da Leyla kimi erməni çörəyi yerir, erməni suyu içirlər. Sadəcə, Azərbaycanda!
Ona görə də bunlar Venedikt həzrətlərinin ətəyini deyir, L.Yunusun ora-burasını daha məqbul hesab edərək, istefaya-zada getməyəcəklər. Onlar elə beləcə, biabır, rəzil, düşük obrazlı "siyasətçi" kimi, həm də, sözsüz ki, müxalifətçi kimi pas atıb-çürüyəcəklər.
Bir də ki, özləri bilərlər, istəyirlər lap getsinlər Eçmiədzinin, bütün ermənilərin katolikosu Qareginin filan yerindən öpsünlər. Siyapur bundan sonra daha necə siyapur ola bilər ki?!