PDF Oxu

Köşə

  • 1 290

Təzə ideya!

Təzə ideya!

Deyilənlərə görə Vatikanın təzə Papası qaradərili olacaq. Yox, əslində, mən burada heç də irqçilik, ya da digər qəbulolunmaz fikirləri qabartmaq istəmirəm. Sadəcə, bu hadisə çox maraqlı və demokratikdir. Həm də düşündürücüdür. Fikir verin, ABŞ bir dövlət kimi yaranandan bəri orada ilk dəfə (artıq ikinci dəfə-M.) qaradərili preezident seçildi - Barak Obama.Bu gün qaradərili ABŞ prezidenti kifayət qədər fəallığı və fərqli siyasi baxışları ilə bütün dünyanın diqqət mərkəzindədir. Çünki onun kökündə müsəlman qanının axdığı haqqında da fərziyyələr irəli sürülməkdədir. Ancaq bu mövzunun, yəni hazırkı mövzunun müsəlmançılığa, ya da xristianlığa heç bir aidiyyatı yoxdur. Məsələ başqadır.

Bu dəfə Romanın katolik kisləsinə seçiləcəyi dəqiq olan qaradərili keşiş də davranışı və etiqad azadlığına baxışı ilə demokratik təsir bağışlayan liderlərdəndir. Yəni mühafizəkarlıqdan bir balaca uzaq adamdır. Onun bu kimi xüsusiyyətlərinə rəğmən, Vatikana rəhbər gətirilməsi, əslində, çox maraqlı nüansdır. Bu nüansın ətrafında düşünərkən, birdən mənim ağlıma qəşəng və təzə bir ideya gəldi.

Mkombo Rambi, Edinqo Merterebara Santara Dirimboro və xanım Meşeta Luiza Qarampalililina

İdeya gəldi ki, burada da belə bir eksperement etmək mümkündür. Məsələn, uzun illərdir ki, hakimiyyətə yiyələnmək istəyən müxalifət "liderləri" 2013-cü il seçkiləri ərəfəsində öz postlarından istefaya getsinlər və onların yerinə Uqandadan, Zambiyadan, Qanadan, hətta daha uzaq Afrika ölkələrindən qaradərili namizədlər gətirilsin. AXCP sədri Əli Kərimli sədrlikdən getsin və onun yerinə Uqandadan olan namizəd Mkombo Rambi AXCP-yə sədr gətirilsin.

Eləcə də, Müsavat başqanı İsa Qəmbər getsin, yerinə Qanadan Edinqo Merterebara Santara Dirimboro adlı siyasi mütəxəssis başqanlığa seçilsin.

Mən hələ ACP-dən, KXCP-dən, Ümiddən, ADP-dən danışmıram! Üstəlik, ALP-dən də! Axı niyə də Lalə Şövkətin yerinə Zambiyadan qaradərili xanım Meşeta Luiza Qarampalililina seşilməsin?! Məgər həmin siyasi müxalifət partiyaları iddia etmirlərmi ki, onların idarəçilik prinsipləri məhz demokratik dəyərlər fonunda inkişaf edir? Əgər bu qədər demokratikdirlərsə, nəyə görə uzaqda deyil, məhz öz partiyaları daxilində fəaliyyət göstərən gənclərə, perspektivli insanlara yol açmırlar? Özlərindən başqa heç kimi görmürlər?

Özü də cari 2013-cü prezident seçkiləri ilində...

Demək, özlərinin yerinə normal namizəd tapa bilmirlərsə, hazırda ABŞ-da və Avropada qaradərili insanların hakimiyyətə gətirilməsindən bunlar da yararlansınlar. Kişi kimi durub desinlər ki, biz də Azərbaycanın müxaifət partiyalarının rəhbərləri olaraq istefaya gedib, yerimizə qaradərili namizəd seçmək istəyirik.

Deyirəm, bəlkə onda müxalifətin düyünü açıla və həmin partiyalar da dəyişilə, həqiqətən də, dövlətçiliyə yararalı xidmət göstərələr.

Pis ideya deyil məncə. Bəlkə bir yoxlayasınız? Özü də cari 2013-cü prezident seçkiləri ilində...

Digər xəbərlər