Əvvəla, onu deyim ki, əgər AXCP sədri Əli Kərimli ölüb-eləsə (axı bir müddət öncə cəbhəkratların "lideri" iddia edirdi ki, hakimiyyət guya onun canına sui-qəsd düzənləmək istəyirmiş - R.). onun da qəbri Üsamə Ben Ladenin qəbri kimi yeribilinməz olacaq. Çünki "cəbhə" sədri öz sağlığında o qədər əcaib-qəraib, utanmaz-biədəb işlərin sahibi olub ki, ətrafındakı beş-on nəfərdən başqa bütün millət onun qəbrinə tüpürəcək. Özü də lopa-lopa! Həm də ona görə tüpürəcək ki, Ə.Kərimli doğulub boya-başa çatdığı rayonun kənd qəbirsistanlığında camaatın məzarlarına qarşı tükürpədici vandalizm əməli törətdirib. Nədi-nədi, seçkiqabağı situasiyada xal qazanmaqdan ötrü, yəni rayonda süni ajiotaj yaradaraq xalqın dəstək olduğu hakimiyyətdən üz çevirməsindən ötrü bu qədər rəzilliyin baş verməsinə qol qoyub. Üstəlik, utanmaz-utanmz deyir ki, guya bu işdə onun əli yoxdur, o "təmizdən-təmiz", "pakdan-pakdır" (?-R.) Ancaq deyəsən, unudur ki, vaxtilə onun "paklığı" kimlərsə tərəfindən pozulub və o, indinin özündə də həmin məsələdə müəyyən adamlar qarşısında başıaşağıdır. Nə isə, gəlin Ə.Kəriminin qaysaq bağlamış yaralarını açaraq, həmin yaraların üzərinə duz tökməyək və keçək hazırkı məsələyə - Qəbiristanlıq məsələsinə.
Adama deyərlər ki, gör sənin gönün nə qədər qalın və urcahsızdır ki...
Bu "adam" indi də durub iddia edir ki, guya hakimiyyət onun "siyasi dividendlərinin" təsirini azaltmaqdan ötrü ona qarşı "qarayaxma kampaniyası" aparır. Hətta bir az da qabağa gedərək həyasızcasına bildirir ki, kənd qəbiristanlığının dağıdılmasında hakim partiyanın təmsliçilərinin əli var (?!-R.). Adama deyərlər ki, gör sənin gönün nə qədər qalın və urcahsızdır ki, bu qədər ibnəliyə yol verirsən. Məgər hakimiyyətin işi-gücü sənin kimi həyasızlaşmış ibnələrə vaxt itirməkdənmi ibarətdir? Yaxud sən xalqı bu qədərmi avam hesab edirsən ki, millət sənin avantüralarına uysun? Birincisi avamın ən yekə təki məhz sənin özünsən ki, hakimiyyətin tikib-qurduqlarını, quruculuq işlərini görmək gücünü tapa bilmirsən. Çünki özün dağıdıcısan.
Əbəs yerə Ə.Kərimlinin adı gələndə onun partiyasına dağıdıcı müxalifət partiyası damğasını vurmurlar. Bunu sənin özün də yaxşı qanırsan, ancaq qanmazlıqdan gəlirsən. Nə edəsən? Axı bütün bunlar sənlik deyil.
Kor-kor, gör-gör dünyasıdır
Ona görə də, seçkilərdə dividend qazanmaq xatirinə gedib o boyda kənd məzarlığını dağıtdırıb atırsan başqalarının boynuna. Çünki bundan artığını etməyə nə gücün var, nə də kişiliyin.
Fəqət, bu səndə alınmayacaq. Çünki kor-kor, gör-gör dünyasıdır. Vaxtı çatanda, sən də canını tapşıracaqsan. Amma Allaha deyil, şeytana! Camaat da sənin qəbrini tapanda tüpürəcəklər düz məzar daşının üstünə və deyəcəklər ki, yaman sarsaq adamıydı, Allah lənət eləsin. Bir vaxtlar bütün bir kəndin qəbirlərini dağıtdırıb əməlini atmışdı başqalarının üstünə. Özü də yaman şübhəli "kişiliyi" olub lənətolmuşun...
RÖVŞƏN