PDF Oxu

Köşə

  • 1 581

​Oğlundan imtina edən ata...!!!

​Oğlundan imtina edən ata...!!!

Ya da

Su meymunun boğazına çatanda balasını ayağının altına qoyur

Ötən gün Müsavat başqanı İsa Qəmbərin evinə məhkəmə icraçılarının təşrif buyurması sıradan məsələ deyildi. Yəni Müsavat partiyası mətbuat xidmətinin hüquqi çərçivədən kənara çıxaraq, guya burada siyasi motivlərinin olması haqqında irəli sürdükləri fərziyyələr də heç bir məntiqə sığmadı. Çünki məsələ ondadır ki, başqanın oğlu Turqut Qəmbər əvvəlcə 12 yanvar, daha sonra 26 yanvar icazəsiz aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılmış və məhkəməyə cəlb edilməklə cərimələnmişdi. Lakin cərimənin ödəməsini tələb edən məhkəmə icraçıları tamamilə başqa mənzərə ilə qarşılaşmalı olublar. T.Qəmbər məhkəmənin qərarını ədalətsiz saydığından, prosesi hüquqi müstəvidə (?-R). davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib. Bu zaman sual yaranır, əgər məhkəmə instansiyası hüquqi məsələlərə aid deyilsə, İ.Qəmbərin oğlu hansı "hüquqi müstəvi" axtarışına çıxıb? Məgər məhkəmə qərarının verilməsi hüquqla təmin olunmayıbmı? Görünür, həm İ.Qəmbərin, həm də oğlunun hüquqları o qədər xarici, beynəlxalq hüquq müdafiəçiləri tərəfindən müdafiə olunub ki, artıq Azərbaycan qanunları bunlara sərf etmir. Sərf etmədiyinə görə də belə əndrəbadi, əcaib-qəraib ifadələrlə ictimai rəyi çaşdırmağa çalışırlar. Ancaq sözügedən məsələnin daha bir maraqlı tərəfi də mövcuddur.

Belə ki, musavat.com-un məlumatına görə, İ.Qəmbər məhkəmə icraçılarını kandarda qarşılayaraq bildirib ki, bu ev T.Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyilmiş. Yaxşı, tutaq ki, İ.Qəmbərin yaşadığı ev oğluna aid deyilmiş, onda onun oğlu hansı ünvanda yaşayır? Yaxud Müsavat başqanı hansı fırıldaq həyata keçirərək, oğlu T.Qəmbəri qeydiyyatdan çıxarıb? Yaxud ata öz oğluna qarşı bu qədər bivecdirsə, bu zaman "xalqın lideri" statusuna iddia etmək ona nə qədər yaraşa bilən amillərdəndir? Hər halda bu kimi sualların sayını çoxaltmaq və müzakirə etmək olar. Ancaq hazırkı suallara cavab axtarmaqla bir neçə nəticəyə gəlmək mümkündür.

Belə çıxır ki, T.Qəmbər atasının yolu ilə - dağıdıcılıq missiyası ilə küçələrə çıxıb qanunsuzluqlar törədəndə, olur İ.Qəmbərin oğlu. Lakin söhbət qanuna gələndə, T.Qəmbər atasının üzərindən düşürülür. Çünki bu məsələ Müsavat başqanının cibindən aparır. Ona görə də lazım olan andaca İ.Qəmbər oğlunun onun üzərində qeydiyyatda olmadığını bar-bar bağırmaqla, hüquqlarının poulduğunu iddia edir. Çünki evindəki əşyaları cərimələr ödənincəyə qədər həbsdə saxlanılır. İ.Qəmbər televizora baxa bilmir, İ.Qəmbər kompüterində faceeboka girib "üsyan" çağırışları yaza bilmir və musiqi mərkəzində çox sevdiyi erməni müğənnisi Bokaya da qulaq asmaqdan məhrum olur. Nəticədə, onun "hüquqları pozulur". Amma unudur ki, o öz oğluna cavab verməyən ata obrazını daha çox qabardır. Yaxud da, İ.Qəmbər dara düşən kimi, öz doğma övladından imtina edir. Əgər öz övladından imtina edib, ona sahib çıxmırsa, o, nə cəsarətlə gəncləri qızışdıraraq, məhvə sürükləyir. Yəni, bu insanın qəlbində atalıq hissi heçmi yoxdur?!

Ancaq məsələ yalnız bununla sona çatmır. Məsələn, onun düşərgədaxili opponenti Əli Kərimli də öz oğlunu yaxşı yerdə yağlandırır. Məsələn, xaricdə oxudur, ildə 80 min dollar pul göndərir və deyir ki, get kef elə! Ancaq belə bivec ataların öz övladlarını necə tərbiyə etmələri şəxsən məni maraqlandırmır. Məni maraqlandıran məsələ budur ki, bunlar heç olmasa camaatın övladlarında əl çəksinlər.

Digər xəbərlər