PDF Oxu

Köşə

  • 1 165

"Azadlıq" qəzeti yenə də dilənçilik yolunda

image

Bir müddət əvvəl cəmiyyət arasında süni ajiotaj yaratmaq məqsədilə bar-bar-bağıraraq "bağlanacağını" bəyan edən "Azadlıq" qəzeti indi də Türkiyədən yayımlanan "Azərbaycan saatı" adlı verilşinin "bağlanmaq" təhlükəsi ilə üzləşə biləcəyinə dair hələ də bağlanmamış (?-M) səhifəsində dərc edib. Maraqlı nüansdır. Maraqlıdır ki, ha bu gün, ha sabah "bağlanacağını" iddia edən "Azadlıq" hələ də bağlanmayıb və bağllanmamış səhifələrində növbəti süni ajiotaj yaratmağa səy göstərir. Belə olan təqdirdə, adamın ağlına yalnız belə bir fikir gəlir - əcəba, tezis ötürdükləri erməni mətbuatının oliqarxları bunların pullarını nə vaxtdan kəsiblər ki, indi də dilənçiliklərini başqa cür təqdim etməyə başlayıblar? Biz yazanda ki, bu yaramaz, əxlaqsız və nəhayət, işğalçı ermənilərə güvənmək olmaz, inanmırdılar. İndi həmin güvənc məsələsi öz təsdiqini tapıb. Ermənilər "Azadlıq" qəzetinin, bütövlükdə isə, AXCP-nin pulunu kəsməyə başlayıblar. Ona görə də həm partiya, həm də ona məxsus qəzetlər yalandan düşüblər ortaya və başlayıblar "Azərbaycan saatı"ndan dəm vurmağa.

"Ermənistan saatı"...

Hansı ki, bildiyimiz qədər bu verliş Azərbaycandan deyil, Türkiyədən, daha dəqiq desək, Almaniya tezliyindən yayımlanır. Lakin daha çox "Ermənistan saatı" verilişini xatırladan "Azərbaycan saatı"nın bağlanmasını da hakimiyyətin üzərinə atmağa çalışan "Azadlıq" qəzetinin virtuoz baş redaktoru Qənimət Zahid adlı lazımsız ünsür, görünür, bu dəfə lap ağ edib. Özü də elə ağ edib ki, dediklərini dolayısı ilə təhrifə məruz qoyub. Axı necə olar bilər ki, bir verliş Azərbaycanın efir məkanına aid olmasın, onun "bağlanmaq" məsələsində isə hakimiyyət günahlandırılsın? Yəni burada həqiqətə söykənə biləcək heç bir məqam mövcud deyil.

Q.Zahidin dediyindən belə anlamaq olar ki, əgər Avstraliyanın ANB telekanalında Azərbaycan haqqında böhtan xarakterli yayım gedərsə, sabah həmin telekanal bağlanarsa, onda da Azərbaycan hakimiyyəti günahkar olacaq? Məntiqsizlikdir, özü də lap yekəsindən!

Get Yerevana hoppanmağının dalınca!

Ona görə də Q.Zahidin "Azadlıq" səhifəsinə çıxıb, dilənçilik etməsini məhz ermənilərin adlarına bağlamaq lazımıdır. Çünki həm "Azadlıq" qəzetini, həm AXCP-ni, həm də bu partiyaya məxsus bütün media orqanlarını maliyyələşdirən tərəf məhz ermənilərin media oliqarxlarıdır. Görünür, son zamanlar erməni qardaş və bacılarını kifayət qədər az təbliğ edən Q.Zahid nəticədə erməni müdirləri tərəfindən şiddətli töhmətə layiq görülüb. Nəticədə, pulu da kəsilib. Ona görə də vəziyyətdən çıxış yolu tapmaqdan ötrü bank hesabı açaraq dilənməyə başlayıb. Guya bunun "Ermənistan saatı"nda ya bu, ya da Seymur Həzi "topsaqqallıq" etməsələr, dünya dağılar, "Azadlıq" qəzeti bircə gün dərc edilməsə Azərbaycan cəmiyyəti "üsyana" qalxar ki, bəs niyə bilə oldu?

Adama deyərlər ki, get Yerevana hoppanmağının dalınca!

Digər xəbərlər